Nlp-Ni Öyrənmək Və Tətbiq Etmək Arasındakı Fərq!

0
1978
Nlp-Ni Öyrənmək Və Tətbiq Etmək Arasındakı Fərq!

 Yaddaşla bağlı aparılan araşdırmalar öyrənilən məlumatların qısa müddətli yaddaşda saxlandığını və sistemli bir şəkildə istofadə edilmədiyi zaman 90%-dan çoxunun unudulduğunu göstərir.


Məlumatın bacarığa çevrilməsi və gündəlik həyatda bir vasitə olaraq istifadə edilə bilməsi üçün məlumat insan tərəfindən mənimsənilməlidir. Təhlükəsiz avtomobil istifadə etmək və ya gözəl şəkil çəkə bilmək necə məlumat və texniki bacarıq tələb edirsə, NLP sahəsində mütəxəssis olmaq da təhsil müddətində yüksək səviyyədə ixtisaslaşmış məlumatların öyrənilməsinin xaricində, təlim prosesində aktiv iştirakı, ekspertlərlə təcrübə edilməsini gərəkdirir.

Dünya üzərində təxminən 40 ildir təşkil olunan NLP seminarlarında əldə edilən təcrübələr beynəlxalq NLP təşkilatlarını hərəkətə keçirdi və nəhayət, NLP sahəsində sağlam bir inkişafa rəhbərlik edəcək təlim standartlarını təyin etdilər.

Bu standartlar, NLP sahəsindəki ixtisaslaşma müddətini üç təməl mərhələyə bölür: 

I mərhələ - Practitioner 
II mərhələ - Master Practitioner
III mərhələ - Trainer 
 
Təlim almağa qərar vermədən əvvəl edə biləcəyiniz önəmli şey isə, təlimçi ilə ön görüşmə planlayaraq onunla tanış olmaqdır. Normalda NLP təliminin məzmunu standart olsa da, hər təlimçi özünə xas bir şəxsiyyəti, təlim tərzi və təcrübəsi ilə fərqlənir. Qarşılaşdığınız "Təlimçi şəxsiyyətinin" sizin üçün uyğun olduğuna qərar verdikdən sonra, NLP-nin sehirli dünyasına addım atmağa hazırsınız deməkdir.

ŞƏRH YAZIN