Özünüzlə Üzləşmə Zamanıdır!

0
2730
Özünüzlə Üzləşmə Zamanıdır!

Həyatının tək məsul şəxsi sənsən. Öz həyat təcrübəni, həyat reallığını yaradan da sənsən.


Bu günə qədər təcrübə etdiklərini sən yaratdın. Bundan sonra təcrübə edəcəklərini də sən yaradacaqsan; yaxşı ya da pis, xoşbəxt ya da bədbəxt, müvəffəqiyyətli ya da müvəffəqiyyətsiz olmaq sənin seçimindir.

Əsla problemlərini başqalarını günahlandıraraq həll edə bilməzsən. Əsla!

Bu yol itirənlərin yoludur. Bəli, həqiqəti qəbul etməkdə çətinlik çəkəcəksən. Amma bir şeyi reallaşdırmağın ilk addımı reallıqla üzləşməkdən və həqiqəti qəbul etməkdən keçər.

Ancaq məsuliyyətini boynuna götürdüyün, qəbul etdiyin bir şeyi dəyişdirə bilərsən. Məsuliyyəti üzərinə götürmə gücün sənin daxili gücündür.

Günahı başqasında axtarmaq isə, gücünü itirmək, gücü başqalarının əlinə təslim etməkdir.

Başqaları sənin həyatını mənasız sayma, uğuruna maneə törətmə, sənə acı vermə gücünə sahibdirsə, sənin həyatın üzərində səndən daha çox gücə sahib deməkdir.

Sənin həyatını mənasız saymanın məsulu onlar olduqlarına görə, səni istədikləri qədər bədbəxt etmə gücünə də sahibdirlər. Sən də bu vəziyyətin yazıq bir qurbanısan.

Həyatında doyumlu olmadığın hər sahədən sən cavabdehsən. Hər zaman sən məsulsan. Hər zaman da sən məsul olacaqsan. Bu həqiqəti qəbul etsən də, etməsən də belədir.

Əgər məsul olduğun gerçəyini qəbul etsən, dəyişdirmə gücünün də özündə olduğunu görərsən. Günahlandırmağı seçərsən bu gücü günahlandırdığın şəxslərə verər və günahlandırma həbsxanasında məhkum olaraq qalmağı seçərsən. Bu da bir seçimdir.


Bəzən aynalara qəzəblənərik, bizi əks etdiyini unudarıq.

Artıq çəkidənmi şikayət edirsən? Artıq kiloların məsulu sənsən; yavaş maddələr mübadiləsi deyil. Tez bazar yeyərək, acımadığın halda sırf iştah açıcı görünür deyə atışdıraraq, məşq etməyərək metabolizmanı yavaşladan sənsən. Yaratdığın bu bəhanələr bir qram belə itirməyinə köməkçi olurmu?
 
Burax özünü aldatmağı. Özünlə üzləş. Gərəkdiyindən daha çoxunu yediyin və hərəkətsiz olduğun üçün; belə yaşamağı seçdiyin üçün kilolarının məsulu sənsən.

İnsanlar səndən istifadə edirsə, sən icazə verdiyin üçün edirlər.

İstismara qarşı çıxmadığın üçün istifadə edilirsən.

İstismar qarşılığında onlardan gözlədiyin şeylərdən imtina etmədiyin üçün istifadə edilirsən.

Günahkarlıq hiss etdiyin üçün istifadə edilirsən.

Sevilmə, qəbullanma, təsdiqlənmə ehtiyacın üzündən sevgi dilənçiliyi etdiyin üçün istifadə edilirsən.

İstifadə edilməyinin tək məsulu sənsən.

Əlaqələrin sağlam irəliləmirsə, məsulu sənsən.

Bəli, bilirəm. O çox anlayışsız və eqoist bir insan ola bilər. Amma yenə də həyat keyfiyyətindən 100% məsul olan sənsən. Təbii ki, o da öz həyatından 100% məsuldur. Amma sən öz məsuliyyətini sorğuya çək, onun nə qədər günahkar olduğunu deyil.


Məsuliyyət nədir?

Çoxu insan məsuliyyətin vəzifə mənasına gəldiyini düşünər. Burada biz başqalarına qarşı vəzifələrimizi deyil, özümüzün (düşüncələrimizin, duyğularımızın, davranışlarımızın, sağlamlığımızın, əlaqələrimizin və s) məsuliyyətini boynuna götürməkdən bəhs edirik.

