Nlp İlə Xoşbəxt Olun!

0
2047
Nlp İlə Xoşbəxt Olun!

 Xoşbəxt olmaq üçün NLP texnikalarını tətbiq edərək əhval-ruhiyyənizi dəyişə bilərsiniz!

NLP dünyası hər kəsin hər zaman "xoşbəxt" yaşadığı, çəhrayı rəngə boyanan bir dünya deyil. NLP icraçıları davamlı olaraq xoşbəxt halda yaşamırlar. Onlar da sizin və bizim kimi eniş və yoxuşları olan bir təcrübələr dünyasında yaşayırlar. Onların fərqi sadəcə, hansı NLP ipinə yapışaraq yuxarı çıxa biləcəklərini bilmələri və bunu başqalarına ötürmələridir. NLP sizə istədiyiniz zaman əhval-ruhiyyənizi dəyişdirə biləcəyinizi öyrədir. Fərdi İnkişaf səyahətinizdə istifadə edə biləcəyiniz NLP texnikası "Öz əhval-ruhiyyənizi seçmə bacarığı" olaraq adlandırılır.

NLP ilə əhval-ruhiyyənizi dəyişdirmə və xoşbəxt olma proqramı:

1. İndiki əhvalınızın fərqində olun! Halınızı "müstəqil bir müşahidəçi" kimi müşahidə edin. Onunla maraqlanın. Nəyə bənzəyir? Nə cür daxili danışıqlar var? Nə cür duyğular var? Özünüzə bu cür "müstəqil müşahidəçi" baxışıyla baxmağınız, əhvalınızın dəyişməsi prosesini başladacaq. "Müstəqil müşahidəçi" duyğusal azadlığınız və xoşbəxtliyiniz üçün istifadə edə biləcəyiniz ən güclü daxili resursunuzdur. Bu "müstəqil müşahidəçi" vəziyyətini əldə etdiyiniz zaman onu yaxşı müşahidə edin və hər an xatırlaya bilməyiniz üçün yaddaşınızın bir küncündə saxlayın. Beləliklə, növbətii səfərə o duruşu daha asan tuta bilərsiniz.

2. "Düşünmə tərzinizi" dəyişdirin! Özünüzü necə hiss etmək istədiyinizə, hansı duyğunu yaşamaq istədiyinizə qərar verin. Özünüzü o şəkildə hiss etdiyiniz bir zamanı düşünün. O anı yenidən yaşayın. "Daxildən müşahidə edin". O zamanki gözlərinizdən baxın. Müsbət və güclü duyğuları, xoşbəxtliyi yenidən güclü bir şəkildə yaşayın. Sonra bu "yaxşı xatirənizin" zehin ekranınızdakı görüntüsünü gücləndirin. Onu intensivləşdirin. Şəkli böyüdün və daha parlaq edin. Səsləri daha yaxşı eşidilən və yumşaq bir hala gətirin. Bu dəyişikliklərin "hiss etdiyiniz duyğuları" necə dəyişdirdiyinə diqqət edin!

3. Fiziologiyanızı dəyişdirin! Özünüzü daha müsbət hiss etdiyinizi "göstərin". Gülümsəyib, şirin baxaraq işə başlayın. Duruşunuzu dəyişdirin. Fiziologiyanızı dəyişəndə, düşüncələriniz də dəyişəcək. Dərin bir nəfəs alın və yavaş-yavaş nəfəsinizi verərkən daha da rahatladığınızı düşünün. Yəqin ki, 1-ci pillədəki əhvalınız "daxili bir uyğunsuzluq" ehtiva edirdi. İndi, həqiqətən bu əhvalınızı dəyişdirmək istəyirsinizsə və "Arzuladığınız əhvala" yəni, 'Xoşbəxt əhvala' çatmaq istəyirsinizsə, düşünmə tərzinizin bu fizioloji dəyişiklikləri izləməsinə icazə verin.

4. Hərəkət edin! Enerjinizin bir çay kimi müsbət axmasını təmin edəcək hərəkətlər, gəzintilər edin. Bu sizin ruh halınızı dəyişdirəcək. Beta-endorfin ifraz edəcəkdir.

5. Nəfəs alıb-verişinizi dəyişdirin! Daha dərin nəfəslər alın və yavaş-yavaş buraxın. Bütün mənfi duyğularınızın, mənfi düşüncələrinizin və gərginliklərinizin də bu nəfəslə birlikdə çölə atıldığını xəyal edin. Bu sizi sakitləşdirəcək, qandakı karbon sıxlığını dəyişdirəcək. Diqqətinizi nəfəsinizə fokuslayaraq bir müddət meditasiya edin.

6. Gülümsəyin və hətta qəhqəhələr atın! Gülümsəmək, şirin bir baxışla baxmaq və qəhqəhələr atmaq sizin əhvalınızı müsbət istiqamətdə dəyişdirəcək. Beta-endorfin ifraz edəcəkdir. Gülümsədiyiniz zaman zehin ekranınızda görüntüləyərək bir müddət meditasiya edin.

7. Əzələlərinizi rahatladın! Kürək, çiyin, çənə və üz əzələlərinizi, qollarınızı və ayaqlarınızı rahatladın. Hər duyğunun özünəxas bir "əzələ gərginliyi" və "nəfəs alıb vermə qəlibi" olduğunu həmişə ağılınızda tutun. Xoşbəxtliyin də özünəxas bir əzələ rahatlığı, dərin və yavaş nəfəs alıb vermə qəlibi var. Çiyinləriniz, kürəyiniz və üzünüz rahatlamış bir halda ikən, gülümsəyərkən və şirin şirin baxarkən, özünüzü "Resursla zəngin əhvalda" hiss etməməyiniz çətindir.

8. Baxış sahənizi genişləndirin! "Resursla zəngin olmayan əhvalları"n çoxu, sizin yerə doğru baxmağınıza yol açar. Baxış sahənizi azaldar. Buna qarşı tətbiq edə biləcəyiniz çox təsirli bir üsul var. Yuxarıya doğru baxın və baxış sahənizi genişləndirin. Göz kənarlarınızdan nələr gördüyünüzə diqqət edərək fikirinizi genişləndirin. "Peripheral vision" (Periferik vizion) qazanın.

9. Diqqətinizi başqa birinə yönəldin! Bir başqasına kömək olun. Onun üçün müsbət bir şeylər edin.

10. Resurs lövbərlərinizdən istifadə edin! Həyatınızdakı ən xoşbəxt anlarınızı, ən xoşbəxt təcrübələrinizi xatırladacaq lövbərləri, yəni "Resurs Lövbərlərini" lövbərləyin. Daha sonra lazım olduğu zaman, lazım olduğu yerdə bunları xatırlayın və istifadə edin.

11. Bir şeylər yeyin! Bir şeylər yemək "psixoaktiv" bir fəaliyyətdir. Sizin əhvalınızı dəyişdirər. Amma bunu tətbiq edərkən diqqətli olun. Bir şeylər yemək "Qalıcı Pis Hallar" üzərində təsirli olmaz. Əgər kilonuz da artarsa, özünüzü daha da pis hiss edə bilərsiniz.

12. Heç bir əhval-ruhiyyə qalıcı deyil! Siz heç bir şey eləməsəniz belə, əhvalınız davamlı dəyişər.

ŞƏRH YAZIN