Nlp-Nin Həyatınızı Dəyişdirəcək 4 Texnikası!

0
4681
Nlp-Nin Həyatınızı Dəyişdirəcək 4 Texnikası!

 NLP ilə həyatınızı başdan yarada bilərsiniz. Bunun üçün NLP-nin ən təsirli 4 texnikasına ehtiyacınız var. Davranışlarınızı dəyişdirməyə, daha yaxşı nəticələr əldə etməyə, daha yaxşı təcrübələr yaşamağa köməkçi olacaq texnikalara gəlin birlikdə göz ataq.


1. Texnika: Kənardan müşahidə etmək

Bəzi insanlar onları stressə, depressiyaya ya da digər mənfi duyğulara sürükləyən şeylərə reaksiya göstərmə meylində olurlar. Məsələn, bir dostunuz bir söz istifadə etdiyi zaman, onun davranışı sizi dəli edər ya da sizi əsəbiləşdirər. Bu NLP texnikası belə vəziyyətlərdə ortaya çıxan mənfi duyğularınızın təsir gücünü azaldacaq.

NLP-nin bu texnikası eyni zamanda qorxulara qarşı bir dərman kimidir, çünki bu texnika insana müşahidəçi olaraq vəziyyəti müşahidə etməsi və vəziyyəti tərəfsiz olaraq qiymətləndirməsi üçün imkan verir. Daha sonra insan, vəziyyəti necə şişirtdiyini və aşırı reaksiyasının dayandırması gərəkdiyini öz gözləri ilə görür.

Kənardan müşahidə təsirini tətbiq etməyiniz üçün nə etməlisiniz?

• Aradan qaldırmaq istədiyiniz duyğunu təyin edin. Hörümçək qorxusu, müəyyən insanlar qarşısında özünü kiçik görmə duyğusu kimi.
• Müşahidəçi olaraq vəziyyəti başdan sona doğru yenidən yaşamağa başlayın. Yerin, zamanın, mövzunun detallarını xatırlamağa çalışın.
• İndi bir film kimi vəziyyəti yenidən müşahidə edin. Meydana gələn hadisələri sürətli və yavaş şəkildə irəlilədin. 
• 3-4 dəfə bunu edin.
• Beyninizdə eyni hadisəni görməyə çalışın. Böyük ehtimalla, müsbət duyğular mənfi duyğuların yerini alacaq. Hələ də mənfi duyğular hiss edirsinizsə, mənfi duyğularınız tamamilə itənə qədər bu tapşırıqları təkrarlayın.

2. Texnika: Yenidən çərçivələmə

NLP-nin bu texnikası özünüzü təəccübləndiyiniz, əsəbi hiss etdiyiniz zaman yaxşı bir vəzifə boynuna götürər. Daha müsbət bir şəkildə düşünərək hadisənin duyğusunu dəyişdirər. Fərqli çərçivədə vəziyyətin məzmununun yenidən çərçivələnməsinə imkan tanıyar.

Məsələn deyək ki, işinizi itirdiniz. Düşündüyünüz zaman çox pis təsir edir. Amma hadisənin fərqli tərəflərini görməyə hazır olun. İşinizi itirdiyiniz üçün, indi daha yaxşı mövqelərə, yeni təkliflərə açıqsınız deməkdir və qabiliyyətlərinizi inkişaf etdirmək üçün fərqli işləri kəşf edəcək vəziyyətdəsiniz. Bu təcrübə sizi dayanıqlı hala gətirəcək və daha cəsarətli bir insan olacaqsınız.

Bu nümunədə hadisəni yenidən çərçivələnmiş hala gətirdik. Bu texnika ilə sizi mənfi vəziyyətləri öz lehinizə çevirməyə və eyni zamanda bunları müsbət gözlərlə görməyə fürsət verərək, sizin bucağınızdan vəziyyəti dəyişdirdik. Tamamilə başqa bir baxış bucağı ilə hadisəni görməyinizə imkan verəcək və daha yaxşı qərarlar alacaq vəziyyətdəsiniz. Çünki indi artıq hadisələrin müsbət tərəflərinə fokuslandınız.

O zaman, hadisələrdən qorxmayın. Həll yollarını düşünün.

Gözlənilməz hadisələrdə insanlar çaxnaşma, güvən əskikliyi, gələcəkdən qorxmağa daha çox meyillidir. Bu yalnız daha çox problemlərə yol açar. Bu tip mənfiliklərə qarşı diqqət edin və hadisənin üstünlüklərini tapmağa çalışın.

