Səhər Tezdən Oyanmağın Faydaları.

0
3303
 Səhər Tezdən Oyanmağın Faydaları.

Marqaret Tetçerin maksimum 4 saat yatdığı yəqin hamıya məlumdur.Bu əslində yaxşı bir xüsusiyyət olsa da,bəzi tənqidçilər onun növbəti illərdəki emosional çıxışlarını yuxu çatışmazlığı ilə əlaqələndirirdilər.
Bəzi alimlər belə fikirləşirlər ki,yuxu beynin yorulması nəticəsində yaranır.Gün ərzində düşündüyümüz bir çox fikirlər beyni oyaq saxlayır və bunun nəticəsində beyin yorularaq yuxu əmələ gəlir.
Liderlərin çoxunun həyatına nəzər salsaq onların əksəriyyətinin oxşar cəhəti erkən qalxmalarıdır. Helena Morrisey-NEWTON INVESTMENT 'in icraçı direktoru  saat  05:00-da oyanır.Vittorio Colao-VODAFONE  icraçı direktoru saat 06:00-da oyanır.Tim Armstrong-AOL baş direktoru saat 05:00-da oyanır.O, bunu onunla izah edir ki:"Həyat yataraq keçirmək üçün çox həyəcanvericidir. "
Erkən qalxmaq və daha uğurlu işlər görmək bir-biri ilə çox bağlıdır.Belə ki, böyük işlər sizi daha erkən qalxmağa vadar edəcək və işlərinizi daha da yaxşılaşdırdıqca erkən qalxmaq sizin üçün daha həyəcanverici olacaq.
Liderlərin günlük həyatlarında bir çox insanı maraqlandıran əsas cəhətlərdən biri onların erkən saatlarda qalxıb nə etmələridir.Hər halda saat 05:00-da oyanıb email göndərmirlər.Bəziləri idmanla məşğul olur,bəziləri isə vaxtlarını düşünməyə sərf edib,günə başlamazdan əvvəl fikirlərini toplayırlar.Onlar erkən qalxdığı zaman vaxtlarını onları gözləyən işləri düşünməyə sərf edirlər.Və belə etdikdə insan özünü  həmin işləri görməyə hazır hiss edir.Başqalarının mürgülədiyi vaxt  iş görmək həqiqətən  gözəl bir hissdir.Ancaq əsas odur ki,sevdiyiniz işlə məşğul olasız.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN