Dahilərdən Həyatı Dəyişdirə Biləcək Sözlər!

0
10510
Dahilərdən Həyatı Dəyişdirə Biləcək Sözlər!

1. "Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir". © Mark Tven

2. "Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir". © Tomas Edison

3. "Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm". © Deyl Karnegi

4. "Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır". © Henri Ford

5. "Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır". © Dalay Lama

6. "Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır". © Uarren Buffett

7. "Səhər oyananda nə edəcəyin haqda düşün. Axşam yatansa isə nə etdiyin haqda". © Pifaqor

8. "Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez “sabah” kəlməsini işlədir". © Robert Kiyosaki

9. "Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin". © Henri Ford

10. "Mən bunu istəyirəm. Deməli, bu olacaq". © Henri Ford

11. "Mən məğlubiyyətə uğradım. Sadəcə işləməyən 10.000 yol tapdım". © Tomas Edison

12. "Ağır iş - vaxtında etmədiyiniz yüngül işlərin cəmidir". © Con Maksvell

13. "Əvvəllər deyirdim: “Hər şeyin bir gün dəyişəcəyinə ümid edirəm.” Sonra isə hər şeyi dəyişmənin bir yolu olduğunu anladım və özüm dəyişməli oldum". © Cim Ron

14. "Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs – hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır". © Riçard Brenson

15. "Bu gün başqalarının istəmədiklərini et. Sabah başqalarının yaşaya bilmədiyi kimi yaşayacaqsan".
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN