İt Və Uzunqulaq

0
7095
İt Və Uzunqulaq

Bir varlı adamın evində it və uzunqulaq bir yerdə yaşayırdı.İt  onun evini qoruyurdu,uzunqulaq isə onun yükünü daşıyırdı.Bir gün it eyvanın altında kölgədə yatırdı.Ətrafda bir az səs-küy vardı.İt sadəcə başını çıxardı və yenidən geri çevirib yatdı.Uzunqulaq “Nə üçün hürmürsən?Bu oğrular ola bilər” dedi.İt cavab verdi:”Öz işinlə məşğul ol”.Ancaq uzunqulaq qulaq asmadı.O,sahibini oğrulardan qorumaq üçün bağırmağa başladı.

Evin sahibi uzunqulağın səsinə oyandı,əlində möhkəm çubuqla çölə doğru qaçdı və uzunqulağı döyməyə başladı.
 
Nəticə:Hər kəsin öz işi ilə məşğul olmağı daha yaxşıdır.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN