Nlp İlə Müvəffəqiyyət Prinsipləri

0
2146
Nlp İlə Müvəffəqiyyət Prinsipləri

1. Qarşınızdakı insanın dünya modelinə hörmət göstərin.

2. Davranışlar və dəyişikliklər məzmun baxımından qiymətləndirilməlidir.

3. İş yoldaşınızın və ya həmkarınızın müqavimət göstərməsi uyğunlaşma əskikliyinin işarəsidir. (Müqavimətli iş yoldaşı yoxdur, sadəcə elastik olmayan ünsiyyətçilər vardır. Təsirli ünsiyyətçilər onlara təqdim edilən hər cür ünsiyyəti qəbul edər və bunlardan istifadə edər.)

4. İnsanlar və davranışları fərqli şeylərdir. (Fərdi qəbul edin; davranışı dəyişdirin.)

5. Hər kəs sahib olduğu imkanlara görə, əlindən gələnin ən yaxşısını edər. (Davranış adaptasiyaya söykənir. Mövcud davranış o anda mövcud olan ən yaxşı variantdır. Hər davranışın arxasında müsbət bir niyyət vardır.)

6. Davranışları müşahidə edin: Bir insan haqqında ən mühüm məlumat davranışlarıdır.

7. Xəritə və təmsil etdiyi ərazi eyni şey deyil. (İstifadə edilən sözlər təmsil etdikləri hadisə və ya obyektin özü deyil.)

8. Zehniniz və bu səbəbdən aldığınız nəticələrdən siz məsulsunuz. (Məndə öz zehnim və nəticələrimdən məsulam.)

9. İnsanlar bacarmaq və arzuladıqları nəticələrə çatmaq üçün lazım olan bütün imkanlara malikdir. (İmkanlardan məhrum insan yoxdur, yalnız imkanlardan məhrum vəziyyətlər vardır.)

10. Bütün qaydalar vəhdəti artırmalıdır.

11. Yalnız əks-reaksiya vardır! (Müvəffəqiyyətsizlik deyə bir şey yoxdur, yalnız əks reaksiya vardır.)

12. Ünsiyyətin mənası, aldığınız reaksiyadır.

13. Məcburi müxtəliflik qanunu: (Ən çox davranış elastikliyinə sahib sistem/insan bütün sistemi idarə edər.)

14. Bütün qaydalar variantları artırmağa istiqamətli hazırlanmalıdır.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :
 
 

ŞƏRH YAZIN