İşinizi necə sevə bilərsiniz?

0
1408
 İşinizi necə sevə bilərsiniz?

İnsanlar arasında belə bir yanlış fikir dolaşır: həyatı xəyalındakı kimi sevgi dolu yaşamaq istəyirsənsə, işdən çıx, Taylanda köç və sahildəki villaların birində öz biznesini qur. Belə bir həyat tərzi İnstagramda paylaşmaq üçün gözəl şəkillər çəkməkçün uyğun olsa da, işin əsli odur ki, əgər sizi tətmin edəcək işlə məşğul olmaq istəyirsinizsə, bu öz müəssisənizi yaratmalısınız deməkdir. Həmçinin, öz yaratdığınız məhsulları hansısa kiçik və ya böyük olmasından asılı olmayaraq digər müəssisələrlə paylaşa bilərsiniz.

“The Quarter-Life Breakthrough”  adlı kitabımda sizə bəzi hekayələr danışmışam. Həmin hekayələrdə əvvəl tək işləyib, daha sonra bu işdən imtina edərək və hansısa təşkilatda kollektivlə işləyərək xoşbəxtlik tapanlardan bəhs olunur.  Son Gallup hesabatına görə, 20-35 yaşlı gənclərin 21 %-i digərlərinə nəzərən il ərzində daha çox iş dəyişirlər. Bu say bəzən 3 dəfədən artıq ola bilir və onların cəmi 29 %-i işlərinə 2 əllə sarılırlar. 
 
Əgər milyonlarla amerikalı işlərinə bağlana bilmirsə, onda həmin işçilər üçün bunu daha rahat hala gətirmək məqsədi ilə iş məkanına onları cəlb edə biləcək və məqsədlərini, işlərinin mənalarını göstərəcək  əyləncəyə ehtiyacımız var. İndi isə qarşınızda bütün nəsillər üçün işlərinin mənasını anlaya bilmələri üçün kömək edəcək 6 motivasiya üsulu:
 
1.Səbəblərini bil.
Hər kəsin həyatında böyük bir hədəfi olur. Bu hədəfə getmək üçün iş tapmaq önəmli olsa da, həmin işin xarakterinizə uyğunluğu daha böyük əhəmiyyət kəsb edir. Həyatda sizin ən çox diqqətinizi hansı sahə çəkir? Nə üçün bu işdəsən? Vəzifənizlə şəxsi amalınız nə qədər əlaqəlidir? Əgər bu sualları cavablandırmaq üçün vaxtınızın bir hissəsini ayırsanız, işinizin, üzərində işlədiyiniz proyektlərin sizin maraqlarınıza nə qədər uyduğunu görərsiniz. Hətta bu sayədə gələcəkdə özünüzü hansı mövqedə və harada görmək istədiyinizi də kəşf edərsiniz.
 
2.Vəzifənizin adının sizi məhdudlaşdırmasına imkan verməyin.
Əksər 20-li yaşlarda olan gənclər maaşları çox olmadığı və xəyallarındakı vəzifədə olmadıqları üçün çarəsizcə işləməyə davam etməli olduqlarını düşünür. “The Quarter-Life Breakthrough” –da 20-li yaşlarda olan Amira Polack-dan bəhs etmişəm. O, 130 ölkədə ofisləri olan SAP proqram yazılımı şirkətində ictimai işlər üzrə mütəxəssis idi. Ancaq Amira öz nəzarətçisinə bildirdi ki, gənclərin işləri ilə məşğul olmaq istəyir. Nəhayət, o, SAP Gənclik kampaniyasının rəhbəri vəzifəsinə layiq görüldü. Rəhbər 13 nəfərlik komandanın işinə baxırdı. Bu işə daxil idi: Twitter çatlarının koordinasiyası, qlobal şirkətlərin CEO-ları ilə görüşlərin təşkili, TEDxTeen və Africa Code Week kimi təşkilatlarla əlaqələrin qurulması, və s. Amiranın yeni məsuliyyətlər götürməli olduğuna baxmayaraq, bu işə necə həvəsli olduğu görünürdü. 
Kreativ ol, yeni imkanları həmişə izlə, iş imkanı üzə çıxan kimi onunla maraqlan və ödənişdən başqa məfhumları düşün.
 
