Sağlam Bir Ünsiyyətin Sirri ...

0
3825
Sağlam Bir Ünsiyyətin Sirri ...

 Münasibətlərimizdə üzləşdiyimiz problemlərin səbəbinin nə olduğu barədə heç düşünmüsünüz? Bəs bu problemlərin silmə, təhrif etmə və ümumiləşdirmə kimi əməliyyatlar səbəbindən yarandığını bilirdinizmi? Sinir sistemimizdə ümumiləşdirmələri, silmələri və təhrif etmələri düzəltmək və qarşısını almaq məqsədi ilə, dili dəqiq və anlaşılan tərzdə istifadə etməyə meta modellər deyilir. Yəni, dil qəliblərini öyrənərək dili öz məqsədimizə uyğun bir şəkildə istifadə edə bilərik. 


Bunun nə kimi faydası var?

Doğru sualları verdiyimiz zaman daha dolğun məlumat əldə edərik. Ünsiyyət xətaları, səhv anlaşmalar, qəlb qırıqlığı, küsmələr, incimələrin kimi xoşagəlməz halların qarşısını da almış olarıq.

Məşhur NLP mütəxəssislərindən biri qeyd olunanlarla bağlı öz təcrübələrini bizimlə bölüşüb. Biz onun dediklərini olduğu kimi təqdim edirik.

"Bir qız dostumla söhbət zamanı onun kədərli olduğunu müşahid etdim. Bir yerdə oturub söhbətləşməyə başladıq. Danışmağa başladı. "Bu adam məni dəli edəcək. Həm sevir, həm də yetəri qədər maraqlanmır. Nə etdiyini anlaya bilmirəm." Vəziyyətin nə olduğunu dəqiq olaraq, başa düşmək üçün ondan "Səni sevdiyini necə anlayırsan?" deyə soruşdum. O da "Məni nə zaman görsə, gözlərimin içinə baxaraq "Necəsən?" soruşar. Mənə "Bir problemin olduğu zaman mütləq xəbər et, oturub söhbətləşək" deyir. "Yaxşı başqa nələr edir?" soruşdum. "Bu qədər, başqa heç nə etmir. Elə ona görə dəli olmaq üzrəyəm." Təbii ki, söhbətin ən çətin məqamına gəlmişdik. Artıq başa düşmüşdüm, dostum oğlanın ona olan münasibətini sadəcə təhrif edir. Oğlanın hal-xətir soruşmağını, maraqlanmasını özünə olan xüsusi bir maraq kimi dəyərləndirir. Halbuki, o bəhs etdiyi insan hər kəsə sevgi dolu yanaşır və maraqlanır. Qıza qarşı xüsusi bir fikri bəsləmir. Sadəcə, onun söhbət tərzi və anlayışı elədir. Hər şey bu qədər..."

Bəs silmə əməliyyat nədir, nə zaman baş verir? Silmə əməliyyatına da tez tez müraciət edərik. Məsələn, düşüncələrimizi qısa və konkret olaraq ifadə edərkən, bəzən bəzi önəmli məlumatları gözdən qaçırarıq. Qarşımızdakı insanın söylədiklərimizi başa düşəcəyini və bunların o qədər önəmli olmadığını düşündüyümüz zaman, silmə əməliyyatı aparmış oluruq. Təbii ki, bu zaman da ortaya çıxan boşluq qarşımızdakı insan tərəfindən istədiyi kimi doldurulur. 

"Mənimlə söhbət edən bir nəfər "Sevgilimlə problemim var" deyirdi. Detallara varmırdı. "Yaxşı, hansı hallarda və nə zaman sevgilinlə problem yaşayırsan?" soruşduğum zaman düşünərək belə dedi. "İşlərim çox gərgindir. Olduqca da geniş ətrafım var. Sevgilim buna əsəbləşir. Məni axtarmır. Mən ona zəng etdiyim zaman da soyuq bir səs tonu ilə danışır. Yəni, qısacası çox problemli, psixopat biridir. Mənə gileylənir, tez tez də çilədən çıxardır, qışqırdır." Bunu dinlədikdən sonra içimdə sadəcə güldüm və təəccübləndim. İnsan öz etdiklərini görmürdü. Hansı qadın bu durumda üzülməzdi ki?! Onunla xeyli söhbətdən sonra sonunda öz səhvlərini görə bildi."

Ümumiləşdirmələrə gəlincə isə, fərqində olmadan gündəlik həyatda tez-tez ümumiləşdirmələr edirik. Məsələn, bir yoldaşımızın sözü doğru çıxmamışsa, dərhal yalançı damğasını vurarıq. Uşağınız bir dərsdən aşağı qiymət alsa tənbəl deyərik. Bir davranışı onun bir xarakteri kimi görürük. Bu cür yanlış ümumiləşdirmələr etibarsızlıq yaradır və doğru ünsiyyətə mane olar. Bir təcrübəyə əsasən bütün təcrübələri eyni sinifə daxil etmək düzgün deyil. Hələ bu mühakiməyə çevrilərsə, ünsiyyətdə qırılmalar da yaşana bilər. 

"Bir xanımla söhbətimiz zamanı, mənə belə dedi: "Yoldaşım məni əsla dinləməz." O səni nə zaman dinləməz?" deyə soruşduğum zaman belə bir cavab verdi. "Yorğun və xəstə olanda, mən ona bir şey danışmaq istəyirəm. Məni dinləmir." Elə hesab edirəm ki, hər hansı bir açıqlama etməyimə gərək yoxdur. Siz qərar verin."

Ümumiləşdirmələr insanı gücləndirə bildiyi kimi, məhdudlaşdıra da bilər. Məsələn, "Kişilər ağlamaz" gücləndirən, "Kişilər aldadar." isə, məhdudlaşdıran bir ümumiləşdirmədir.
 
Silmə, təhrif etmə və ümumiləşdirmə etmədən sağlam bir ünsiyyət və sağlam münasibət sənin əlində, mənim əlimdə, bizim əlimizdədir!

ŞƏRH YAZIN