Hər Kəs Üçün Maraqlı Qalın

0
2024
Hər Kəs Üçün Maraqlı Qalın

Daha uğurlu, daha sirli, daha maraqlı biri olmaq istəyirsənsə, bu tövsiyyələr sizin üçündür:

Xəbərləri izləyin.
Dünyada olanlardan xəbərdar olmaq vacibdir . Hər gün mütləq bir neçə xəbər saytını izləyin .

Mədəni olun.
Muzeylərə , konsertlərə gedin , matçları təqib edin , oyunlara qatılın, film və festivalları izləyin. Mədəniyyət insanları bir-birlərinə bağlar və özünüzü inkişaf etdirmənizə köməkçi olar.

Söylədiklərinizi edin.
Bir şeyləri söyləmək, etməkdən daha asandır, amma hərəkətləriniz insanlara nələri edə biləcəyinizi göstərən şeylərdir. Söylədiklərini edən bir insan olsanız , başqaları da sizə daha hörmətli davranarlar və sizi daha maraqlı bir insan olaraq görərlər.

Həvəsiniz olsun.
Hobbisi olan insanlar daha maraqlı və cazibədardırlar. Etməkdən kef alacağınız bir şey tapın və hobbiləriniz haqqında bir şeylər öyrənin .

Keçmişin olsun.
Əgər diqqətinizi çəkən bir şey varsa, bu mövzu haqqında məlumat əldə edin. İnsanlara fərqli mövzular haqqında məlumatlarınızı izah etmək onların maraqlarını çəkəcəkdir. Diqqətiniz olduğu mövzularda məlumat əldə etmək üçün internetdən faydalana bilərsiniz.

Yalnız zaman keçirin.
Öz-özünüzə zaman keçirməniz , xarakterinizin oturması , özünüzü tanımanız üçün əhəmiyyətlidir. Yalnız keçirdiyiniz zamanlarınızı hobbinizə ayıra bilər , yeni şeylər öyrənə bilər və həyatınıza necə istiqamət vermək istədiyinizə qərar verə bilərsiniz.

Başqalarını dinləyin.
Yoldaşlarınızı və ətrafınızdakı insanları dinləyin. Mütləq yeni şeylər öyrənəcəksinizdir .Bəzən başqalarından fikir almaq , mövzuya yeni bir dünyagörüşü qazanmağınızı da təmin edər. 

Başqalarının sizi sevməsi üçün , əvvəl özünüzü sevin!
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN