Nlp İlə İş Həyatında Nə Qazana Bilərsiniz?

0
1926
Nlp İlə İş Həyatında Nə Qazana Bilərsiniz?

Heç kəsə sirr deyil ki, bir çox insan iş həyatlarından yetəri qədər məmnun deyillər. Onlara karyerada həqiqətən nə istədikləri soruşulduğu zaman nə cavab verəcəklərini bilmirlər.

NLP iş həyatında insanın komanda idarəetmə bacarığı, təqdimat və liderlik qabiliyyəti, fikir və hədəf yerləşdirmə kimi qabiliyyətlərinin inkişafı prosesində iştirak edir.

İş həyatında müvəffəqiyyətli olmağın, yəni hədəfə çatmağın bir yolu kimi NLP texnikası fərdin nə istədiyinə ürəkdən inanması və zehninin iki tərəfini da aktiv olaraq istifadə etməsinə imkan verir.

Nəticə olaraq, NLP fərdlərin düşüncə proseslərini daha yaxşı bir şəkildə anlayaraq, vərdişə söykənən, çox zaman qeyri-şüuri olan davranışları idarə etməyi öyrədərək, indiyə qədər çatılması qeyri-mümkün kimi görünən hədəflərə çatmağı asanlaşdırır. 

NLP ilə insanlar daha inandırıcı, ünsiyyətdə daha müvəffəqiyyətli ola bilər. NLP-nin faydaları yalnız bunlarla da kifayətlənmir. Həmçinin NLP ilə insanlar mənfi inanclar yerinə onları gücləndirəcək inanclar yarada bilər, təbii bacarıqlarını istədikləri vaxt istifadə edə bilər, başqa insanda heyranlıq duyduğu davranış və bacarıqları özünə də köçürə bilər, iş və peşə həyatlarında karyera qura bilərlər. Qısacası, NLP ilə fərdi mükəmməllik əldə edə bilərlər. 

İş həyatında NLP ilə nələr qazana bilərsiniz?

Hədəf təyin etmək: Bütün duyğu, düşüncə və davranışlarınızı hərəkətə keçirəcək hədəflərinizi necə təyin edə bilərsiniz?

Duyğuları idarə etmək: İş həyatınızdakı müsbət duyğularınızı artırmaq və mənfi duyğularınızdan xilas olmaq performansınıza necə təsir edər?

Şəxsi motivasiyanı təmin etmək: Özünüzü ən yaxşı şəkildə motivasiya etməyi öyrənmək müvəffəqiyyətinizi nə qədər artırır?

Davranış və vərdişləri idarə etmək: Sizi hədəflərinizə aparmayan davranış və vərdişləri dəyişdirmək və onun yerinə, sizi hədəfə aparacaq davranış və vərdişləri qoymaq sizə nə kimi üstünlük verir?

Komandadaxili ünsiyyət və əlaqələri inkişaf etdirmək: Rəhbər şəxslər və iş yoldaşlarınızla ünsiyyət və əlaqələrinizi inkişaf etdirmək komanda müvəffəqiyyətinizə necə təsir edir?

Satış hədəflərinə çatmaq: Müştəriləriniz ilə ünsiyyət və əlaqələrinizi inkişaf etdirmək satış hədəflərinizə çatmağınıza necə təsir edir?

NLP vasitə və texnikaları ilə iş dünyasında dəyişikliyə sürətli ayaq uyduran və işçilərin performanslarını davamlı artırıb bazarda rəqabət üstünlüyü yaradan qabaqcıl şirkətlərə xidmət etməyə davam edir.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :
 

ŞƏRH YAZIN