3. Texniki: Lövbər

Lövbər texnikası bir çox məqsəd üçün istifadə edilə bilər. Söylədiyiniz ya da etdiyiniz bir şeyə duyğusal reaksiyanı dəyişdirmək üçün əsasən, NLP-nin bu texnikasından istifadə edilir. Məsələn, bir insanın çiyininə toxunduğunuz zaman onun qeyri-şüuri olaraq gülməyə başlaması mümkündür.

Lövbər texnikası NLP-də çox istifadə edilən bir texnikadır. Bir insanın necə hiss etdiyini istədiyiniz an dəyişdirə bilərsiniz. Bu bir çox hallarda mümkündür, xüsusilə insan özünü etibarsız və kədərli hiss etdiyi zaman. Sadəcə, müsbət bir duyğuya lövbər ata bilərsiniz.

Bu necə edilir?

• Sınaqdan keçirmək istədiyiniz insanın vəziyyətini müəyyən edin. Xoşbəxtlik, cəsarət ya da başqa şeylər ola bilər.
• İnsanın hadisəyə daxil olması üçün lazım olanları edin. (İnsanı istənilən vəziyyətə sala biləcək bir hekayə danışa bilərsiniz.)
• Onu tamamilə hadisənin içində gördüyünüz zaman, ona toxuna bilər, çiyninə əllərinizi qoya bilərsiniz. Bir neçə saniyə bu vəziyyətdə qalın. Toxunduğunuz yeri xatırlayın.
• Sonra əlinizi çiynindən çəkin və yaratdığınız duyğusal vəziyyətlə əlaqəsi olmayan nə isə söyləyin. Önəmli olan şey insanın zehnini ortaya qoymasıdır.
• Bir neçə dəqiqə sonra yenidən eyni bölgəyə toxunun və reaksiyanı müşahidə edin. Proses uğurludursa, bu insan yaratdığınız eyni duyğusal reaksiyaya malik olmalıdır.

4. Texnika: Uyğunlaşma

Uyğunlaşma önəmli bir qabiliyyətdir və buna sahib olmaq olduqca asandır. Hər cür insanla uyğunlaşa bilərsiniz.

İnsanlarla əlaqə qurmağın bir çox yolu vardır. Bir insanın nəfəs alıb verməsini təqib edə bilərsiniz, bədən dilini özünüzdə əks etdirə bilər və başqa insanın istifadə etdiyi bənzər sözləri istifadə edə bilərsiniz.

Eyni zamanda danışdığınız insanın duyğusal hadisələri necə təsvir etdiyini müşahidə edə bilərsiniz. Bu vizual, kinestetik ya da audial ola bilər. Eyni duyğunu siz də istifadə edə bilərsiniz. O insanın istifadə etdiyi sözlərə diqqət edərək və onunla danışaraq bunu asanlıqla edə bilərsiniz.

Danışdığınız insan belə sözlər ya da cümlələr istifadə etdiyi zaman, onun audial təmsil sistemini istifadə etdiyini anlaya bilərsiniz:

"Səni eşidirəm."
"Səni dinləyirəm."
bip bip
tik tak
səs-küy

Danışdığınız insan belə sözlər ya da cümlələr istifadə etdiyi zaman, onun vizual təmsil sistemini istifadə etdiyini anlaya bilərsiniz:

"Nə demək istədiyini anlayıram."
"Gələcəyin parlaqdır"
böyük
qaranlıq
portağal
kvadrat

Danışdığınız insan belə sözlər ya da cümlələr istifadə etdiyi zaman, onun kinestetik təmsil sistemini istifadə etdiyini anlaya bilərsiniz:

"Bunun ediləcək ən yaxşı şey olduğunu düşünürəm."
"Bu mövzuda pis hisslərim var."
"Xoş bir havası vardı."
isti
sərin
qumlu
nəmli
toxunmaq

NƏTİCƏ:

Bu texnikalar doğru olaraq tətbiq olunsa, NLP-nin bu dörd texnikası həyatınızın bir çox istiqamətini dəyişdirə bilər. Bir texnika gözlədiyiniz nəticəni vermirsə, istədiyiniz nəticəni əldə edənə qədər tapşırıqları təkrarlayın.

ŞƏRH YAZIN