Bədənimizdə Bilmədiyimiz Həqiqətlər.

0
1872
Bədənimizdə Bilmədiyimiz Həqiqətlər.

Tibb mütəxəssislərinin uzun illər apardığı araşdırmalar nəticəsində indiyə qədər insan vücudu ilə bağlı bilinməyən bir çox həqiqətlər aşkarlanıb. Uzun incələmələrdən sonra bəlli olub ki, bizim üçün adi görünən vücuddaxili proseslər heç də düşündüyümüz kimi sadə deyil.  Bu nəticələri nəzərinizə çatdırırıq:  

- Ürək hər gün orta hesabla 100 min dəfə döyünür  

- İnsanın bədənindəki damarların ümumi uzunluğu 96 min kilometrdir  

- Hər insan yaşadığı müddətdə təxminən 22 kq dəri itirir  

- Sağlam insan dırnağı tam olaraq 4-6 aya inkişaf edir

- İnsanın barmaqları yaşadığı müddətdə orta hesabla 25 milyon dəfə yumulub-açılır  

- Hər 20 nəfərdən birinin və xüsusilə də kişilərin qabırğalarının sayı digərlərindən 1 ədəd çoxdur  

- Böyrəklər gün ərzində 300 dəfəyə qədər filtirlənir  

- Normal saçlı insanda 100 minə yaxın saç teli var  

- Diş minası insan bədənindəki ən sərt maddədir  

 
 
 
Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN