AQİL İNSANLARIN ETMƏDİYİ 10 ŞEY

0
4302
AQİL İNSANLARIN ETMƏDİYİ 10 ŞEY

Bir insanın Aqil (ağıllı) olmasını ətrafınızdakılardan eşidərkən siz nə düşünürsünüz?  Yəqin ki, gözünüzün qarşısında ziyalı bir insan obrazı canlanır. Ancaq aqil olmaq sadə bir suala qisa bir zamanda cavab verməkdən və ya testlərdən yüksək qiymət almaqdan daha da üstün olan bir şeydir. Aqil insanlar hər zaman yaradıcı, başqalarına qarşı şəfqətli, məzlum və şükürlüdürlər. Onlar özlərini dünyanın bir parçası kimi görürlər və başa düşürlər ki, böyük işlər etmək iqtidarındadırlar. Qətiyyən də bu işləri etməzlər:

1. Keçmiş səhvlərinin yeni işlərinin maneəsinə yol verməzlər.                   

Bu insanlar bilirlər ki, məğlubiyyətsiz qələbə yoxdur. Ümumiyyətlə keçmşdə baş verənləri bu günə daşıyan insanlar az deyildir. Lakin bu gələcəkdə qarşıya qoyulan hədəflərə çatmağa maneə yaradır. Aqil insanlar fərqli olaraq anlayırlar ki, olan artıq olmuşdur, bundan sonra irəliyə baxmaq lazımdır və edilmiş səhvlərin üzərindən daha da inkişaf edərək daha da mükəmməl olmaq lazımdır.

2. Neqativlərlə heç bir zaman yüklənmirlər.

Bu insanlar idarəçiliklərinin  öz düşüncələrinə söykəndiyini çox gözəl anlayırlar və buna görədə ancaq pozitivlərlə yüklənirlər. Fikir və düşüncələrin maddi olduğuna inanclıdırlar və başa düşürlər ki, həyatı yüngülləşdirən insanların istək, yaradıcılıq, quruculuq, sevgı, təəcübləndirmək və dəyişdirmək  qabiliyyətlərinin geniş istifadəsidir.

3. Problemlərdən qaçmırlar.

Hər bir kəsin problemləri olmuşdur, vardır və olacaqdır ki, bunlar bir işlə məşgul olduqda, pul olaraq, ailədə, sağlamlıqla əlaqəli və s. kimi qarşıya cıxır. Aqil insanlar bu problemlərin qarşısıına keçir və onların həllində  yaradıcı üsulları axtarırlar. Hətta büdrəyərkən belə, qalxıb yollarına davam edirlər. Onların daxillərindəki qorxuları dəf edəcək cəsarətləri tükənməzdir. Problemlərin olmasını və onun həllini aqil  insanlar öz  həyatlarını  daha da yaxşılaşdırmaq  üçün bir fürsət kimi görürlər.

4. Özləri haqqında başqalarının nə düşünduklərinə əhəmiyyət vermirlər

Aqil insanlar başqalarının neqativ düşüncələrinin öz həyatlarındaki uğurun və xoşbəxtliyin qarşısına keçməsinə heç bir şəkildə icazə vermirlər. Ətraf inancsız, əxlaqsız və düşmənlə dolmuşdur. Ancaq bu kəsləri məcazı mənada bir kənara atar və çevrələrini dəyərlərini və meyarlarını bölüşə biləcək aqil insanlarla doldurarlar və bir məsəli qeyd edərdim: “ Əgər sən bir otaqda hər kəsdən ağıllısansa, demək otağını düzgün seçməmisən.”

5. Boş yerə vaxt itirməzlər

Aqil insanlar boş şeylərə vaxt sərf etməzlər. Özlərini məhsuldar vərdişlərlə zənginləşdirirlər ki, bu da gələcəkdə onların cətinliklə  deyil aqilliklə işləmələrinə şərait yaradır. Mənasız işlərlə məşğul olmasalar da gecə və gündüz, istirahət etmədən işləmənin tam əksinədirlər. İnsana fiziki olaraq və eyni zamanda beyinə  istirahət vacibdir.

6. Qisa zamanda məmnuniyyət gözləməzlər

Aqil insanlar anlayırlar ki, yaxşı nemətləri gözləyə bilənlər əldə edə bilər. Məmnuniyyəti qisa bir zamanda əldə etməyə çalışan bir cəmiyyətdə yaşayırıq. Daha doğrusu əldə etmək istədiklərimizə qisa zamanda və cox rahat bir şəkildə nail olmaq istəyirik. Lakin aqil insanlar unutmurlar ki, az bir zamanda alınan nəticənin məmnunlugundan daha üstünü, nəticəyə qədərki gedən prosesin özünün verdiyi həzzdir, hansı ki, bu proseslə siz sevə sevə günlərlə məsğul olrsunuz.

7. Nəzarət edə bilmədiklərinə fokuslanmırlar

Gündəlik həyatda qarşılaşdığımız, lakin bəzi hallarda nəzarət edə bilmədiyimiz şeylər vardır, məsələn yollardakı tıxaclar, kobud insanlar və s. Aqil insanlar bu hadisələrə sakit yanaşar və nəzarət edə biləcəyinə cəmlənər. Onlar başa düşürlər ki, sakit düşüncə tərzi – müdrikliyin ən parlaq mirvarisidir. Və bu nemətdən maksimum yararlanırlar.

8. Onlara mane olan kimsələrə vaxt sərf etmirlər

Aqil insanlar özlərini digər aqillərlə əhatə edirlər. Onlar öz vaxtlarından ailələrinə dost və tanışlarına sərf edirlər, hansı ki, həyatı anlamaqla və dəyərləndirməklə seçilirlər. Və dərk edirlər ki, neqativ insanalarla keçirdikləri vaxta məhdudiyyət qoymalıdırlar. Buna görə də bu insanlar pozitiv, intellektual və sevincli insanlarla bir arada olmağa daha çox vaxt ayırırlar.

9. Onlar qürurlarını nümayiş etdirmirlər

Aqil insanlar öz üstünlüklərini dillərinə gətirmirlər. Yəni heş vaxt deməzlər ki, mən ağıllıyam. Çünki onlar təvazökardırlar. Onlar öz uğur və nailiyyətləri ilə qürurlanmırlar.

10. “Təşəkkür edirəm” deməyi unutmurlar

“Təşəkkür edirəm” deyin. Bu, deyərdim sizin edəcəyiniz ən vacib şeydir. Təbii ki, siz əgər aqil olmaq istəyirsinizsə. Aqil insanlar anlayırlar ki, dunya onlarin ətrafında fırlanmır. Onlar yaxşılıqların nələrə qadır olduqlarına inanır və bilirlər ki, hər hansı  təmənnasız kiçik bir hərəkət, məsələn tanımadığınıza belə bir təbəssüm etmək, kimlərinsə və öz həyatini dəyişdirə bilər.




 

ŞƏRH YAZIN