Sviş Qəlibi Nə İşə Yarayar?

0
1969
Sviş Qəlibi Nə İşə Yarayar?

Sviş qəlibi - sizdən "Mükəmməl bir Siz" yaratmaq deməkdir.

Bu tapşırığın hər addımını diqqətlə, rahatlıqla, asanlıqla və öz tempinizdə tamamlamaq üçün lazım olan bütün zamanı istifadə edin.

1. İpucu görüntüsünü müəyyən edin. Həyatın sizə qarşı çox mərhəmətsiz olduğu düşündüyünüz, özünəinam əskikliyi hiss etdiyiniz hər hansı bir zamanı xatırlayın. İstər çox uzun zaman öncə olsun, istər bu yaxınlarda fərq etməz. Ya da gələcəkdə olmasını düşündüyünüz bir gözləntinizi düşünün: düşündüyünüz zaman sizi narahat edən ya da çarəsiz hiss etdirən bir şey olsun.

Sizin özünüzün də o təcrübənin içində olmasına, gördüyünüzü görməyinizə, eşitdiyinizi eşitməyinizə icazə verin. Buraxın, həyatınızın o dövrüylə uyğunlaşan narahatlıq verici duyğular daha da gərginləşsinlər. Bədəninizin hansı hissəsində bu duyğuları ən güclü şəkildə hiss etdiyinizin fərqinə varın.

Bu duyğuların fərqində olmağa davam edərək, bu duyğuyla yanaşı daha nəyi gördüyünüzün fərqinə varın. Bu görüntü sizə mənasız da görünə bilər. Sizə deyilən hər hansı bir söz və ya sizin söylədiyiniz bir şey də bu narahatedici duyğulara qatıla bilər.

İndi isə, o narahatedici görüntünü və o səsləri müvəqqəti olaraq bir kənara qoyun.

2. Diqqətin dağılması: təcrübənizi bir kənara qoymağa köməkçi olması üçün telefon nömrənizi yüksək səslə söyləyin. İndi isə, sırf əyləncə olsun və diqqətiniz dağılsın deyə, telefon nömrənizi bu dəfə tərsdən söyləyin.

3. Özünüzün müvəffəqiyyətli obrazını yaradın: İndi gözünüzün qarşısında, özünəinamınıza mane olan məsələni həll etdiyiniz zaman necə görünəcəyinizin bir görüntüsünü yaratmaq üçün bir iki dəqiqənizi ayırın:

* Bu "gələcəkdəki siz"siniz;

* Sizin bir neçə addım önünüzdəki "siz"siniz;

* Sizə problem olan məsələləri necə həll edəcəyinizi çoxdan öyrənən bir "siz"siniz. Gələcək "siz" problemləri sizə hələ aydın olmayan üsullarla həll edib. Və bu "siz" müvəffəqiyyətli olacağını bilir, çünki özü onsuz da müvəffəqiyyətli olub.

* Bu, sizin başınızdan keçən hər şeyi və bir az daha çoxunu yaşayan bir "siz"siniz. Sizə sevgi və şəfqət bəsləyir, müvəffəqiyyətli olacağınızı da bilir.

Hər problemlə baş edəcək resursa malik "möhtəşəm siz"i düz qarşınızda, böyük, parlaq və rəngli bir görüntü kimi görün:

* Hər zaman alternativi olan, narahat olduğunuz hər nədirsə, onunla başa çıxa bilmək üçün bir çox fərqli yolu olan bir "siz"siniz
 
Ən əhəmiyyətlisi isə, qüvvətlə ona doğru çəkildiyinizi hiss edin. Sadəcə ona baxmaqla belə, güclü insan olma arzunuz yaranır. Əgər "möhtəşəm siz" görüntüsünə daha çox bənzəmək üçün güclü bir cazibə hiss etmirsinizsə, o görüntünü daha həqiqi, daha inandırıcı, daha olmaq istədiyiniz bir insan etmək üçün zaman ayırın. Bunu görüntünün alt modellərini zənginləşdirərək edə bilərsiniz. Məsələn, görüntünü daha böyük, daha parlaq, daha rəngli və hərəkətli edə bilərsiniz.

Artıq o "gələcəkdəki siz"ə qarşı güclü bir cazibə hiss etdiyinizə görə, "möhtəşəm siz"in ürəkdən və dürüst bir səs tonuyla "özüm haqqında yaxşı şeylər hiss edirəm" dediyini eşidin. "Özüm haqqında yaxşı şeylər hiss edirəm" sözləri sizə doğru gəlsin və başınızın üstündə dairələr çəksinlər, bütün beyninizi gəzsinlər. Beyninizdə fırlanan sözləri dinləyin... "Özüm haqqında yaxşı şeylər hiss edirəm "sözlərini eşitdiyiniz zaman, buraxın yaxşı duyğular sizi başdan aşağı və daxildən xaricə doğru bürüsün.

4. Özünüzün müvəffəqiyyətli obrazını yaratmaq üçün tapşırıqlar edin: İndi "möhtəşəm siz"in görüntüsünü alın və önünüzdəki boşluqda süzülən, parıldayan kiçik nöqtənin içinə yerləşdirin. O parıldayan kiçik nöqtənin tez canlanmasına və getdikcə böyüməsinə icazə verin. Yenidən real həyat ölçülərində olana və siz "möhtəşəm siz"i gör bilənə qədər... Dərhal önünüzdə... böyük, parlaq və rəngli. "Möhtəşəm siz"in dürüst və səmimi şəkildə, "Özüm haqqında yaxşı şeylər hiss edirəm" deməsini eşidin.. və bu sözlər beyninizdə sanki yüngül sədalarla dairələr çəkir və yaxşı duyğuların sizi bürüdüyünü hiss edirsiniz.

İndi isə, sanki bir kino salonundasınız kimi, zehninizdə boş bir ekrana baxın. Bu əməliyyat avtomatik hala gələnə qədər bir neçə dəfə təkrarlayın.

5. Özünüzün müvəffəqiyyətli obrazını ipucu görüntüsünün içinə yerləşdirin: İndi o kiçik, parlaq nöqtəni 1-ciaddımda kəşf etdiyiniz ipucu görüntüsünün mərkəzinə yerləşdirin.

6. Görüntüləri bir-birlərinin yerinə qoyun: İndi narahatlıq verən görüntü solarkən, kiçilərkən və parçalanaken "möhtəşəm siz"i ehtiva edən parıltılı nöqtə böyüsün və parlaqlaşsın, böyüsün və parlaqlaşsın. Ta ki, "möhtəşəm siz" görüntüsü narahatlıq verən görüntünün yerini tutana, zehni gözünüzü doldurana və beləliklə də, tək görə bildiyiniz "möhtəşəm siz" olana qədər! O görüntünüz tam qarşınızda, böyük, parlaq və rəngli olaraq "Özüm haqqında yaxşı şeylər hiss edirəm" deyərkən görün... sözlərin başınızda dairələr çəkdiklərini hiss edin və yüngül bir əks-səda etdiklərini eşidin. Və buraxın, yaxşı duyğular sizi bürüsün.

7. Boş bir ekran görün: Sanki, bu dəqiqə bir film salonundasınız, film başlamadan əvvəl boş bir ekrana baxırsınız. Bax məhz o cür, zehninizdə boş bir ekrana baxın.

8. On dəfə təkrarlayın: İndi 4-cü addımdan 6-cı addıma qədər bir az daha sürətli gedin. 

Sonra, özünüzü sanki bir kino salonunda görün,  zehninizdə boş bir ekrana baxırsınız.

Bütün bu əməliyyatı hər səfərində daha sürətli edərək, dörd dəfə daha təkrarlayın. Sonra hər birinin arasında boş bir ekran gördüyünüzdən əmin olaraq, əməliyyatı üç dəfə daha təkrarlayın. Və son olaraq, əməliyyatı mümkün olduğunca sürətli olaraq, iki dəfə daha həyata keçirin. Bunu həqiqətən sürətli etdiyiniz zaman, görüntülərin yer dəyişdirdiyinin şüurlu olaraq fərqində olmaya bilərsiniz. Bu əməliyyatı on dəfə etmək bir çoxları üçün yetərli olacaq. Ancaq bəziləri üçün bir ya da iki dəfə kifayətdir. O narahatlıq verici duyğuları artıq hiss etməyənə qədər bu əməliyyatı neçə dəfə etməyə ehtiyacınız var?

9. Özünüzün müvəffəqiyyətli obrazını çoxaltmaq: Özünədəyər sizin bütün davranışlarınıza təsir edən obyektiv və müsbət bir təəssürat olduğuna görə, baxdığınız hər yerdə (keçmişdə, indi və gələcəkdə) özünüzün daxili müsbət bir görüntüsünü görmək çox güclü bir təsir yaradacaq. "Möhtəşəm siz" görüntüsünü fiziki olaraq, əlinizdə tuta bildiyinizi xəyal edin. Uzanın və onu əllərinizlə tutun. Ona toxunduğunuz zaman parlamağa başlayacaq. "Möhtəşəm siz"in o parıldayan və rəngli görüntüsünü çoxaltmağa çalışın.

İndi əlinizdə o görüntülərdən birini tutun və digərini yüksəklərə fırladın. "Möhtəşəm siz"in bütün o görüntülərini aşağıya doğru endiyini və hər istiqamətdə, gözünüzün görə bildiyi uzaqlığa qədər bütün ətrafınızda mərkəzi dairələr olaraq yerləşməyə başladığını izləyin... keçmişinizə, bugününüzə və gələcəyinizə. Dairələrdə bütün ətrafınıza yayılan "möhtəşəm siz" görüntülərinin  olduğunu və hər birinin sevgi dolu, dürüst səslərdən ibarət olan xor şəklində "Özüm haqqında yaxşı şeylər hiss edirəm" deməyini eşidin. Bu zaman da yaxşı duyğuların sizi başdan aşağı və daxildən xaricə doğru bürüdüyünü hiss edə bilərsiniz.

10. Tapşırığı test edin: Artıq bu qəlibi bir neçə dəfə təkrarladığınıza görə, etdiyiniz işi test etmək vacibdir. İndi bir anlıq durun. O ilkin, narahat edici ipucu görüntüsünü təkrar ağılınıza gətirməyə cəhd edin və nə hiss etdiyinizə diqqət edin. Əgər narahat edici duyğuları heç geri gətirə bilmirsinizsə və ya narahatedici görüntünü görməkdə çətinlik çəkirsinizsə, artıq uğurlu olmusunuz deməkdir.

Əgər ipucu görüntüsünü düşündüyünüz zaman, hər hansı bir narahat edici duyğu hiss edirsinizsə, hər adıma böyük bir diqqət göstərərək o duyğu ortadan qalxana qədər qəlibi təkrarlayın.

ŞƏRH YAZIN