6 Şapkalı Düşncə Texnikası Nədir?

0
2097
6 Şapkalı Düşncə Texnikası Nədir?

 Edvard de Bononun müəllifi olduğu 6 Şapkalı Düşüncə Texnikası ilə tanış olmağa nə deyirsiniz??? Elə isə, başlayaq.

 
Sözügedən texnikanın təməlində 6 fərqli rənglərdəki şapkaları taxaraq düşüncələrimizi ortaya qoymaq və yaradıcılığımızı inkişaf etdirmək yatır. Bononun bu şapkaları və funksiyaları ilə daha da yaxından tanış olaq.

Ağ Şapka

Ağ şapka tərəfsiz və obyektivdir. Bu şapka obyektiv faktlar və rəqəmlərlə bağlıdır. Əldə etdiyimiz məlumatları qiymətləndirməyi, ehtiyac duyduğumuz məlumatları ortaya qoymağı və mövzuyla əlaqədar suallarımızı yönəltməyi bu düşüncə şapkası sayəsində reallaşdıra bilərik.

Ağ şapkanı geyinincə bunlara bənzər suallar soruşarıq:

• Əlimizdə nə kimi məlumatlar var?
• Daha hansı məlumatlar lazımdır?
• Əskik məlumatlar nələrdir?
• Lazımlı məlumatları necə əldə edirik?
• Nə cür suallar soruşmalıyıq?

Ağ şapka diqqətimizi əldə olan və olmayan məlumatlar üzərində cəmləmək üçün istifadə olunur. Ağ şapka düşüncəsinin məqsədi praktiki olmaqdır. Bu səbəbdən hər cür məlumatı ortaya qoymalıyıq. Önəmli olan məlumatların dəqiqlik dərəcəsini doğru bir şəkildə ifadə etməkdir.

Qırmızı Şapka

Qırmızı hirs, ehtiras və duyğunu xatırladır. Duyğusal bir baxış bucağıdır. Qırmızı şapkanı istifadə etdiyiniz zaman heç bir şərh etmədən duyğularınızı və intuisiyanızı söyləmə fürsətini əldə edərsiniz. Təbii olaraq sizin də duyğularınız var və qırmızı şapka bütün duyğularınızı açıqlamağınıza imkan verir.

Zehnimizin arxa planında qorxu, hirs, nifrət, şübhə, qısqanclıq və ya sevgi kimi güclü duyğular yer ala bilər. Bu duyğusal arxa plan qavrama şəklinizi məhdudlaşdırar və istiqamətləndirər. Qırmızı şapka düşüncəsinin məqsədi, bu arxa planın görünməsini və sonradan ortaya çıxan təsirinin müşahidə olunmasını təmin etməkdir.

Qırmızı şapka taxmaq "Mövzu haqqında duyğularım bunlardır" demə imkanı verir. Duyğuların görünməsini təmin edər.

Qara Şapka

Qara pessimist və mənfidir. Bir şeyin nə üçün edilməyəcəyini görür. Bir tərəfdən baxınca, şapkaların ən faydalı olanı elə qaradır. Ən çox istifadə olunan şapka da qətiliklə qara şapkadır. Qara şapka təhlükələrə diqqət çəkir. Bu şapka zərərli şeylər etməyimizə mane olur. Riskləri və bir şeyin nə üçün işə yaramadığını göstərir. Qara şapka olmazsa, başımız davamlı dərdə girər. Bununla yanaşı, qara şapkanı həddindən artıq istifadə etmək də təhlükəli ola bilər.

Bu şapka tənqid şapkasıdır. Ancaq bir mübahisədə tərəf tutmaq mənasını vermədiyini xüsusilə qeyd etmək istəyirəm. Hər hansı bir tərəf tutma və hər hansı bir mübahisə söz mövzusu deyildir. Mənfi vəziyyətlərin ortaya çıxmaması üçün edilən obyektiv bir cəhddir. Düşüncə və üsullardakı səhvlərə işarə edə bilər.

Sarı Şapka

Sarı günəş kimi işıqlı və müsbətdir. Optimist, ümidli və müsbət düşünmə ilə əlaqədardır. Sarı şapkanı önümüzə qoyub düşünməklə, edilən bir təklifin dəyərini və faydasını təyin etmək üçün dərhal səy göstərməyə başlayarıq. "Bunun yaxşı tərəfi nədir?" deyə soruşarıq.

