Cücələrlə Birlikdə Yaşayan Qartalın Hekayəsi

0
3962
Cücələrlə Birlikdə Yaşayan Qartalın Hekayəsi

Bir zamanlar dağın döşündə içində dörd dənə böyük yumurta olan qartal yuvası vardı.Bir gün zəlzələ nəticəsində yumuratalardan biri qartalın yuvasından diyirlənərək  aşağıda yerləşən bir toyuğun hininə düşür.

Toyuqlar bilirdilər ki,qartalın yumurtasını qorumalıdırlar.Nəhayət,bir gün qartalın yumurtası çatlayır və gözəl bir qartal balası doğulur.Cücələrlə birlikdə doğulan qartal balasını cücələr qəbul edir.Qartal balası öz evini və ailəsini çox sevir.Ancaq hiss olunurdu ki ,onun ruhu həmişə daha çoxu üçün ağlayır.
 
Bir gün qartal balası başını qaldırıb səmaya baxır və bir qrup qartalın süzməyini görür.”Ah”qartal balası deyir”Kaş mən də o quşlar kimi səmada eləcə süzməyi bacarardım”.
 
Cücələr ona şaqqıldayaraq gülürlər”Sən onlar kimi heç vaxt uça bilməzsən.Sən cücəsən və cücələr heç vaxt uça bilmir”.Qartal öz həyatını beləcə uçmaq xəyalı və arzusu ürəyində qalaraq davam etdi.Nəhayət,uzun müddət cücə kimi yaşadıqdan sonra qartal balası öldü.
 
Nəticə:Sən nəyə inanırsansa elə olacaqsan.Əgər sən nə vaxtsa qartal olmağı arzu edirsənsə onda arzularının dalınca get.Heç kimi dinləmə.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN