Nlp: Müvəqqəti Ağrını Sakitləşdirmək Metodları

0
1852
Nlp: Müvəqqəti Ağrını Sakitləşdirmək Metodları

 Migren üçün olmasa belə, sıradan ağrıları müvəqqəti olaraq yox etmək üçün öz özünüzə tətbiq edə biləcəyiniz NLP-nin bəzi metodları ilə tanış olun. 


Amma unutmayın ağrı çox qiymətlidir. Ağrı bədəndə bir şeylərin yolunda getmədiyini sizə bildirməyə çalışır. (Amma nəyin yolunda getmədiyini sizə söyləyə bilməz.) Ona reaksiyasız qala bilməzsiniz. Self-hipnoz da daxil hansı üsulla ağrını kəssəniz kəsin, gedib bir həkimə müayinə etdirin. Amma əgər gecə başınız ağrıyırsa və ertəsi gün həkimə gedəcəksinizsə, bütün gecə başınızın ağrımasına ehtiyac yoxdur. O zaman ağrını kəsə bilərsiniz.

Ağrı təməldə bədənin vizual ya da audial olaraq aldığı bir məlumatı təmsil sistemimizdə toxunma kimi təmsil etməsidir. Bu səbəbdən ağrını keçirmək üçün təmsil sistemini yenidən təşkil etmək kifayətdir. Aşağıdakı metodlar NLP-də ağrıyla əlaqədar istifadə olunan 20-yə yaxın texnikadan 3-üdür:

Metod 1: (Xüsusilə baş ağrısına)

Ağrıya səbəb ola biləcəyini düşündüyünüz bütün problemlərinizi ağ bir kağıza yazın. Qarşılarına da ola biləcək həll yolları yazın. Bunu doğru olaraq bitirmisinizsə, böyük ehtimalla baş ağrınız da keçəcək. Beləcə toxunma kimi təmsil edilən ağrı vizual hala gələcək və bir başqa təmsil sisteminə çevriləcək. Mümkün həllər üçün xərclədiyiniz səy də şüurlu ağlı həddindən artıq yükləyəcək və bəlkə də bir güvən duyğusu, bir nəzarət duyğusu meydana gələcək, nəticədə ağrı keçib gedəcəkdir.

Metod 2: 

Qarşınızda boş bir kürsü olsun. Gözünüzü bağlayın və zehninizdə ağrının olduğun yeri canlandırın.

Bu ağrı başınızın və ya bədəninizin harasındadır? Bu ağrı nə qədər böyükdür? Nə rəngdədir? Onu bir duman kimi görün. Verdiyiniz hər nəfəsdə o dumanın burnunuzdan çıxdığını və qarşıdakı kürsüdə bir insana çevrildiyini düşünün. Bu adam yarım qalan bir işiniz olan birisi olsun. Buraxın şüuraltınız bu adamı tapsın. Və o adam yaxşıca aydınlaşdırsın.

Zehininizdə o adamı tam olaraq gördünüzsə, yenə zehninizdə yarım qalan işinizi bitirin. Nə demək lazımdırsa onu söyləyin, nə etməyiniz lazımdırsa onu edin. Bu sırada onun üzünə baxın. Tamamilə rahatlayınca, buraxın təkrar dumana çevrilsin və pəncərədən (və ya qapının altından vs.) çölə çıxsın... Bir-iki saniyədə günəşə çatsın və qaz buludunun günəşdə yanmağını izləyin, səsini eşidin... O tamamilə yanıb bitdiyi zaman ağrı da getmiş olacaq. (Daha sonra da yarım qalan işiniz nədirsə, gedib onu bitirin.)

Metod 3:

Bu tətbiq bir az ustalıq tələb edir. Şüuraltınızla və bədəninizlə ünsiyyətiniz çox azdırsa və vizual deyilsinizsə, bir qədər çətinlik çəkə bilərsiniz. Tam olaraq görə bilmirsinizsə, gördüyünüzü hiss edin; o da eyni işi görəcək.

Ağrıyan bədəninizi çöldən izləməyə başlayın. Yəni "əlaqəsiz" olun. Bu vaxt ağrıyan qismi sanki əlinizdə bir heykəl palçığı varmış kimi tutun. O xəyali palçıq ağrını təmsil etsin. Onunla oynamağa başlayın. İti qisimləri yuvarlayın. Onu nəzarət altına alın.

Ardınca özünüzdən təxminən 5 metr qədər uzaqlıqdan palçıqla oynayan özünüzü izləməyə başlayın. 60 dərəcəlik bucaqlarla özünüzü bir dairə şəklində saat istiqamətində sürüşərək 6 ayrı baxımdan baxın.

Bunu izləyərkən əlinizdəki palçığı yaxşıca balacalaşdırın. Sonunda iki barmağınızın arasına sığacaq qədər kiçildin. 360 dərəcəlik bucağı tamamlayınca, o bir nöqtə olaraq qalsın və onu atın.

ŞƏRH YAZIN