Həyatınızdan Narazısınız?

0
1872
Həyatınızdan Narazısınız?

Otur güzgünün qarşısında və özünə diqqətlə bax. Üzündəki cizgilərə, gözündəki parıltıya, baxışlarına diqqətlə bax. Heç kəsi düşünmə, onlar yoxdur.Yalnız sənsən bir də güzgü. Sakitlikdə diqqətlə bax öz gözlərinə. Özünə sual ver, niyə hər şey mən istədiyim kimi deyil?
Aglına gələn ilk cavablar bu olacaq: axı o, onlar, onların sənə etdikləri,şərait, ailə, .... və s...
İkinci sualı ver özünə.
Mən onun üçün, onlar üçün, ailəm üçün nə edirəm? Mənim etdiklərim onlara fayda gətirməkdir,yoxsa onların qanını qaraltmaq? Hər gün insanların üzündə təbəssüm yarada bilirsən? Bəllkə hərgün öz problemlərini onlara danışmaqdan başqa bir iş görmürsən? Düşünürsənki sən xoşbəxt olmalısan. Axı,onlar da xoşbəxt olmalıdır. Axı,hər kəsin öz həyatı var. Ətrafındakılar da xoşbəxt olmaq istəyir  ağlamaq yox.Hər gün sənin problemlərini eşidib qanlarını qaraltmaq yox,gülmək istəyir.Onlar özlərinə fayda verəcək insanları istəyir. Onlar fayda gördükləri insanlarla hər gün ünsiyyətdə olmaq,onlarla görüşmək, onlarla işləmək istəyir.Yəqinki düşünəcəksənki axı sən əlindən gələni edirsən.... Unutma, əlindən gələni etmək lazım deyil. LAZIM OLANI etmək lazımdır.
Sevgi, xoşbəxtlik, uğur o insanlara verilir ki, ətrafdakılar onlardan fayda alır. Hər kəs özünün uğrunda axıra qədər mübarizə aparan şəxsə könül verər. Əgər sən 5-6 ay sevib qarşılığını görmürsənsə, əl çəkirsən. amma bəlkədə 7-ci ayda o dərk edəcək ki, sən onun üçün kimsən. Əgər sən bir insanı təhqir edirsənsə,o da səni təhqir edər.Həyat da elədir. Sən ona haqsız, cirkin deyirsən. Və o sənə eyni reaksiyanı verir və dediyin tərzdə hadisələri, insanları, situasiyaları sənin qarşına göndərir. Bir vaxtlar sənə gülümsəyən dostlarını, sevdiklərini səndən uzaqlaşdırır. Gəlirin azalır.Sən neqativ burulğana düşürsən.
Güzgüyə diqqətlə bax. Ətrafdakılarmı dəyişməlidir? O mu dəyişməlidir? Bəlkə mənim fikirlərim dəyişməlidir?
Bəlkə güzgüdəki surət dəyişməlidir?
Oxuduğunuz üçün təşəkkür.

 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN