Münasibətləri Daha Möhkəm Edin

0
8314
Münasibətləri Daha Möhkəm Edin

Mən uşaq olanda anam həmişə axşam yemiyini səhər hazırlamağı xoşlayırdı.Ancaq mən bir şeyi də xatırlayıram ki,bir gün anam şam yemiyini uzun və gərgin iş günündən sonra hazırlayırdı.Həmin gecə çox uzun vaxtdan sonra anam boşqabda yumurta,kolbasa  və yanmış biskiviti atamın qabağına qoydu.Mən bir şeyi gözləyirdim.Atam biskivitinə çatanda onu əlinə götürdü və anama güldü .Məndən məktəbdə günümün necə keçdiyini soruşdu.Mən xatırlamıram nə cavab verdim.Ancaq mən dəqiqliklə onun hər biskivitin üstünə yağ və jele çəkməyinə və hər dişdəyinə baxırdım.

Mən stoldan qalxanda anamın yanmış biskivitlər üçün atamdan üzr istədiyini eşitdim.Və mən onun bu sözlərini heç vaxt unutmayacam”Əzizim,mən yanmış biskivitləri xoşlayıram”.
 
Bundan sonra mən yatmazdan əvvəl atamı öpmək və ondan həqiqətən yanmış biskivitləri xoşlayıb-xoşlamadığını soruşmaq üçün yanına getdim.O,məni qolllarının arasına alıb dedi:”Anan bu gün işdə çox işləmişdi və həqqiqətən çox yorğun idi.Bundan başqada ki,yanmış biskivitlər heç kəsə heç nə etməz”.
 
Nəticə :Həyat qeyri-mükəmməl şeylərlə və insanlarla doludur.Mən ən çətin şeylərdə ən yaxşısı deyiləm və mən də bəziləri kimi ad günlərini,yubileyləri unuda bilərəm.Ancaq bütün bu illərdə öyrəndiyim yeganə şey odur ki ,hər birinizin günahını qəbul etməyi öyrənin və hər birinizin fərqliliklərini qeyd etməyi seçin.Bu sağlam münasibət qurmaq,onu inkişaf etdirmək və davam elətdirmək üçün ən vacib şeydir.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN