Nlp-Nin Lövbərləmə Möcüzəsi Nədir?

0
1914
Nlp-Nin Lövbərləmə Möcüzəsi Nədir?

 Olduqca əsəbi bir vaxtınızda yanınızdan keçən avtomobildə keçmiş zamanda sizi xoşbəxt edən bir mahnını eşitmisiniz. Bəli, o mahnı sizə keçmiş xoşbəxt bir gününüzü xatırlatdı. O xoşbəxt anı xatırladıqca sakitləşdiniz... NLP-də buna lövbərləmə deyilir. Lövbərləmə nədir? İndi biləcəksiniz.


NLP texnikası: Lövbərləmə

Axşam saat 18.00 da işdən çıxdınız və avtomobilinizlə tıxaca düşdünüz. Hava da inanılmaz dərəcədə istidir. Sizisə, olduqca yorğunsunuz, mədəniz də aclıqdan guruldayır. Bunun stressini yaşayarkən birdən radionu açdınız və bir mahnı çaldı. Keçən il yoldaşınızla getdiyiniz tətildə istirahət edərkən dinlədiyiniz o mükəmməl mahnı... Bir anda bütün əhvalınız dəyişdi. Tıxacdakı stress yerini böyük bir gülümsəməyə buraxdı. Bax bu lövbərləmə möcüzəsidir!

Bu gün gündəlik həyatınızda istifadə edə biləcəyiniz, sizə və sevdiklərinizə çox faydası olacağını düşündüyümüz sadə bir NLP texnikasından danışmaq istəyirik. Texnikamızın adı "lövbərləmə"dir. "Lövbərləmə Üsulu" NLP tətbiqləri arasında ən məşhur olanlarından biridir.

Lövbərləmə Üsulu

Görmə, eşitmə, toxunma, iyləmə və dadbilmə olaraq, beş duyğu orqanımızdan istifadə edərik. Dünyanı qavramağımızı təmin edən bu duyğularımız eyni zamanda, hadisələri və vəziyyətləri də şüuraltımıza yeridər. Məsələn, qayçı ilə əl işi görən bir uşaq səhvən barmağını kəsər və xəstəxanada barmağına tikiş atılar. Bu uşaq görmə və toxunma duyğularıyla hiss etdiklərini şüuraltında "qayçı təhlükəli bir alətdir" şəklində kodlayır. Bu qəza olmadan əvvəlki müddətdə qayçı haqqında mənfi bir düşüncəyə sahib olmayan uşaq qəzadan sonra qayçıdan qorxan, sevdiyi əl işlərini etməyə çəkinən bir ruh halına bürünər. Belə bir vəziyyətdə uşaq nə zaman qayçı görsə, qəzanı xatırlayacaq və qayçını əlinə almaqdan çəkinəcəkdir. Bu bir lövbərləmə nümunəsidir. Yaşanan qəza nəticəsində uşaq qayçı haqqında mənfi bir düşüncəyə sahib olub. Obyekt olaraq uşaq nə zaman qayçı görsə, onda vizual bir həyəcan yaranacaq, bəlkə də barmağında bir ağrı belə hiss edəcəkdir. Hisslər fərdin şüuraltındakı müsbət ya da mənfi qeydləri ortaya çıxarda bilər. Bu uşağın qayçıya qarşı olan qorxusunu qarşısını almaq üçün başqa bir vəziyyətə lövbərləmə edilə bilər. Məsələn, uşağın çox xoşbəxt olaraq etdiyi daha əvvəlki əl işi işlərindən birini ona göstərib, bu işi edərkən nələr hiss etdiyini, necə yaxşı duyğular yaşadığını düşünməsini təmin edən qayçı haqqında müsbət kodları şüuraltına yeritmək olar. Başqa bir örnəklə, uşağın gələcəkdə dərzi və ya bərbər olmaq istəməsi də qayçıla arasındakı mənfi kodları avtomatik dəyişdirəcək, yerinə yenilərini əlavə edəcəkdir.

ŞƏRH YAZIN