Məsuliyyət insanın özü ilə problemləri arasındakı əlaqəni görə bilməsidir.

Bu əlaqəni görə bilməsən, problemlərə səhv diaqnoz qoyar və səhv müalicə tətbiq edərsən. Özünə yalan söyləməklə həkiminə xəstəliyinin əlamətləri haqqında yalan söyləmək arasında fərq yoxdur. Mədəmizin ağrıdığını söyləmək yerinə başımızın ağrıdığını demişiksə, bizə səhv dərman verməkdə həkimi günahkar görə bilərikmi? Məsuliyyət problemlərə doğru diaqnozu qoya bilmək və doğru müalicəni tətbiq etməkdir.

Heç kimsə bu dünyaya başqasını xoşbəxt etmə məsuliyyətiylə və vəzifəsiylə gəlmir. İnsanın bu mənada tək məsuliyyəti var: Öz həyatını cənnətə çevirərək özünü xoşbəxt etmək. İnsan xoşbəxtdirsə, həyat yoldaşı/sevgilisi xoşbəxt biriylə birlikdə olmaqdan xoşbəxtlik duyar və özünü elə birinin yanında daha çox sevər.

Hər fərdin münasibətlərdəki məsuliyyəti öz içində xoşbəxtliyi yaratmaqdır. Əgər özünü xoşbəxt etmə vəzifəsini partnyorundan gözləsə, o zaman onun üçün edəcəyi fədakarlıqlar var deməkdir. Beləliklə də, etdiyi fədaların qarşılığını gözləyər.

Hər fədakarlığın qarşılığı mütləq vardır. Amma çox təəssüf ki, fədakar insan əsla gözlədiyi qədər mənfəət əldə edə bilməz. Mənfəət bir tərəfdə gözləntisi reallaşmadığı üçün qəzəb toplayar və bir damla xoşbəxtlik, bir damla sevgi gözləyərkən daha da bədbəxt, daha da sevgisiz bir insana çevrilir.

Fədakarlıq, insanı hiyləgərcə gəmirən və güçsüzləşdirən bir "yaxşı insan imici" oyunudur.

"Məsuliyyətsiz azadlıq" aldadıcı bir ilğımdır; həqiqətdə məsuliyyətsizlik asılılıq yaradar.

İnsanı azad edən məsuliyyətdir. Məsuliyyət ittihamın bitdiyi yerdə başlayır.


Bu seçimi Sən etdin

Reallığımızı addım-addım etdiyimiz seçimlərlə yaradarıq. Hər an bir seçim edirik. Mətbəxə gedib bir stəkan su içmək də seçimdir, bir stəkan suyu başqasının gətirməsini gözləmək də bir seçimdir. Su gətirmirsə onu istədiyin qədər günahlandır, bu, susuzluğumuzu aradan qaldırmaz.

Məsuliyyət almaq da, günahlandırmaq da bir seçimdir. Seçimlərinin fərqində ol. Çünki seçimi sən edirsən.

Ø Seçimi sən etdin.

Ø O sözü söyləyən sənsən.

Ø Onunla yenidən əlaqəyə girməyi qəbul edən sənsən.

Ø Onu evə çağıran sənsən.

Ø Edə bilməyəcəyinə inanmağı seçən sənsən.

Ø Özünü yaxşı şeylərə layiq görməyən sənsən.

Günahlandıracaq bəziləri qaldı mı? Xeyr, özünü də günahlandırma. Yalnız etdiyin şüurlu ya da qeyri-şüuri seçimlərlə öz reallığını özünün yaratdığını qəbul et. O zaman fərqli seçimlər edərək bəyənmədiyin reallığı dəyişdirmə gücünü qazanarsan.

Hadisə Reaksiya Nəticə

Bir hadisəyə verdiyimiz reaksiya nəticəni müəyyən edir. Formula budur:

HADİSƏ x REAKSİYA = NƏTİCƏ

Özü ilə üzləşməyən insan xoşlanmadığı nəticə üçün hadisəni günahlandırar. Özünü tanıyan, özüylə barışıq insan isə, reaksiyalarını gözdən keçirər.

Bizi xoşbəxt ya da bədbəxt, müvəffəqiyyətli ya da müvəffəqiyyətsiz edən başımıza gələnlər deyil, başımıza gələnlərə verdiyimiz reaksiyadır.

Həyatımızı hadisələr müəyyən etmir, hadisələrə verdiyimiz reaksiyalar təyin edir və yaşadıqlarımız bunun nəticəsidir. O halda, "Həyatından sən cavabdehsən, etdiyin seçimlərdən sən cavabdehsən" demək "Hadisələrə verdiyin reaksiyaları sən seçirsən" deməkdir.

Həyatın məsuliyyətini boynuna götürmək, bu dəfə də başqaları yerinə özünü günahlandırmaq deyil. Məsuliyyət həyatın hər anında bildiyimiz ən yaxşı reaksiyanı verə bilmək və reaksiyaların nəticələrini qəbul etməkdir. Hər hadisəyə veriləcək çox sayda reaksiya var. İnsan verdiyi reaksiyanın nəticəsini bəyənmirsə, bu məqsədəuyğun seçim etmədiyi üçündür. Hər bəyənmədiyi nəticə də bir təcrübədir və məsul şəxs təcrübələrindən dərs çıxaran adamdır.

Günahlandırıcı insan nəticələrini bəyənmədiyi hadisəni, o biri insanı ya da nəticəsini günahlandırar. Öz verdiyi reaksiyanı gözdən keçirməyi belə düşünməz. Heç bir nəticədən dərs çıxarmadığı üçün də bənzər reaksiyaları təkrar təkrar verir və təkrar təkrar günahlandırmağa davam edər.

Eynşteyn dəliliyi belə tərif edir: Dəlilik həmişə eyni şeyi edib, bu dəfə fərqli nəticə gözləməkdir.

Həyat məsuliyyətini öz öhdənə götürmək

Ø Həyatda etdiyin seçimlərin tək məsulunun özün olduğunu görməkdir.

Ø Hiss etməyi ya da düşünməyi seçdiyin hər şeydən məsul olduğunu qəbul etməkdir.

Ø Həyatın gedişatını təyin edənin sən olduğunu anlamaqdır.

Ø Öz seçimlərinə görə, bir başqasını günahlandıra bilməyəcəyini qəbul etməkdir.

Ø Bu gün gəldiyin nöqtədə səni sən edənin, başına gələnlərin, əlini qolunu bağlayan şeylərin kimlər və nələr olduğunu açıqlama səylərindən tamamilə xilas olmaqdır; bütün bu müdafiə mexanizmlərini və haqlı çıxma səylərini bir kənara buraxmaqdır.

Ø Seçimlərinin həyatına necə təsir etdiyini və istiqamətləndirmiş olduğunu anlamaqdır.

Ø Hərəkətlərinin nəticələrini müzakirə edərkən, məsul olaraq başqalarını deyil özünü işarə etməkdir.

Ø Başına hər nə gəlirsə gəlsin verəcəyin reaksiyanı, hiss edəcəyin duyğunu sənin təyin etdiyinin fərqinə varmaqdır.
 
Ø Həyat gəmisinin kapitanının özün olduğunu; öz haqqında müsbət şeylər düşünüb yaxşı hiss etmək üçün başqalarından asılı olmağın sağlam və məqbul olmadığını fərq etməkdir.

Ø Yetkinlik yaşına çatan biri olduğun zaman artıq özünəhörmətin, yetərlilik və dəyərlilik duyğusunun inkişafını təyin edənin də özün olduğunu anlamaqdır.

Ø "Zəiflədiyin ya yıxıldığın zaman" özünə acımağın vaxt itkisi olduğunu dərk etməkdir; bunun yerinə ediləcək ən yaxşı şeyin həyatına yenidən nizam vermək lazım olduğunu anlamaqdır.

Ø Başqaları üçün həddindən artıq məsuliyyət boynuna götürmə duyğusundan xilas olmaqdır.

Ø Duyğusal və fiziki sağlamlığı qorumağın əhəmiyyətini dərk etməkdir.

Ø Güclü tərəflərini, zəifliklərini, bacarıqlarını, istedadlarını müsbət və həqiqi bir dünyagörüşü ilə dəyərləndirə bilməkdir.

Ø Keçmiş yaralarla, ağrılarla, sui istifadələrlə, səhv anlaşılmalar və səhv istiqamətləndirmələrlə, hiddətə, düşmənçiliyə, pessimizmə qapılmadan və depressiyaya girmədən hesablaşmaqdır.

ŞƏRH YAZIN