Aynalama Nədir???

0
2353
Aynalama Nədir???

 Aynalama hər birimizin gündəlik həyatda tez-tez etdiyi bir şeydir. Bir söhbətə dalan iki insanı izləsəniz, bədənlərinin bir-birini aynaladığını fərq edərsiniz. Məsələn, ikisi də dirsəklərini masaya qoyar, ovuc içlərini yanaqlarına dayayar, önə əyilər ya da arxaya söykənərlər. Böyük ehtimalla, onlar bədən duruşlarının fərqində deyillər. Aynalama danışıq tərzini, səs tonunu, səsin alçalıb yüksəlməsini, nəfəs alma sıxlığını və digər fiziki xüsusiyyətləri də əhatə edə bilər.


Maraqlısı odur ki, uyğunlaşma içində olan iki insanın mütləq eyni maraqları paylaşması ya da maraqlandıqları mövzularda razılaşması şərt deyil. Uyğunlaşma ünsiyyətin mövzusu ya da düşüncənin məzmunundan daha çox, düşünmə və hiss etmənin ortaq formasıyla əlaqədardır. Aynalama öyrənilə bilər və peşəkar ünsiyyətçilərin tez-tez tətbiq edərək təkmilləşdirdikləri bir bacarıqdır. Əlaqə qurduğunuz insanın bədən dilini aynalayaraq, siz də təbii şəkildə eyni düşünmə seçiminə sahibsinizsə, uyğunlaşma yarada bilərsiniz. Yaxşı müzakirəçilər ilə müvəffəqiyyətli marketoloqlar bu bacarıqları tez-tez sərgiləyirlər.
 
Bildiyimiz kimi, bədən dili ünsiyyətə kömək etdiyi kimi, ünsiyyətə maneə də törədə bilər. Qollarını qoynunda dolayaraq ayağını ayağı üzərinə atan bir insan, nə isə almaq niyyətində deyildir. Yəni, hər hansı bir şeyi satın almağa hələ hazır deyil; bədən dili "Xeyr" deyir. Halbuki önə doğru əyilmiş, diqqətli və canlı şəkildə baxan bir insan yəqin ki, almaq niyyətində olan və müsbət bir zehni durum içində olacaq. Bu səbəbdən, mənfi bədən dilini aynalama birinə təsir etmək ya da bir satışı həyata keçirmək üçün çox uyğun bir yol deyil. Bununla yanaşı, insanlarda hər zaman üçün qarşısındakını qeyri-şüuri bir şəkildə aynalama meyli müşahidə olunur. Bu səbəbdən, qarşınızdakının qeyri-şüuri şəkildə aynalayacağı bir səs tonu, danışma sürəti və "müsbət" bədən dili istifadə edərək, bir insanın fizyologiyasını, bu səbəbdən zehni vəziyyətini məqsədli şəkildə dəyişdirə bilərsiniz.

ŞƏRH YAZIN