29 Milyon Dollarlıq Şarapova

0
1747
29 Milyon Dollarlıq Şarapova

Rus tennisçi Mariya Şarapova ən çox pul alan qadın idmançılar arasında birinci yeri tutur. Araşdırma “Forbes” jurnalı tərəfindən aparılıb.

Şarapovanın gəliri 29 milyon dollar təşkil edir. Onun cəmi 6 milyonu mükafatlandırmadandır, qalanı isə sponsor və reklamlardan əldə edilib. Ancaq bu rəqəmlər ən çox pul qazanan kişi idmançıdan xeyli aşağıdır. Belə ki, kişilər arasında birinci yeri 78 milyon dollar gəlirlə qolf ustası Tayger Vuds tutub. Şarapovadan başqa isə ilk üçlükdə amerikalı Serena Uilyams (20,5 milyon dollar) və çinli Li Na (18,2 milyon dollar) yer alıb. Qeyd edək ki, qadınların hər üçü tennisçidir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN