Yeni il qənaəti: pullarımızı necə qoruyaq

0
1636
Yeni il qənaəti: pullarımızı necə qoruyaq

Yeni il – pula qənaət etməyin tam vaxtıdır.


Mobil internet
Əgər evdə və işdə internet varsa, mobil internetə pul xərcləməyə dəyərmi? İctimai nəqliyyatda və boş vaxtlarınızda isə kitab oxumağı məsləhət bilirik.

Kabel televiziyası
Nə qədər cazibəli olsa da, kabel televiziyası internet olan yerdə heçnəyə yaramır. Hər bir şeyə internet vasitəsi ilə, hətta canlı belə baxa bilərsiniz.

İllik abunə
Fərqi yoxdur, trenajor, massaj salonu, kitabxana, jurnal. Aylıq ödəmələr illikdən daha sərfəlidir. Misal üçün, bəlkə xəstələndiz, səyahətə çıxdız və s.

Yeniliklər
Mobil operatorun və internet provayderin yenilikləri barəsində maraqlanın, rəqiblərin təkliflərini də gözdən keçirin. Tariflərdə pula qənaət etmək imkanı böyükdür.

Pulsuz
Rastladığınız bütün pulsuz xidmət və təkliflərdən istifadə edin. Lazım olar.

Yeni il
Yeni il öz endirim və kampaniyaları ilə cəlb edir. Kişi olun və özünüzü ələ alın. Lazımsız “zir-zibil”dən uzaq durun.
 

ŞƏRH YAZIN