Qırmızı Toyuq Və Onun Dostları

0
3862
Qırmızı Toyuq Və Onun Dostları

Bir zamanlar bir toyuqla və beş cücəsi birlikdə yaşayırdı.Onun üç dostu vardı;ördək,pişik və it.Onlar hamısı çox xoşbəxt yaşayırdı.

Bir gün toyuğun ayağı buğda toxumuna ilişdi.”Ey,sizin aranızdan kim bu buğda toxumunu əkmək istəyər?” o soruşdu.
“Mən yox,dostum” ördək dedi.
“Mən heç bacarmaram” pişik rədd etdi.
“Mənə heç demə” it arxasını çevirdi.
“Yaxşı,o zaman bunu tamami ilə mən özüm edərəm” toyuq dedi.O,toxumu becərdi və onu suladı.Buğda tezliklə böyüyüb məhsul verən vaxtına çatdı.”Ey,sizin aranızdan kim mənə məhsul yığımına kömək edər?” toyuq soruşdu.
“Mən yox,dostum” ördək səsləndi.
“Mən heç bacarmaram” pişik silkələndi.
“Məni heç demə” it qaçdı.
“Əgər belədirsə,onda hamısını mən özüm edərəm”o,bütün gün boyu əlləşərək bunu ucadan deyirdi.Axşama kimi onun iki dolu səbət buğdası vardı.”Ey,kim mənə buğdanı üyütməyə kömək edər?” toyuq dedi.Ancaq yenə də həmşəki kimi üçü də rədd etdi.
“Görürəm onu üyütmək də mənə qalır” toyuq dedi.”Mən ondan un hazırlayacam,xəmir yoğuracam və çörək bişirəcəm”toyuq elan etdi.Səhəri gün toyuq çox dadlı çörək bişirdi.
“Ey,sizin aranızda kim bu çörəkdən yemək istəyir?” toyuq dedi.
“Mən istəyirəm” ördək dodaqlarını marçıldadaraq dedi.
“Mən də” pişik ağzı sulana sulana dedi.
“Çox  gözəl  qoxusu var” it ayaqlarını sürüdərək dedi.
“Sizlərdən heç birinizə bir dişlək düşməyəcək.Mən tarlada və evdə kölə kimi işləyirdim.Yalnız mən və uşaqlarımın bu çörəkdən yeməyə haqqı var!” deyərək toyuq onun cücələrini yedizdirdi .
 
Nəticə: Zəhmət çəkməyən bal yeməz.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN