Nlp-Nin Dörd Təməl Prinsipi

0
2073
Nlp-Nin Dörd Təməl Prinsipi

 NLP nin dörd təməl prinsipi vardır;


1. Nə istədiyini bilmək

2. Hərəkətə keçmək

3. Fərqinə varmaq

4. Elastiklik
 
 
1. Nə istədiyinizi müəyyən edin.

İstədiyiniz şey hədəfiniz və ya vizionunuzdur. Vizion - özünüzü gələcəkdə görmək istədiyiniz fotoşəkildir. Vizion təyin etməkdə çox vacib bir addım var. İstər fərdi vizion, istərsə də təşkilati vizion olaraq təyin edin, fərqi yoxdur. Əsas olan bir vizionunuzun olmasıdır. Vizion SMART olmalıdır.

Specific (Xüsusi)
Measurable (Ölçülə bilən)
Achievable (Əldə edilən)
Realistic (Real)
Timely (Tam zamanında)

Bunu bir az daha açmaq lazım olarsa;

Specific (Xüsusi)

Ehtiyaclarınızı çox dəqiq olaraq ifadə etməlidir.

- Nə istəyirəm?

- Nəyi dəyişmək istəyirəm?

- İstədiyim nəticə nədir? kimi

Measurable (Ölçülə bilən)

Mövcud durumunuzu çox əhəmiyyətli şəkildə dəyişdirməyinizi və inkişaf etdirməyinizi təmin etməlidir.

- İndi haradayam?

- Dəyişiklik olarsa, hara gedəcəyəm?

- Hansı dəyişiklik məni məmnun edəcək? kimi


Achievable (Əldə edilən)

- Vizionuma çatmaq üçün nə etməliyəm? 

- Önümə necə mane çıxa bilər? kimi


Realistic (Real)

Xatırlana bilən olmalıdır.

- Yazdığım vizionu hər zaman söyləyə bilərəm? 

- İstifadə etdiyim ifadələrdə müsbət cümlələr var? kimi


Timely (Tam zamanında)

Gələcəkdə özünüzü görmək istədiyiniz fotoşəkili özünüzə çox dəqiq olaraq göstərə bilməlisiniz.

- Əldə etdiyim qazancı görə bilirəm?

- Bu qazanc məni qane edəcək? kimi


2. Hərəkətə keçin!

"Getmək və ya qaçmaq üçün İLK ADDIM" atılması şərtdir. Xəyalpərəstlərlə müvəffəqiyyətli insanlar arasındakı fərq də budur. "Hərəkətə keçən hər kəs müvəffəqiyyətli olacaq" deyə bir qayda yoxdur, ancaq hərəkətə keçmədən də bunu görə bilməzsiniz. Gözəl bir deyim var: Başlamaq bitirməyin yarısıdır.

3. Fərqinə varın!

Xəyalpərəstlikdən uzaq, tamamilə həqiqətləri düşünərək getməlisiniz. Burada hisslərimiz, müşahidə qabiliyyətimiz, aldığımız əks reaksiyalar çox əhəmiyyətlidir. Hisslərimizi, müşahidələrimizi, aldığımız əks reaksiyaları nəzərə alaraq bunu görərik: Atdığımız addımlar, davranışlarımız bizi hədəfə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?

4. Elastiklik olun!

"Eyni işi edən eyni nəticələri alır. Eyni işi edib fərqli nəticə gözləmək axmaqlıqdır"

Atdığınız addımların nəticələrini erkən görmək, müvəffəqiyyətsizlik kimi qəbul etdiyiniz vəziyyətdən xilas olmaq üçün taktika dəyişməliyik.

Taktika və strategiyalarınızı hər an üçün dəyişdirməyə, manevr etməyə, elastik düşünməyə, yeni imkanlar yaratmağa çalışmalı, yolunuzdan dönməməlisiniz.

ŞƏRH YAZIN