Nlp Və Müvəffəqiyyət

0
1930
Nlp Və Müvəffəqiyyət

 Neyro: təcrübələrimizin sinir sistemimiz sayəsində 5 duyğumuzla qacranması və işlənməsidir. Yəni, yaşadıqlarımızı zehnimizdə necə canlandırdığımızdır. Qısacası, sinir sisteminə etdiyimiz bir göndərişlərdən ibarətdir.


Linqvistik: Sinir təmsillərinin kodlandığı, sıralandığı, məna qazandığı dil və ünsiyyət sistemidir. Yəni, həyata baxışımızı, hadisələrə verdiyimiz reaksiyaları sözlərlə necə ifadə etdiyimizlə maraqlanır.

Proqramlaşdırma: Təyin olunmuş hədəflərə çatmaq üçün ünsiyyətinizi və sinir sistemimizi təşkil etmə əməliyyatıdır. Yəni, istənilən nəticələrə çatmaq üçün düşüncələri nizamlayır və dəyişdirilməsi lazım olan inanclarla maraqlanır.

NLP fərdin istədiklərini əldə etməsinə imkan verən bir düşüncə, tətbiq etmə və davranış tərzidir.

NLP və MÜVƏFFƏQİYYƏT

NLP texnikaları ilə bacarmaq müvəffəqiyyətin özünəinam ilə birlikdə inkişaf etdiyi fərziyyəsinə dayanır. Özünəinamınızı qazanmaq üçün NLP texnikası ilə tətbiq edə biləcəyiniz yollardan bəziləri bunlardır:

1- Mənfi təcrübənizdən xilas olun. İlkin olaraq, sizdə müvəffəqiyyətsizlik duyğusu yaradan, etibarınızı itirməyinizə səbəb olan keçmiş həyatınızdakı pis təcrübələrinizi beyninizdən silin.

2- Özünüzlə danışarkən bir başqasıyla danışırmış kimi etməyin. Özünüzlə ünsiyyətiniz son dərəcə önəmlidir. "Mən bacararam" deyin və buna inanın.
 
3- Bu gün etməyiniz lazım olan işi sabaha buraxmayın. Hal-hazırda edilməsi lazım olan bütün işləri bu an içərisində edin. Işlərinizə başlaya bilməməyiniz ya da başladığınız işi yarım buraxmaq müvəffəqiyyətsizlik qorxusu səbəbindən ola bilər. Yarım buraxdığınız işləri bitirməklə yola çıxın. Bu özünüzə güvənməyiniz mövzusunda sizə kömək edəcək.
 
4- Bacarmaq istədiyiniz şeyi xəyal edin. Tam olaraq nə etmək istəyirsiniz? Bunu uzun müddət düşünərək tam köklənsəniz, sizi necə müsbət bir əhval-ruhiyyəyə saldığını görəcəksiniz.
 
5- Bacardığınız şeyləri düşünün və bunları necə bacardığınız üzərinə köklənin. Hətta bunları başqalarına izah edin. Daha əvvəl müvəffəqiyyətə çatmağınıza yarayan üsul indi də işinizə yaraya bilər.
 
6- Müvəffəqiyyətli insanlar ümumiyyətlə hədəfə istiqamətli düşünürlər. Problemlərinizi gözünüzdə böyütdükcə, problemlərin içindən çıxılmaz bir hala girərsiniz. Sizin durumunuza uyğun birini düşünün. O problemini necə həll etmişdi? Bu üsula fokuslanın.
 
7- Edəcəyiniz məşqlər sizə enerji olaraq geri dönəcək. Duyğu orqanlarımızın da enerjiyə ehtiyacı vardır. İdman etdiyiniz zaman seratonin və endorfin hormonlarınızdakı yüksəliş özünüzü yaxşı hiss etməyiniz və bu enerjinizi çölə əks etdirməyiniz baxımından əhəmiyyətlidir.

İnsanlar NLP təlimi zamanı digər insanların da performanslarını inkişaf etdirmək, şəxsiyyətlərini müsbət şəkildə dəyişdirmək, ünsiyyət problemlərini aradan qaldırmaq üçün tətbiq edə biləcəkləri texnikalarla tanış olurlar. 

ŞƏRH YAZIN