Benjamin Franklindən həyat qaydaları

0
9277
Benjamin Franklindən həyat qaydaları

Bencamin Franklin aşağıda qeyd olunmuş qaydaların siyahısını 20 yaşında hazırlamış və bütün ömrü boyu bu qaydalara əməl etməyə çalışmışdır.

1.Nəfsini saxlamaq - doymayana qədər yemək və sərxoş etməyəcək qədər içmək.

2. Susmaq - boş və lazımsız söhbətlərdən uzaq durmaq, yalnız insanın özünə və ya qarşısındakı insana fayda verə biləcək söhbətlər etmək.

3. Nizam-intizamlı olmaq - bütün əşyaları öz yerində saxlamaq və hər bir məşğuliyyət üçün müəyyən vaxt ayırmaq.

4. Qətiyyətli olmaq - Hər hansı bir işi yerinə yetirməyə qərar vermək və mütləq şəkildə verilmiş qərarın ardınca getmək.

5. Qənaətcil olmaq - Bədxərclik etməmək, pulu yalnız insanın özünə və ya başqa birinə fayda verəcək formada xərcləmək.

6. Əməksevər olmaq - Vaxtı boşuna sərf etməmək, hər zaman faydalı işlərlə məşğul olmaq və lazımsız işlərdən uzaq durmaq.

7. Səmimi olmaq - Heç kimi aldatmamaq, təmiz və düzgün niyyətlərə sahib olmaq, qarşı tərəflə söhbət edərkən də bu qaydalara riayət etmək.

8. Ədalətli olmaq - Heç kimə ziyan vurmamaq, ədalətsiz davranmamaq və xeyirxah işlər görməkdən çəkinməmək.

9. Təmkinli olmaq - ziddiyətlərdən və haqsız davranışlara qarşı yaranan narazılıq hissindən uzaq durmaq.

10. Təmizliyə riayət etmək - Geyimin və evin təmiz olmasına diqqət yetirmək, natəmizlikdən uzaq durmaq.

11. Daxilən sakit və mülayim olmaq - boş şeylərə görə əsəbləşməmək, adi və ya qaçınılmaz hadisələrə görə narahat olmamaq.

12. Təvazökar olmaq - İsa Peyğəmbər və Sokratı özünə nümunə götürmək.

 

ŞƏRH YAZIN