Bu məsləhətlərə qulaq verin!

0
3581
Bu məsləhətlərə qulaq verin!

 Hər kəsin məsləhətə ehtiyacı var... nə qədər inkar etsələr də. Çünki bəzən bizim gözümüzlə görə bilmədiklərimizi dostlar, yaxınlar daha yaxşı görür. Ona görə də güvəndiyiniz insanların məsləhətlərinə qulaq vermək lazımdır. Sizə təcrübəli insanlardan, mütəxəssislərdən, psixoloqlardan topladığımız məsləhətlərimiz var. Bəlkə faydası toxunar, dedik! Kimsə zamanı geriyə çevirə bilməz, ancaq hər kəs özünə yeni bir gələcək qura bilər... Yol işarələrini qaçırmadan, uğurlu yollar!..


* Dostlarını tanı;
 
Yaxşı vaxtlarda deyil, dibə vurduğunda yanında qalanlardır... Həyat yolunu kiminlə yan-yana getdiyin əhəmiyyətlidir...

* Problemlərlə üzləş;
 
Hara gedirsən get problemlərini özünlə apararsan. Dərs almaq; yaradılışımız bu deyilmi ki? İmtahan yerində səhvlər edib doğruları öyrənərik, hər kəsin öz səhvi/doğrusu... Həyatın mənası, çətinliklərdən dərs alıb onları asan etmək, beləcə həqiqətimizə qovuşarıq. Problemlərin üçün başqalarını günahlandırma, həyatının məsuliyyəti səndədir... Elə deyilmi?..

* Özünü aldatma;
 
Özündən başqa hər kəsi aldada bilərsən... İşlər yolunda getməyə bilər, özünü pis hiss edə bilərsən, içindən ağlamaq gəlir — ağla... Gözyaşlarını sərbəst burax ki, bir an əvvəl gülümsəməyin gəlsin...

* Xüsusi olduğunu unutma;
 
Hər kəsə kömək edə bilərsən, lakin özünü unutma, ehtiyaclarını təxirə salma, xüsusi və qiymətli olduğunu ağlından çıxarma. Əhəmiyyətlidir bəlkə başqaları üçün etdiklərin, ancaq özün üçün də etməlisən.

* Özün ol;
 
Həyat səni başqalarına bənzətmək istəsə də sən özün ol!.. Səndən daha ağıllı, daha gözəl, daha gənc, daha varlıqlı bəziləri həmişə olacaq ancaq onlar heç bir vaxt sənin kimi ola bilməzlər. Başqaları tərəfindən təsdiqlənmək üçün dəyişmə, sənin üçün doğru olan insanlar səni olduğun kimi sevəcək...
 
* Keçmişi keçmişdə burax
 
Keçmişi unutmamaq; eyni nəqarəti dinləmək kimi, təkrar təkrar. Halbuki yeni mahnılar varkən...

* Səhv etməkdən qorxma, mühakimə etmə özünü
 
Səhv etmək heç bir şey etməməkdən yaxşıdır, halbuki. Müvəffəqiyyətə gedən yol kiçik müvəffəqiyyətsizliklərdən keçər. Səhvlər edə bilərsən, olsun, unutma ki, indi gələcəyin sənə aiddir...

* Xoşbəxtliyi satın alma
 
Bir çox şeyi pul ilə satın ala bilərsən, lakin gerçək budur ki, səni xoşbəxt edəcək olan onlar deyil... Gerçək Eşq, ehtiras, dostluq kimi...

* Zamanın dəyərini bil
 
Gələcək qapını döyməz, o sənin əlindədir... Dünyanı qurtarmağın lazım deyil bəlkə, yenə də kim bilir?..

* Məsuliyyət almaq üçün hələ hazır olmadığını düşünmə
 
Onsuz da heç kimsə hazır deyil...

* Təklik doldurulacaq bir şey deyil...
 
Tək qalmamaq üçün münasibət qurmaq olmaz... Eşq tək olduğun üçün deyil, hazır olduğunda səni tapar...

* Pis təcrübələr üzündən yeni fürsətlərə arxa çevirmə
 
Bəziləri səni sınayacaq, digərləri istifadə edəcək, başqa birilərindən isə dərs alacaqsan... Əhəmiyyətli olan bu yolda qarşılaşacağın uyğun yoldaşdı...

* Başqalarıyla yarışma
 
Özünün rəqibin ol...

* Qısqanclıq etmə
 
Qısqanclıq pis düşüncələr doğurar...

* Özünə acıma...
 
Nə olursa olsun, ümidini itirmə-bacara bilərsən-həyatın sənin əlindədir. Gülümsə. Gülümsə ki, o çətin anında belə güclü olduğunu hər kəs görsün...

* İçindəki səsi susdurma
 
Ürəyin doğrunu söyləyər...

* Pozitiv ol
 
Başına gələ biləcək mənfilikləri deyil, yaxşı, gözəl şeylərə yönəl, çaşacaqsan...

* Nəfəslən
 
Vaxtının ən qiymətli, ən çətin yerində dayan və nəfəs al, istirahət et. Möcüzələrə şahid olacaqsan...

* Həyatındakı kiçik şeyləri gör
 
Bir gülümsəmə, bir baxış, bir insan...

* Mükəmməl olmağa çalış
 
Yoxdur elə insan!..

* Özünü axıntıya qapdırma
 
Asan şey yoxdur bu həyatda, göstərdiyin səyə görə nəticə əldə edərsən...

* Şükr etməyi unutma
 
Varlığın üçün, sahib olduqların üçün...

ŞƏRH YAZIN