3.Sərmayəni bacarıqlarına qoy.
Bestsellərdən olan “Drive:The Surprising Truth About What Motivates Us” (Bizə motivasiya verən ağılagəlməz ünsürlər) kitabının müəllifi Daniel H.Pink-in araşdırması göstərir ki, bir işdə usta olmaq iş məkanında ən böyük motivasiyaverici ünsürlərdəndir. Gəlin, səmimi bir sual verim. Çox gözəl ifa edən simfoniyanın dirijorunu, 5 ulduz verilmiş restoranın baş aşpazını və ya Oscar almış bir aktyoru görəndə onların peşəsinə heç həsəd aparmamısınızmı? İndi öz peşənizdə ustalıq zirvəsinə çıxmaq üçün nə edərdiniz? Yadda saxlayın: insanların işə götürülmə və tanınmasını  təmin edən ünsür onun istedadıdır. Hansısa bir sahədə bacarıqlı olmaq, bu işin yazmaq, marketing, dizaynerlik, insan resursları, data analiz işi və s. olmasından asılı olmayaraq, sizə işinizdə və bunnan sonrası üçün həyatınızda xoşbəxtliyi tapmanıza kömək edəcəkdir. 
 
4.Peşəkarla birgə iş imkanları axtarın.
20-30 yaşlı işçilərin gücləndirilməsi mövzusunda İK şöbəsi ilə apardığım danışıqlar zamanı təzələrlə köhnələrin əməkdaşlığının önəmini vurğulayıram. Bunu etməyin yollarından biri daha cavan işçilərlə onların daha təcrübəli (azı 5 il iş təcrübəsi lazımdır) kolleqalarının birgə əməkdaşlığını təmin etməkdir. Cavanların təcrübəlilərdən öyrənəcək çox şey olduğu kimi, əksi də mümkündür. Beləliklə, iş yerindən hər kəs qazancla ayrılmış olur.
 
5.Çalışma mühitinizi daim təmiz, işinizi diqqətdə saxlayın.       
Hər gün eyni masada işləmək sıxıcı ola bilər. Araşdırmalar göstərir ki, hər gün işə gedib gələnlərə nəzərən, işini uzaqdan idarə edənlər daha məhsuldardır. Əslində bəzi iş yerlərində qrup işi tələb olunduğu üçün hər gün gedib gəlməli ola bilərsiniz. Amma müdürünüzlə danışıb ən azından həftədə 1 gün evdə işləmək izni almağa çalışın. Bu mümkün olmursa, heç olmasa öz rejiminizi dəyişin. Sıxılanda tez-tez fasilələr verin, çölə çıxın, hətta mümkünsə, sıxıntınızı atmaq üçün meditasiya və məşq də işə yaraya bilər. Energy Project və Harvard Business Review tərəfindən aparılan tədqiqatların nəticələrinə görə, 90 dəqiqədə bir fasilə verən işçilərin məhsuldarlığı 30 % daha yüksəkdir. Onlar, həmçinin, iş zamanı 50 % daha diqqətli olurlar.
 
6.İşinizdə maraq tapmaq üçün kiminsə icazəsini gözləməyin.
Əgər sizin marağınızı çəkən, həyəcanlandıran hər hansısa bir proyektə qoşulmaq istəyirsinizsə, sadəcə qoşulun. Bunun üçün heç kimdən dəvət gözləməyin. İşinizi sevməniz üçün heç kim sizi məcbur etməyəcək, bunu özünüz etməlisiniz. Başçınıza bunu bildirin, əgər o bu məsələ ilə yetərincə maraqlanmasa, başqa birinə müraciət edin. Ancaq kimdənsə sizin ağ-qara iş həyatınıza rəng qatmasını gözləsəniz, gündə 6 iş saatını Facebook-da zaman itirərək və ya daha pisi ofisdə Tinder-dən istifadə edərək keçirəcəksiniz. Bunun nəticələrini isə özünüz təsəvvür edin. 
Adam “Smiley” Poswolsky-nin  “The Quarter-Life Breakthrough: İnvent Your Own Path, Find Meaningful Work, and Build a Life That Matters” kitabından
 

Tərcümə etdi: Jalə Mirzəyeva
 

ŞƏRH YAZIN