Super Mən (2-Ci Hissə)

0
1652
Super Mən (2-Ci Hissə)

İçinizdəki "Super mən"i aşkara çıxarmaq üçün əvvəlki məqalədə 2 psixoloji texnika yazmışdıq. Həmin texnikaları aşağıdakılarla birlikdə etmək isə daha yararlı olacaq. Bu da sizi "Super mən"ə çevirəcək 7 texnikanın növbəti ikisi:
3.Yüksək səslə təsdiq etmək.
Daxili gücümüzü hərəkətə keçirmək üçün güzgünün qarşısında dayanıb özümüzdə həyata keçirdiyimiz metodları təsdiq etməliyik.Güzgü qarşısında dayanaraq özünüzə baxın və "Mən bunu edə bilərəm, bacararam, ən yaxşısını edərəm" deyin. Bunu deyərkən içinizdə deyil, yüksək səslə deməyə çalışın. Çünki bu daha effektiv olacaq. Beyninizi oyandırıb hərəkətə keçirəcək.
Gün ərzində yaşadıınız uğursuzluqları unudun,dilinizə gətirməməyə çalışın.Pozitivə adaptasiya olmaq həyatınızda pozitivlərin artmasına səbəb olur.Buna görə də özünüzlə danışarkən də hədəf seçərkən də cümlələrinizin pozitiv olmasına fikir verin.
4.Olmuş kimi davranın.
Əgər hədəfinizdəki kimi bir insan olmaq istəyirsinizsə,olmuş kimi davranın,olmaq istədiyiniz kimi davranın,beyniniz bunun həqiqət olduğuna inanacaq.
Hər kəsin hörmət etdiyi bir insan kimi davranın,görəcəksiniz ki,bu həqiqətən də işə yarayır.
Kefiniz olmayanda əhvalınız yüksəkmiş kimi davranmağınız bunun həqiqət olmasına səbəb olacaq.
Özünüzdə hansı xüsusiyyəti görmək istəyirsinizsə,bunu özünüz üçün uydurun.
Əgər mərd,cəsarətli,bacarıqlı,qayğıkeş bir insan olmaq istəyirsinizsə,belə olduğunu düşünün və buna uyğun davranın.
İstifadə etdiyimiz bu dörd texnika şəxsiyyətimizi bütünlüklə istədiyimiz səviyyəyə gətirə biləcək yetərlilikdədir.Bu dəyişikliyi reallaşdıra bilmək üçün əvvəl özümüzü arzu etdiyimiz adam kimi düşünməyə başlayaq.Sonra özümüzü sanki bu adammış kimi hər detalına qədər canlı bir şəkildə zehnimizdə canlandıraq.Bu vəziyyəti güzgü qarşısında dayanaraq təsdiqləyək və bunları pozitiv cümlələr quraraq yüksək səslə söyləyək.Bunu edərkən sözlərin duyğuları yaratdığını və düşüncələri kristallaşdırdığını unutmayaq.Və son olaraq davranışlarımızı uğur, xoşbəxtlik və pozitiv insan mesajlarımıza uyğun hala gətirək.Yəni eynilə elə davranaq.

 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN