Nlp: Optimistlər Klubunun Prinsipləri!

0
649
Nlp: Optimistlər Klubunun Prinsipləri!

 Güclü olmağa və heç bir şeyin rahatlığınızı pozmasına icazə verməməyə;

 
Hər qarşılaşdığınız insanla sağlamlıq, xoşbəxtlik və varlıq mövzusunda danışmağa;
 
Bütün dostlarınıza özlərini yaxşı hiss etdirməyə;
 
Hər şeyin günəşli tərəfinə baxmağa və optimistliyinizi göstərməyə;
 
Həmişə ən yaxşı şeyləri düşünməyə, ən yaxşı şeylər üçün çalışmağa və ən yaxşı şeyləri gözləməyə;
 
Başqalarının müvəffəqiyyətinə də öz nailiyyətiniz kimi həvəs göstərməyə;
 
Keçmişin səhvlərini unudub gələcəkdə daha böyük uğurlara doğru getməyə;
 
Hər zaman şən bir üzlə gəzməyə, hər qarşılaşdığınız varlığa gülümsəməyə;
 
Daha çox özünüzü inkişaf etdirməyə zaman ayırdığınız üçün başqalarını mühakimə edəcək vaxt tapmamağa;

Narahat olmayacaq qədər böyük, əsəbləşməyəcək qədər soyuqqanlı, qorxmayacaq qədər güclü, üzülməyəcək qədər xoşbəxt olmağa ÖZ-ÖZÜNÜZƏ SÖZ VERİN!!!

ŞƏRH YAZIN