Beyninizi inkişaf etdirin, dostlar!

0
5682
Beyninizi inkişaf etdirin, dostlar!

Beyin üçün bir qədər qəribə olsa da, çox faydalı məşqlər edin. 1936-cı ildə amerikalı yazıcı Doroti Brand “Wake Up and Live” (Oyan və Yaşa) kitabında zəkanızın daha kəskin və yaddaşınızın daha möhkəm olmasını təmin edə biləcək bir sıra məşqləri məsləhət görürdü. Bu məşqlərin əsas məqsədi sizi alışdığınız, vərdiş etdiyiniz mühitdən az da olsa uzaqlaşdırmaq, başqa perspektiv və hətta istəsəniz, başqa reallıqların da olduğunu göstərməkdir. Bununla siz yaradıcılıq və ixtiraçılıq qabiliyyətinizi işə salacaqsınız.

Beyninizi inkişaf etdirin, dostlar!

Danışmadan 1 saat vaxt keçirin, yalnız sizə verilən suallara qısa cavablar verə bilərsiniz. Bu zaman çalışın elə təəssürat yaratmayasınız ki, sanki siz incimisiniz və ya kefiniz yoxdur. Özünüzü bacardığınız qədər həmişə olduğu kimi aparın. Tənqidi fikrinizi özünüzdə saxlayın və başqalarının da sizdən informasiya almasına imkan verməyin.

Gündə yarım saat hər hansısa yeganə obyekt haqqında düşünün, çalışın heç nə fikrinizi yayındırmasın. Əgər çətinlik çəksəniz, 5 dəqiqə ilə başlaya bilərsiniz.

Gününüzün 15 dəqiqəsini “mən, mənə, mənim” kimi sözlərdən istifadə etmədən ünsiyyət qurmağa sərf edin.

Insanlarla dolu olan bir məkana baş çəkin və onların çəkilərini, ölçülərini diqqətlə müəyyən etməyə çalışın.

Tanış olduğunuz yeni bir insana özü belə fərqində olmadan ancaq özü haqqında danışmasına icazə verin. Daha sonra mədəni bir şəkildə suallar verərək onu qarşılıqlı söhbət halına elə gətirin ki, o heç bir neqativlik hiss etməsin.

Ancaq özünüz haqqında, heç bir lovğalıq etmədən, şikayətlənmədən və həmsöhbətinizi darıxdırmayacaq şəkildə danışmağa cəhd edin.

Gün ərzində 2 saatlıq plan qurun və ciddi şəkildə ona əməl edin.

Özünüz üçün 12 təsadüfi tapşırıq müəyyən edin, məsələn: heç bir vasitə olmadan 20 km yol getmək; 12 saat yemək yemədən durmaq; gözlənilməz və uyğun olmayan bir yerdə səhər yeməyi yemək; bütün gün ərzində danışmamaq (yalnız suallara cavab vermək); bütün gecəni yatmadan işləmək.

Gün ərzində bütün təklif və suallara “hə” deyərək cavab vermək (şüurlu davranış çərçivəsində)

​Bütün bu məşqlər sizə mənasız və faydasız kimi görünə bilər, amma əslində onlar sizin həyatınızı yeni bir rəng qatacaq və özünüzü daha yaxşı tanımanıza səbəb olacaq.

 

ŞƏRH YAZIN