Tənbəl Şagird Yoxdur ...

0
2629
Tənbəl Şagird Yoxdur ...

 İstifadə etdiyimiz təmsil sistemləri öyrənmə tərzimizi də müəyyən edir. Vizual tiplər şəkil və qrafikaya əhəmiyyət verirlər. Öyrəndiyi şeyləri gözləri ilə görmək istəyirlər. Audial insanlar isə, səsdən təsirlənir. Onlara bir şeyi uyğun şəkildə söyləməyimiz kifayətdir və dinləyərək öyrənirlər. Kinestetik tiplər isə, öyrənəcəkləri şeyləri qavrayaraq, toxunaraq və hiss edərək öyrənirlər.

Xüsusilə də, məktəblərimizdə təhsil sisteminin ən əhəmiyyətli çatışmazlığından biri şagirdlərə fərqli öyrənmə strategiyalarını göstərmədən, yalnız bir bir kanaldan öyrətməkdir. Adətən, müəllimin təmsil sistemiylə uyğunlaşan uşaqların dərsə və müəllimə qarşı marağı olar, digərlərinin isə, ya marağı azalar, ya da o şagirdlər tənbəl kateqoriyaya girərdilər.

NLP "Tənbəl şagird yoxdur, yalnız elastik olmayan müəllim var," deyir. Müəllimlər 3 təməl sistemi istifadə edərək dərs öyrətməlidir. Dərslər sxem və şəkillərlə göstərilməli, uyğun və ahəngli bir səs tonuyla izah edilməli və lazım olarsa, oyunlarla "sanki canlı imiş" kimi təqdim edilməlidir. Bəzi dərslərdə bu mümkün olmaya bilər. Bununla yanaşı, unudulmaması lazım olan məqam tənbəl şagird olmadığıdır. Sadəcə fərqli şəkildə, müxtəlif maraq mərkəzləri və təmsil sistemləri olan fərdləri qəbul etmək müvəffəqiyyətin əsasıdır. Ayrıca hər şagird hər dərsdə müvəffəqiyyətli olacaq deyə bir qayda da yoxdur.

Təhsilin məqsədi, uşaqları əzbərçi məlumat anbarı etmək deyil, onların özlərini və qabiliyyətlərini tanıyan, öyrəndiyi məlumatı öz həyatında istifadə edə bilən, ünsiyyət bacarığı güclü olan fərdlər kimi yetişdirməkdir. 

Həm orta məktəbdə, həm də ali məktəbdə dərs deyən bir müəllim öz təcrübəsini belə ifadə edir: "Xüsusilə ilk və orta təhsildə hər hansı bir şeyin öyrədilməsində müəllim 100% məsuliyyət sahibidir. Çünki uşaqlar istəyərək məktəbə gəlməyi seçmirlər. Doğulduqları gündən məktəb eşqi ilə yanıb alışmırlar. Uşaqların məktəbə gedərək bir sıra bacarıq və məlumatları öyrənməsi valideynlərin istəyidir. O zaman, bu vəziyyətdə uşaqlara məktəbi sevdirəcək və bir sıra təməl vərdişləri qazandıracaq elastik, yaradıcı, rəhbər və çoxyönlü müəllim tipinə ehtiyac vardır. Müştərilərimiz uşaq olduğuna görə, onların yüksək qiymət almaları biz müəllimlərin əsas vəzifələri içindədir. Yüksək təhsildə şagird istədiyi məktəbi seçdiyinə görə, burada məsuliyyət müəllimlə şagird arasında yarıbayarıya bölünür. 50% müəllim, 50% şagird. Elastiklik, yaradıcılıq, fərqli düşünə bilmə və şagird mərkəzli olmaq bu mərhələnin ən əhəmiyyətli faktorudur."

ŞƏRH YAZIN