Özgüvən İnkişaf Etdirməyin 10 Qızıl Qaydası

0
7085
Özgüvən İnkişaf Etdirməyin 10 Qızıl Qaydası

Özünə inam sahibi olmaq, özünə inamı yaxalamış olmaq müvəffəqiyyətin olmazsa olmazlarındandır. Xüsusilə özünə inam mövzusunda tərəddüd yaşayırsınızsa gerçək bir özünə inama sahib deyilsiniz. Bəs özünə inam problemini aşmaq üçün nələr edilə bilərik?

Ümumiyyətlə insanların özünə etibarı hər zaman eyni səviyyədə olmur. Bir gün özünüzü çox yaxşı və etibarlı hiss edərkən sabahısı gün tam tərsini yaşaya bilərsiniz. Özünüzü bacarıqlı və ağıllı hesab etmirsinizsə müvəffəqiyyətsizlik də qaçınılmazdır. ŸƏgər ağıllı və bacarıqlı olduğunuzu düşündüyünüz zamanlarda, zehininiz də buna mərkəzlənər və müvəffəqiyyətə öz-özünə çatarsınız.
 
Özünə inamınızı artıracaq 10 təklif : Bacarana qədər bunları edin!
 
Özünə güvən, başqa bir sıradan fərdi bacarıqlar kimi əmək verilərək, üzərində işlənərək inkişaf etdirilə bilər. Günbəgün, addım-addım hədəflərinizə çata bilərsiniz. Bu bir mənada,tam özgüvən hiss edənə qədər müəyyən davranışları etməlisiniz. Lakin görəcəksiniz, ilk zamanlarda siyahı halında tətbiq edəcəyiniz bu maddələr, zamanla içinizdən gəlməyə başlayacaq.
 
1. İnsanları anlamağa çalışın
 
Bəzilərini mühakimə etmək, onun haqqındakı mənfi düşüncələri dilə gətirmək, həmişə onları anlamaqdan daha asandır. Elə isə asana qaçmayın, onların davranışlarını və reaksiyalarını anlamağa cəhd göstərin. Mütləq haqlı bir səbəbləri olduqlarını kəşf edəcəksiniz.
 
2. Üzərinizə oturan geyimlər geyin
 
Çox məhşur bir söz vardır: "Paltarlarımız şəxsiyyətimizi əks etdirər." Amma burada ifadə etmək istədiyimiz, üzərinizə oturacaq paltarlar geyməyinizdir. Çünki xəttlərinizi müəyyən edən geyimlər, adamın özünə və bədəninə olan etibarını artırar. Necə bir kiloda olduğunuzun bir əhəmiyyəti yoxdur, həddindən artıq bol və salaş paltarlar  sizi olduğunuzdan daha geniş və iri göstərəcək.
 
3. Gülməkdən imtina etməyin 
 
Bu məşhur xoşbəxtlik hormonu endorfine hamımızın çox ehtiyacı olduğuna görə, sizə qəhqəhə çəkdirəcək kəslər, film, serial və ya videolardan faydalanın. Unutmayın, gülmək bədənin gərginliyini böyük ölçüdə ala bilən nadir faktorlardan biridir.
 
4. Səssizliyi dinləyin
 
Günümüzun qarışıqlığında artıq səssizlik anlayışını unutmuş vəziyyətdəyik. Halbuki, özümüzü anlamaq və onunla baş-başa səssizcə vaxt keçirmək ruh və bədən sağlamlığı üçün çox əhəmiyyətlidir. Hər gün mütləq, yalnız siz və düşüncələrinizlə qala biləcəyiniz səssiz mühitləri yaratmağa diqqət edin.
 
5. Büdcənizi hazırlayın
 
 İstər çox zəngin, istər orta səviyyəli olun fərq etməz, büdcə hazırlamaq sizlərə idarəli və etibarlı bir həyat təmin edər.
 
6. Dedi-qodudan uzaq durun.
 
Bilin ki etdiyiniz hər dedi-qodunun sizə geri dönüşü olacaq. Dedi-qodu etdiyiniz insanlar, siz arxanızı döndüyünüzdə də sizinlə əlaqədar danışmağa başlayacaqlar.
 
7. Sözləriniz və etdikləriniz bir-biriylə uyğun olsun 
 
Bəli, bu bəzi şərtlərə görə  həmişə mümkün olmağa bilər lakin yenə də işə əvvəl kiçik olan arzuları başlayınızdan. Yavaş yavaş bunları bacardıqdan sonra səviyyəni artırıb, özünüzə daha böyük hədəflər qoyaraq, onları da reallaşdıra bilərsiniz. Burada əhəmiyyətli olan həqiqətən neyə qarşı istəkli və həvəsli olduğunuzdur, bunları tapdığınız andan etibarən, nə olursa olsun reallaşacaqlarıniza olan inancınızı qoruyun.
 
8. Bədəninizlə barışıq içərisində olun 
 
İncə biri olmanıza ehtiyac yoxdur, yetər ki aynaya baxdığınızda gördüyünüz əks olunmadan məmnuniyyət duya bilməyi bacarasınız. çünki hər kəsin, mütləq gözəl və cazibədar bir fiziki xüsusiyyəti var. Bu qisimlərinizə mərkəzlənin və güvəninizi yeniləyin.
 
9. Öyrənin
 
Sizdən həmişə daha yaxşı bilənlər və ağıllılar olduğuna görə, heç vaxt sual soruşmaqdan və öyrənməkdən imtina etməyin. çünki nə qədər çox öyrənsəniz, özünüzü o qədər çox sevərsiniz.
 
10.Əyləncəli olun, həyəcanınızı itirməyin
 
Eynilə eşqdə olduğu kimi, həyəcan insanı xoşbəxtlik varlığının ən təpəsində tutan baş aktyorlardan biri. Nə olursa olsun, həyatınızda həyəcan hiss edə biləcəyiniz şeylər tapın.
Son olaraq, bu maddələrin hamısını tətbiq etməyinizə əlbəttə ehtiyac yoxdur. İçlərindən edə biləcəklərinizə inandıqlarınızla başlamaq belə kafi olacaq.
 
 
 
 
Tərcümə etdi:Bəsti Mehralıyeva
 

ŞƏRH YAZIN