Gülüş Ən Yaxşı Dərmandır

0
3773
Gülüş Ən Yaxşı Dərmandır

Çox illər əvvəl Morman Kaznza ölümcül xəstəlik diaqnozu qoyulmuşdu.Onun yaşamaq üçün yalnız altı ayı qalmışdı.Onun bu xəstəlikdən sağalma şansı 1/100-ə bərabər idi.

O öz həyatındakı stressi,depresiyanı və əsəbi gərginliyi duya bilirdi və ola bilsin ki,bunlar da onun xəstəliyinin yaranmasına səbəb olurdu.O fikirləşdi”Əgər mənfi şeylər xəstəliklərin yaranmasına səbəb olursa,onda müsbət şeylər də sağlamlığı yarada bilər”.
 
O bunun barəsində öz üzərində təcrübə aparmaq qərarına gəldi.Gülüş onun bildiyi ən yaxşı müsbət şey idi.O tapa bildiyi qədər bütün gülməli kinoları aldı-Çarli Çaplin,Marks Qardaşları və s.O çoxlu gülməli hekayələr oxuyurdu.O,dostlarından xahiş edirdi ki,əgər onların nə vaxtsa etdiyi və ya eşitdiyi şeylər varsa ona danışsınlar.
Onun ağrıları bəzən onu yatmağa qoymurdu.Ancaq 10 dəqiqə içdən gülmək kifayət edirdi ki,o gecəni rahat yatsın.O,xəstəliyindən tamami ilə sağaldı və 20 il xoşbəxt,sağlam həyat yaşadı.
Bəzi insanlar fikirləşir ki,gülüş yalnız vaxt itkisidir.Onlar deyir ki,gülüş yalnız hər dəfəsində əylənmək üçün bir yüngüllük və təmtəraqdır.
 
Heç nə gülüşdən sonra gələ bilməz.Gülüş bizim həyatımızın müvazinəti,sağlamlığımız və davranışlarımız üçün çox vacibdir.Əgər biz yaxşı olmasaq o bizə yaxşı olmağa kömək edəcək.Əgər bir yaxşıyıqsa o bizə elecə qalmağa kömək edəcək.Norman Kaznzın bu təcrübəsindən sonra,alimlər araşdırıb gördülər ki,gülüşün bizim orqanizmimiz,bizim beynimiz və bizim emosiyalarımız üçün müalicəvi əhəmiyyəti var.
 
Əgər sən gülməyi sevirsənsə bu səni feyziyab edən bir dərman kimi səslənəcək.Səni güldürən şeylərdən istifadə et-filmlər,cizgi filmləri,səsyazmalar,kitablar,zarafatlar,dostlar,lətifələr.
Özünə gülüş üçün imkan yarat-davamlı və ucadan gül,gülüş üçün nə sənin diqqətini cəlb edirsə.Ola bilər ki,sənin ətrafındakı insanlar sənə qəribə baxa bilər,ancaq gec,ya tez  onlar da sənə qoşulacaq ,hətta sənin nəyə gülüdüyünü bilib-bilmədən.
Bəzi xəstəliklər yolxucu ola bilər,ancaq bir müalicə kimi heç biri yolxucu deyil.......o da gülüş.
 
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN