Özünüzü Necə Hiss Edəcəyinizə Siz Qərar Verin!

0
2012
Özünüzü Necə Hiss Edəcəyinizə Siz Qərar Verin!

 İçində olmaq istədiyiniz zehni vəziyyəti siz özünüz seçə bilərsiniz. Tam bir rahatlıq və hüzur istəyirsinizsə, o zaman rahat keçirdiyiniz bir tətili və ya keçmişdə sizə rahatlıq və güvən vermiş bir yeri xatırlayın. Əgər belə bir xatirəni xatırlaya bilmirsinizsə, çox gözəl bir havada ovsunlayıcı bir yerdə olduğunuzu xəyal edə bilərsiniz. Bu zehni canlandırma məşqi sizin əhvalınıza da birbaşa təsir edəcəkdir. 

Beyninizin baxış bucağından baxdığımız zaman, düşündüyünüz şey artıq sizin reallığınız olmuşdur. Eyni təmsil sistemlərindən istifadə edilmiş, eyni neyroloji əlaqələr qurulmuş və eyni fizioloji nəticələr alınmışdır. Ancaq yuxunuzda görə biləcəyiniz bir mükafat və ya təqdirnamə qazandığınızı düşünün ya da ən çox istədiyiniz şeyləri reallaşdırdığınızı xəyal edin və belə bir anı yaşamağın necə bir şey olduğunu hiss edin. İnsan beyni xarici dünyadan gələn real duyğusal siqnallar ilə daxili təmsillərimizi bir-birindən ayırd edə bilməz. Hər ikisi də eyni şəkildə qəbul olunur və ikisi də eyni təsiri göstərir. Bu səbəblə, yuxudan oyandığınız zaman ilk bir neçə saniyə ərzində gördüyünüz yuxunun yoxsa içində yatdığınız otağın gerçək olduğunu ayırd edə bilməzsiniz. Eyni şey qurduğunuz xəyallar üçün də etibarlıdır. 

İndi başqa bir şeyi yoxlayın. Keçmişə aid və asanlıqla xatırlaya biləcəyiniz bir xatirənizi düşünün. O vəziyyətin dəqiq bir görüntüsü beyninizdə yaranana qədər gözləyin. Bunu etmək üçün rahat bir mövqedə olmağınız lazımdır. İndi görüntünü beyninizdə daha böyük və parlaq edib, yaxşıca aydınlaşdırın. Əgər özünüzü şəkilin içində görə bilirsinizsə, hər şeyi öz gözlərinizlə görürmüş kimi özünüzü şəkilin içinə yerləşdirin. İndi isə, dinləməkdən zövq aldığınız hər hansı bir səsi daha aydın eşitməyə çalışın. Uzaqdakı hər hansı bir şeyi yaxınlaşdırın. Daha sonra özünüzü necə hiss etdiyinizi yoxlayın. Yanınızda biri varsa, fizioloji dəyişiklikləri müşahidə edə biləcəkdir. Bəlkə də özünüzü o anı xatırladığınız hər hansı bir zamandan daha yaxşı hiss edəcəksiniz. Zövqlü, güc qazandırıcı təcrübələr əsasən, dəqiq, parlaq şəkildə təmsil edilir və xüsusilə, öz gözlərinizlə görürmüş kimi eyni həzzlər yaşanır.

Bu sonuncu fərq çox əhəmiyyətlidir. Özünüzü müəyyən bir vəziyyətdə canlandırarkən iki fərqli vəziyyətdən söz gedir. Özünüzü ya öz gözünüzlə ya da başqa birinin gözü ilə görürsünüz. Bu iki fərqli görmə şəklindən ilki "əlaqəli", digəri "əlaqəsiz" deyə adlandırılır. Əlbəttə ki, real həyatda dünyaya baxışımız hər zaman "əlaqə"lidir.

Əgər bu xatırlama oyununu daha çox oynasanız, vizual bir imicin çox parlaq ya da olduqca darıxdırıcı ola biləcəyini, real həyatdakından daha geniş və ya daha kiçik, həmçinin uzaq, ağ-qara və ya rəngli ola biləcəyini görəcəksiniz. Bütün bunlara alt modellər deyirik. Səslər də, duyğular kimi fərqli xüsusiyyətlərə sahib ola bilər. Gözəl bir şey xəyal etdiyiniz zaman özünüzü xoşbəxt hiss etməyə, xoş olmayan bir xəyalda isə pis hiss etməyə başlayarsınız. Eynilə, real həyatda olduğu kimi. 

Müsbət və mənfi xatirələr ya da zehni canlandırmalar (gələcəkdəki bir hadisəni də xəyal edə bilərsiniz) arasındakı fərqləri müqayisə etdiyiniz zaman, alt modelləri görməyə başlayacaqsınız. Daha sadə sözlə desək, bəzi xüsusiyyətlər xoş görüntülərlə "əlaqəli" ikən, bəziləri ağrı verici görüntülərlə "əlaqəli" ola bilər. Səhnələrin real tərkibinin bu vəziyyətdə bir təsiri yoxdur. Hadisələrə
bu baxımdan baxdığımız zaman bir insan üçün xoş olan bir şeyin, bir başqası üçün niyə qorxulu olduğunu anlaya bilərik. Hər birimiz eyni xarici hadisələr və vəziyyətlər üçün fərqli xəritələr qurarıq. Yəni, hər birimiz ətrafımızda, daxilimizdə baş verənləri fərqli şəkildə dərk edirik. Alt modellərin insanaxas olan bu tərkibi müəyyən bir şey qarşısındakı duyğularımızı, özümüzü, münasibətlərimizi, inanclarımızı, çətinliklərimiz və qorxularımızı necə gördüyümüzü də müəyyən edir.
 
Bir anlıq daxili subyektiv dünyanıza girməyə və alt modellərdəki fərqlilikləri kəşf etməyə çalışın. Eynilə, hər hansı bir qabiliyyəti qazanmaq kimi, bunu rahatlıqla etmək də vaxt alacaq və tətbiq etməyinizi tələb edəcək. Asan xatırlaya bildiyiniz yaxın keçmişdəki xatirələrinizlə başlayın. İnanın, səy göstərməyinizə dəyəcək. Daha sonra, xoş və xoş olmayan xatirələriniz arasındakı fərqli xüsusiyyətləri, yəni alt modelləri də asanca müqayisə edə bilərsiniz. Təbii olaraq, sizi incidən xatirələrin görüntüləri kiçik, uzaq və dumanlı olacaq, səslər də aydın eşidilməyəcək. Yəni, o xatirə ilə əlaqəniz kəsiləcək və "əlaqəsiz" olacaqsınız. Özünüzü səhnənin xaricində, hadisəni izləyən bir müşahidəçi kimi görəcəksiniz. Bu, sizin bir şeyi məmnunedici və ya ağrıverici kimi ifadə etməyinizi təyin edən alt model tərkibinizdir və sizə məxsusdur. Sizin əhvalınızı, özünüzü realda necə hiss etdiyinizi təyin edər. Artıq müxtəlif zehni durumlarınızı yaradan şüuraltı səviyyəsində necə düşündüyünüzü anlaya bilir və bu sahəyə girə bilirsiniz.

ŞƏRH YAZIN