Kim Daha Xoşbəxtdir ?Qarğa Ya Tovuzquşu?

0
8384
Kim Daha Xoşbəxtdir ?Qarğa Ya Tovuzquşu?

Meşədə yaşayan bir qarğa var idi və o həyatından təmami ilə razı idi.Ancaq bir gün o ququşu gördü.”Bu ququşu necə də ağdır”o fikirləşdi ”lakin mən çox qarayam”.Bu ququşu dünyada ən xoşbəxt quş olmalıdır.

O öz fikrini ququşuna bildirdi.”Əslində”ququşu cavab verdi”Mən də iki rəngli tutuquşu görənə kimi özümü dünyada ən xoşbəxt quş sayırdım.Ancaq indi fikirləşirəm ki,tutuquşu yaradılan quşlar içində ən xoşbəxtidir”.Qarğa sonra tutuquşuna yaxınlaşdı.Tutuquşu izah elədi.”Mən də bir tovuzquşunu görənə kimi çox xoşbəxt həyat yaşayırdım.Mənim iki rəngim var ,amma onun rəngləri daha çoxdur”.Sonra qarğa tovuzquşunu görmək üçün zooparka getdi və yüzlərcə adamın toplaşaraq ona baxdığını gördü.Adamlar gedəndən sonra qarğa  tovuzquşuna yaxınlaşdı.”Əziz tovuzquşu”qarğa dedi”Sən çox gözəlsən.Hər gün minlərlə insan sənə tamaşa etmək üçün gəlir.Məni amma insanlar görəndə dərhal uzaq qaçırlar.Məncə sən dünyada ən xoşbəxt quşsan”.
Tovuzquşu cavab verdi”Mən həmişə fikiləşirdim ki,mən dünyada ən gözəl və xoşbəxt quşam.Mən bu zoparkda qəfədə salınmışam.Mən bu zooparkı diqqətlə araşdırdım və mən anladım ki ,qarğa yeganə quşdur ki,heç vaxt qəfəsə salınmır.Ona görə də son günlərdə fikiləşirdim ki,əgər mən qarğa olsaydım ,sevinə-sevinə çöllərdə gəzərdim”.
 
Nəticə:Bu həmçinin də bizim rastlaşdığımız problemdir.Biz lazımsız müqayisələr aparır və kədərlənirik.Biz Allahın bizə verdiyi şeyləri dəyərləndirə bilmirik.Bütün bunlar bədbəxtliyin qorxulu əlamətlərini təşkil edir.Səndə olmayanlar əvəzinə,səndə olanlara baxıb xoşbəxt  olmağı öyrən.Həyatda həmişə səndən daha az və daha çox olan biri olacaq.Özündə olan hər şeylə qane olan insan dünyanın ən xoşbəxt insanıdır.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN