Həyatımızın Mübarizələri

0
6673
Həyatımızın Mübarizələri

Biri var idi , biri yox idi . Bir qız atasına onun həyatının necə miskin olmasından şikayətlənirdi və o bilmirdi ki , bunları necə həll etsin . O hər zaman vuruşmaqdan və mübarizə aparmaqdan yorulmuşdu . Bu sanki elə görünürdü ki , bir problem həll olunur , amma digər biri də tezliklə  üzə çıxır . Qızın atası aşpaz idi . Bir gün onu mətbəxə apardı . O üç qab götürdü , onu su ilə doldurdu və yüksək hərarətli bir ocağa qoydu . 

Dərhal üç qab qaynamağa başladı . Ata birinci qaba  kartof , ikinci qaba yumurta və üçüncü qaba isə kofe dənəcikləri qoydu. Sonra o , qızına bir söz demədən oturdu və onların qaynamağını gözlədi . Qız gileylənir və atasının nə etməyini təəccüblə gözləyirdi . Ata 20 dəqiqə sonra ocağı söndürdü . O , qabdan kartofları çıxartdı və onları bir boşqaba qoydu , sonra yumurtaları çıxartdı və bir qaba qoydu . Sonda kofeni qabından çıxarıb götürdü və onu fincana qoydu . 
Və qızına çevrilərək soruşdu :” Qızım , nə görürsən ?”  “ Kartoflar , yumurtalar və kofe” – o , tez cavab verdi . 
Ata dedi : “Yaxın gəl və kartoflara əlinlə toxun “ . Qız onun dediyini etdi və gördü ki , kartoflar yumşaqdı . 
Sonra ata yumurtanı götürməyi və onu sındırmağı qızından xahiş etdi . Qız onun qabığını soyandan sonra yumuratnın necə bərk olduğunu gördü . 
Nəhayət , ata kofedən bir qurtum içməyi xahiş etdi . Kofenin ətirli qoxusu qızın üzünə bir təbəssüm gətirdi . 
“ Ata , bu nə deməkdir ? ” qız soruşdu .
Onda ata izah etməyə başladı kartof , yumurta və kofe – onların üçü də eyni halla – qaynar su ilə - qarşılaşdılar , lakin onların hər birinin reaksiyası fərqli oldu . 
 
Kartof möhkəm , sərt və bərk idi , ancaq o suda qaynayandan sonra yumşaq və kövrək oldu . Yumurta suya qoyulana kimi daxilindəki mayeni qoruyan nazik qabıqlı  və kövrək  idi . Sonra onun daxili daha möhkəm oldu . Ancaq kofe dənəcikləri özünə məxsus hal aldı . Onlar qaynar suya məruz qaldıqdan sonra suyu dəyişdilər və yeni bir şey yaratdılar . 
“ Sən bunlardan hansısan ?” ata qızından soruşdu . “Uğursuzluq sənin qapını döyəndə sən necə cavab verəcəksən ? Sən bir kartof , yumurta , ya kofe dənəciyi olacaqsan ?” 
 
Nəticə : Həyatda ətrafımızda , elə özümüzlə bağlı çox şeylər baş verir . Ancaq yeganə şey odur ki , sən onlara necə reaksiya verirsən və bundan nə anlayırsan .Həyat bütünlüklə onun bütün savaşlarına mübarizə aparmaq , mənimsəmək və onu dəyişdirməkdir ki , biz bununla dəyərli təcrübələrimizi qazanırıq .
 
 
Tərcümə etdi : Ülviyyə Salahova Ulviyye Salahova

ŞƏRH YAZIN