Özünə İnam

0
17376
Özünə İnam

Borc içində olan bir müdir vardı.O,bu borclardan qurtulmaq üçün heç bir çıxış yolu tapmırdı.

Borc verənlər onu bir tərəfdən sıxışdırırdı.Mal verənlər də pulu ödəməyini tələb edirdilər.O,bir gün parkda skamyada oturdu,başını əllərinin arasına qoyub fikirləşməyə başladı.Görəsən nəsə onun şirkətini müflisləşməkdən qurtara bilərdi.
Birdən qarşısında bir qoca kişi göründü.”Mən görürəm sənin nəsə sıxıntın var?” qoca kişi dedi.
Müdir bütün olanları ona danışdı.Müdirin probleminə qulaq asandan sonra qoca kişi dedi:”Məncə mən sənə kömək edə bilərəm”.
 
Qoca kişi ondan adını soruşdu,bir çek götürüb yazdı və ona verdi”Bu pulu götür.Düz bir ildən sonra məni bu günkü gündə burda gözlə,sən həmin vaxt mənim borcumu qaytara bilərsən”dedi.
Sonra o çevrilib getdi.Gəldiyi kimi də bir anın içində qeyb oldu.
 
Müdir əlində 500.000 dollarlıq çek götürdü.O,dünyanın ən varlı insanı olan Con Rokfeller tərəfindən imzalanmışdı.
“Mən bir göz qırpımında bu pulla bütün problemlərimi həll edə bilərəm”deyə o fikirləşdi.Ancaq əvəzində,o, çeki  daha təhlükəsiz bir yerə qoydu.Bunu sadəcə ona görə etdi ki,o işini xilas etmək üçün daha da səylə çalışmağına situmul verəcəkdir.
O,işinə qayıdan dahada optimizimlə danışıqlar apardı və ödənişin vaxtını uzada bildi.O,bir neçə böyük firmalarını ilə müqavilə bağladı.Bir neçə ay içində o,borclu vəziyyətdən çıxdı və əvvəlki kimi pul qazanmağa başladı.
 
Tam bir ildən sonra o, əlində həmin kişinin verdiyi çek ilə parka getdi.Bir il əvvəl razılaşdıqları kimi,qoca kişi gəldi.Ancaq müdir çeki ona geri qaytarmaq və bu vəziyyətdən necə çıxdığını danışmaq istəyirdi ki,bir tibb bacısı qaça-qaça gəldi və qoca kişinin qolundan yapışdı.
“Mən şox sevindim ki,onu tuta bildim” qız dedi.”Ümid edirəm ki,o sizi narahat etmədi.O,həmişə qocalar evindən qaçır və özünü insanlara Con Rokfeller kimi tanıdır”.Və o qoca kişinin qolundan tutaraq apardı.
 
Təəccüblü halda müdir yerindən qalxdı və donmuş vəziyyətdə qaldı.Bütün il boyu,o nə qədər danışıqlar aparmışdı,almışdı və satmışdı.Bunların hamısı da ona görə ki,o əlinin altında yarım milyonluq pulu olduğuna inanırdı.Birdən o anladı ki,fərqi yoxdu bu pul real ya da təsvr edilmiş pul idi.Bu sadəcə onu həyatına geri qaytardı.Bu onun yenidən özünə inamını tapmağı idi ,o ona itirdiyi hər şeyə yenidən nail olmağa güc vermişdi.
 
Bəzən biz özümüzü çox kiçik görürük,və nəyisə etməyimizə olan inamımız zəifləyir .Həqiqətən həyatda qeyri-mümkün heç nə yoxdu,əgər biz ona tam fikrimiz, ürəyimizi qoyuruqsaq.Sadəcə bizim ehtiyacımız olan yeganə şey onun üçün mətanətlə çalışmağımızdır.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN