Zehin Və Bədən Eyni Sistemin Hissələridir!

0
2606
Zehin Və Bədən Eyni Sistemin Hissələridir!

 Bir çox insan bilir ki, insanın duyğusallığı onun fiziki hərəkətlərinə təsir edir. Lakin, bunun əksinin daha çox güclü olduğunu isə, çox az adam bilir. Fiziki olaraq hərəkətə keçdiyimiz zaman duyğusal olaraq da hərəkətə keçərik. Bunların ikisi bir-birindən ayrılmaz.

Sizə maraqlı bir fakt gətirim: Bir çox araşdırmaçı duyğuların bədənə necə təsir etdiyini araşdırıb. Amma son zamanlarda reallaşan bir araşdırma ilə, elm adamları fiziki hərəkətlərin də duyğuları idarə edə bildiyini müəyyən edib. Belə ki, özümüzü yaxşı hiss etdiyimiz zaman gülümsədiyimizi ya da şən olduğumuz zaman güldüğümüzü bilirik. Amma araşdırmanın nəticəsi ilə məlum oldu ki, gülümsəmə ilə gülmənin yaratdığı bioloji prosesin bizi həqiqətən yaxşı hiss etdirdiyini bilmək daha önəmlidir. Onlar beynə gedən qan axışı və ya oksigen səviyyəsini dəyişdirərək, beyin ya da sinir siqnallarının xəbərdarlıq səviyyələrini artırarlar. Üzünüzü qorxu, qəzəb, sürpriz, diksinmə ya da nə hiss etmək istəyirsinizsə, o fizioloji hala salsanız, o dəyişikliyi siz də hiss edərsiniz.

Bir nəfər bununla bağlı öz təcrübəsini bölüşür. 

"İllər öncə, həyatımı dəyişdirmənin əhəmiyyətli yollarından biri də danışma, mimika və hərəkət şəklimi dəyişdirməkdə idi. İlk əvvəl bunun bir az axmaqca, bir az da poza verməyə bənzədiyini düşünmüşdüm. Lakin özümdən gözləntilərimlə bağlı ismarıcların sinir sistemi vasitəsilə, beynimə həmin an çatdırıldığını gördüm. Hisslərim və zehni modelim (zehni baxış bucağım) dəyişməyə başladı. Daha dinamik düşünməyə və daha güclü, daha müsbət, daha meydan oxucu hərəkətlər etməyə başladığımı hiss etdim. Bunun sirri vərdiş etmədiyim bu hərəkətləri mənimsəyincəyə qədər, şüurlu bir şəkildə diqqətlə etməyim idi. Nəticədə, artıq onları düşünmək məcburiyyətində qalmıram. Hərəkətə şüurlu olaraq keçmirəm. Bu güclü və müsbət vərdişlər zehnimə və sinir sistemimə yaxşıca yerləşdi.

Hərəkətlərim təməl olaraq, həddindən artıq dərəcədə inamlı insanlarda gördüklərimin kopyası idilər. Bütün etdiyim şey isə, eyni gücdə və intensiv onları təqlid etmək idi. Bu həyata tamamilə yeni bir bucaqdan baxmağımı və daha çox təqibçi olmağımı təmin etdi. Yəni, hərəkətlərinizdəki dəyişiklik böyüdükcə, duyğularınız və hərəkətləriniz hər gün daha çox dəyişəcək. Bunu özümdə fərq etdim."

Sizə bir təklifim var: bir daha xəyal qırıqlığı hiss etməyə başlasanız, dərhal sıçrayın, bədəninizi silkələyin, dərin bir nəfəs alın və özünüzə "Bunun gözəl olan tərəfi nədir?", "Çılğın tərəfi nədir?", "Əyləncəli tərəfi nədir?", "Bu problem on il daha davam edərmi?" kimi suallar soruşun. Həm fiziologiyanızı, həm də diqqətinizi dəyişdirmək sizi daha yaxşı zehni vəziyyətə salacaqdır. Yeni görünüşünüzdə sizi narahat edən hər nədirsə, onunla daha təsirli olaraq başa çıxa bilərsiniz.

Hərəkətləri sizin etmək istədiyiniz kimi olan birisini düşünə bilərsinizmi? Bunlar dostlar, ailənizin üzvləri, müəllimlər, aktyorlar, natiqlər, rəqqasələr ya da modelləşdirə biləcəyiniz digər güclü rol modelləri ola bilər. Bu insanı təsəvvür edin. Bu insanın danışma tərzindən ya da hərəkət tərzindən tam olaraq əmin olmasanız belə, yaxşı bir fikir qazana bilməzsiniz?

Ulduz futbolçu olduğunuzu və final oyununda qol atdığınızı düşünün. Necə gəzərdiniz? Başınız aşağıda və çiyinləriniz çökük olardı? Əsla! Dimdik gəzərdiniz! Bütün bədəniniz "Ən böyük mənəm" deyərdi. Sizcə bu necə hiss etdiyinizi və nə etdiyinizi dəyişdirməyəcək? Heç şübhəniz olmasın! Dəyişəcək!

Bir başqasının hərəkət etdiyi kimi hərəkət etməklə, onun kimi bənzər hissləri yaşamağa başladığınızı görəcəksiniz. İndi, bir sonrakı hissəyə keçmədən öncə bunu edin. Ayağa qalxın və bu yazını oxuyarkən, bir məqsədiniz və ya sahib olmaq istədiyiniz bir şey haqqında düşünün. Düşündükcə, ümidlənməyə başlayın. Ümidləndiyiniz zaman, bir şeyin işə yarayıb yaramadığından əmin olmadığınız zamandakı kimi durun. İşə yarayacağını ümid edərsiniz. Sizi çətinliyə salmayacağını ümid edərsiniz. Əmin olmadığınız zaman, sadəcə ümid edərkən necə nəfəs alırsınız? Yalnız ümid edərkən üzünüz nəyə bənzəyir? Ümid edərkən çiyinləriniz haradadır? Bədəninizin harasında ağırlıq hiss edirsiniz? Məqsədinizi həyata keçirdiyinizi ümid edərkən nəyi gözlərinizin önünə gətirərsiniz? Onu həm işə fayda ikən, həm də yararsız ikən görə bilirsinizmi? İndi cəhd edin. Yalnız səhifədəki sözləri oxumaqla qalmayın.

İndi də narahat olduğunuzu düşünün. Yalnız bir neçə saniyə bədəninizlə nə etmək məcburiyyətində olduğunuzu görmək üçün, məqsədinizin reallaşıb reallaşmayacağı ilə bağlı narahat olmağa başlayın. Narahat olmaq üçün əllərinizlə nə etdiniz? Çiyinlərinizə nə oldu? Bədəninizdə hər hansı bir gərginlik varmı? Nəfəs almağınızı yavaşlatdınız ya da dayandırdınızmı? Üzünüzdəki əzələlərə nə oldu? Narahat olduğunuz zaman səsiniz nəyə bənzəyir? Nəyi gözünüzün önünə gətirdiniz? Zehninizdəki ən pis ssenarinimi gördünüz? Təkrar edirəm, indi həqiqətən özünüzü bu vəziyyətə salın və narahatlıq hiss üçün bədəninizlə nə etdiyinizə diqqət edin.

İndi o vəziyyətdən çıxın və əminlik hiss etməyə başlayın. Məqsədinizi düşünün və indi onu reallaşdırmaqdan əmin olduğunuz zaman, necə nəfəs alır və durursuznuza, elə nəfəs alın və elə durun. Zehninizdə heç bir sual işarəsi olmadığı zaman, necə dayanırsınız? Duruşunuz necə olur? Bunu oxusanız belə, özünüzü o vəziyyətə salın. Necə nəfəs alırsınız? Üzünüzə necə bir ifadə verirsiniz? İstədiyinizi həyata keçirəcəyinizdən əmin olduğunuz zaman əllərinizlə nə edərsiniz?

İndiki duruşunuz nəyə bənzəyir? Ümid və narahatlıqdan çox fərqli deyilmi? Bədəninizin ağırlığı haradadır? Balanslıdır? Həqiqətən əminsinizsə, yəqin ki, balanslı olduğunuzu və ayaqlarınızın yerə basdığını hiss edərsiniz. Nəyi görüntüləyirsiniz? İddia edirəm ki, bunun işə yaradığını görəcəksiniz.

Hər gün bu şəkildə necə hiss edə bilərsiniz? Müvəffəqiyyətli olan kəsləri tapın və onların güvən fiziologiyalarını; kiçik hərəkətlərini, nəfəs alışlarını, gedişlərini modelləyin. Daha yaxşısı, zehni ya da duyğusal olaraq ən yaxşı olduğunuz zaman istifadə etdiyiniz hərəkətlərinizi modelleyin.

Bunun sadəcə bir oyun olmadığını, lakin bədəninizin və beyninizin hər hüceyrəsində yerləşən möhtəşəm zəkaya çatmağın bir yolu olduğunu bilin. Oxşar hərəkət və nəfəs toxumlarını əkdiyiniz zaman, eyni mükafatları alırsınız.

Güvən, xoşbəxtlik və müvəffəqiyyət modelləri ilə qarşılaşdığınız zaman yalnız onların fiziologiyasına diqqət etməyin, eyni zamanda onları dinləməyə də başlayın. Dillərinin quruluşunu dinləyin, inkişaf etdirməyi öyrənəcəksiniz!

ŞƏRH YAZIN