Hədəflərinizi Müəyyən Edin!

0
2069
Hədəflərinizi Müəyyən Edin!

 Müvəffəqiyyətin ilk pilləsi nə istədiyinizi (nəyə sahib olmaq istədiyinizi, nə olmaq istədiyinizi ya da nəyi əldə etmək istədiyinizi) bilməkdir. NLP sizə bir hədəf və ya istək yaratmaz, çünki həqiqətən nə istədiyinizə yalnız siz qərar verə bilərsiniz. Lakin istəklərinizi aydınlaşdırmağınıza, daha da diqqətə çarpan olmasına köməkçi olar və onları həyata keçirə bilməyiniz üçün yollar göstərər.


Hər birimiz bilirik ki, "müvəffəqiyyətli insanlar" hədəfə istiqamətli düşünən insanlardır. 1953-ci ildə Yale Universitetində aparılan bir araşdırmada şagirdlərə, yazılı olaraq verə biləcəkləri xüsusi bir hədəfləri və çatmaq istədikləri şeyə dair bir planları olub olmadığı soruşulmuşdu. Tələbələrin yalnız 3%-i hədəflərini yazılı olaraq təqdim edə bilmişdilər. 

Araşdırmalarına davam edən elm adamları 20 il sonra yenidən eyni qrupun tələbələri ilə görüşür. Əldə olunan nəticə isə bu idi: Hədəflərini yazılı olaraq təqdim edə bilən 3% tələbə geridə qalan 97%-lik tələbədən daha zəngin idilər. Təbii ki, müvəffəqiyyət yalnız pulla ölçülmür. Həmçinin, o 3%-i əhatə edən tələbələr digərlərindən daha xoşbəxt və həyatdan zövq almağı bacaran insanlar idi.

Bəzi insanlar qarşılarına bir hədəf qoymaqda çətinlik çəkirlər. Bəlkə bu mövzuda düşünməyə belə ehtiyac duymazlar. Hal-hazırda bu məqaləni oxuyursunuzsa, çox güman ki, siz o kateqoriyaya aid deyilsiniz. Amma eyni zamanda, hədəflərinizin hələ də istək səviyyəsində qaldığı da düşünülə bilər. Hədəfləriniz çox açıq və ciddi olmadığı üçün davamlı dəyişə bilər. Bəlkə də özünüzü ya həvəsli ya da hədəf mərkəzli bir insan olaraq görmürsünüz. NLP ilə sizin hədəfləriniz aydınlıq və dəqiqliq qazanacaq və ən əsası, hədəf olmaqdan çıxıb, bir istəyə çevriləcəklər.

Bütün insanlar üstün bir hədəfə çatmaq istəyir. Həyati "hədəflər"imizin yüzlərləsini (nəfəs almağı davam etdirmək, bədən işimizi və nəbzimizi müəyyən bir səviyyədə tutmaq kimi) hər gün fərqində belə olmadan həyata keçiririk. Hamımız üçün bu hədəflər bədən sistemimizdə proqramlaşdırılmışdır. Həvəsli olmayan, bəlkə də tənbəl bir insanın qarşısına bəzi şüurlu hədəflər qoymaması onun hədəfyönümlü bir insan olmadığı mənasını verməz. Məsələn, davamlı dəyişən bir dünyada mövcud vəziyyəti qorumaq da iradə gücü və dayanıqlılıq tələb edir. Sakit və hüzurlu bir həyat yaşamaq da yüksək sürətli bir dünyada olduqca iddialı bir hədəfdir.

Hədəflərin gözlə görülə bilən və maddi şeylər olduğunu fərz etmək asandır. Ancaq ailəmiz, sağlamlığımız, hobbilərimiz, idman fəaliyyətlərimiz və ya boş zamanlarımızla əlaqədar bəzi hədəflərimiz ola bilər ki, bunlar da maddi olaraq görülməyəcək şeylərdir. Əgər sizin arzunuz bir işin, karyeranın ya da müəyyən bir həyat tərzinin monotonluğuna təslim olmamaqdırsa, bu istək özündə "maddi müvəffəqiyyət nərdivanlarını qalxmaq" hədəfindən daha çox bir meydan oxuma ehtiva edir və bu heç də dəyərsiz bir hədəf deyil.

ŞƏRH YAZIN