Ortaya atılan fikri bəyənməsək belə, sarı şapka bizdən, bu təklifin yaxşı tərəflərini də tapmağımızı istəyər.

• Bunun nə kimi faydaları var?
• Bundan kim faydalanacaq?
• Bu faydalar necə ortaya çıxa bilər?
• Müxtəlif dəyərlər nələrdir?

Sarı şapka düşüncəsi qiymətli və faydalı olan şeyləri axtarır və araşdırır. Daha sonra bu qiymətli və faydalı şeyləri məntiqli şəkildə dəstəkləməyə çalışır. Sağlam təməllərə söykənən bir optimizmi ortaya qoyur. Bu düşüncə quruluşçu və istehsalçıdır. Konkret təkliflər və tövsiyyələr irəli sürər.

Yaşıl Şapka

Yaşıl - bərəkət və məhsuldar böyümə deməkdir. Yaradıcılıq və yeni fikirlərlə əlaqədardır. Yaşıl rəng böyüməyin, enerjinin və həyatın simvolu olan bitkiləri xatırladar. Yaşıl şapka enerji şapkasıdır. Yaşıl şapkayla düşündüyünüz zaman, təkliflər irəli sürür, yeni fikir və variantlar ortaya qoya bilərik.

Yaşıl şapka sizə müxtəlif imkanlar əldə etmə fürsəti verir. Yaşıl şapkanı istifadə edən hər kəs yaradıcı olmağa səy göstərir. Yaşıl şapka taxmaq insanları avtomatik olaraq daha yaradıcı etmir. Ancaq bu şapka düşünənlərə daha yaradıcı olmaları üçün lazımlı zamanı və diqqəti təmin edə bilər.

Yaradıcı insan fasilələrlə düşünür. Bir an üçün fasilə edərək olduğu nöqtədə alternativ fikirlərin olub olmayacağını araşdırır. Yaşıl şapkayla düşünən insan bir fikirdən yola çıxaraq yeni bir fikrə çatar.

Mavi Şapka

Mavi soyuqqanlılığı təmsil edər və hər şeyin üstündəki səmanın rəngidir. Bu şapka düşüncə prosesinin təşkili və idarəsi ilə məşğul olar. Mavi şapka birbaşa düşüncə prosesinin özünə baxmaq üçündür:

• Bundan sonra nə etməliyik?
• Bu ana qədər nələr bacardıq? "

Mavi şapkanı nə düşünəcəyimizi açıqlamaq və bu düşüncənin sonunda nəyi əldə etmək istədiyimizə qərar vermək üçün müzakirəyə başlayarkən istifadə edərik.

Mavi şapka düşüncə prosesini müşahidə edər və oyunun qaydalarına riayət edilməsini təmin edər. Mübahisəni dayandırar və intizamı təmin edər.

6 Şapkalı Düşünmə texnikası fərqli və geniş bir baxış bucağı yaradar, zaman itkisinin qarşısını alır, bir qərara gəlməyi və nəticələrin ortaya qoyulmasını asanlaşdırar.

6 Şapkalı Düşüncə texnikasının Məqsədləri:

İki əsas məqsədi vardır.

1. Düşünənin hər səfərində yalnız bir şeylə məşğul olmasını təmin edərək düşünmə fəaliyyətini sadələşdirməkdir. 6 şapkalı düşüncə texnikası ilə düşünən insan duyğuların, məntiqin, məlumatın, ümid və yaradıcılığın hamısına eyni anda diqqət etmək yerinə, onlarla ayrı ayrı maraqlana bilir.

2. Lazım olan düşüncə tərzinə istənilən zaman keçid etməyi təmin etməkdir. Düşünmə şapkalarının qısaldılmış təlimatlar olduğunu deyə bilərik. 6 şapka anlayışından daha çox faydalanmaq üçün hər kəsin oyunun qaydaları haqqında məlumat sahibi olması lazımdır. 6 şapkalı anlayış ancaq insanlar arasında ortaq dil halına gəldiyi zaman məhsuldar olacaq.

Düşünməyin ən böyük düşməni qarışıqlıqdır. Düşüncə aydın və sadə olduğu zaman daha zövqlü və daha təsirli olur. Elə isə, düşməninizi məğlub edin.

ŞƏRH YAZIN