Bu Hisslər Pulla Satın Alınmaz!

0
2121
Bu Hisslər Pulla Satın Alınmaz!

1.Sevgi

Öz sevginizi etiraf edin. Ona məktub yazın, zəng edin. Sevdiyiniz şəxsə onun sevdiyi yeməyi bişirin. Ona hədiyyə edin.
 
2.Müdriklik
 
Əgər siz hər hansısa bir sualın cavabını bildiyinizi düşünürsünüzsə, deməli, siz müdrik deyilsiniz. Daim öyrənməyə, özünüzü inkişaf etdirməyə davam edin.

3.Nikah
 
Digər bir insanı öz həyatınıza qəbul etməyiniz sizin həyatınızı tamamilə dəyişir. Özünüzü digər insana həsr etməyiniz sizi daha yaxşı bir insan olmağa stimullaşdırır.

4.Dostluq
 
Davamlı dostluq münasibətləri və dostluq ruhu sizin həyatınızı gözəlləşdirən üsullardır.

5.Fiziki sağlamlıq
 
Sağlamlığı satın almaq olmaz. Lakin onun qeydinə qalmaq bizim əlimizdədir.

6.Psixoloji sağlamlıq
 
Fiziki sağlamlığın digər tərəfi də psixoloji sağlamlıqdır. Psixoloji sağlamlıq öz hisslərimizi sağlam şəkildə ifadə etmək deməkdir. Sizi narahat edən problemlərə müraciət edin, onlardan qaçmayın.

7.Ehtiras
 
Hansı hərəkətlər sizi həyacanlı hiss etməyə məcbur edir? Ehtiras bizim yeməyə dadlı olsun deyə qatdığımız ədvalardır.

8.Kommunikasiyalar
 
İnsanlara öz hislərimizi bildirmək bacarığı həqiqətən də çox dəyərlidir. Bu bacarıq bizə digər insanlarla öz daxili dünyamızın elementlərini paylaşmaq deməkdir. Belə bir xoşbəxtliyə pullar vasitəsi ilə nail olmaq olmaz.

9.Öz gücümüzə güvənmək
 
Pullar gedir və gəlir. Pullar olmadan sağ qalmaq və çiçəklənmək bacarığı sizin üçün pulların o qədər də önəmli olmadığını göstərir.

10.Təhlükəsizlik
 
Əgər biz öz səylərimizi təhlükəsizliyimizi təmin etməyə yönəldiriksə, biz elə bir hadisənin yaranmasına səbəb oluruq ki, burada bizim material dəyərlərimiz pul qazanmaq ilə əlaqəli olmur. İndi öz təhlükəsizliyinizin əsasını qoysaq, gələcəkdə bunun mükafatını alacağıq.

11.Başqalarına kömək etmək
 
Bir çox insanlar üçün digərlərinə yardım göstərmək sevinc və məmnunluq hissi bəxş edir. Heç bir pul bizə bu hissləri yaşada bilməz.

12.İnkişaf
 
Hər bir fərdi şəxsin insan kimi yaxşılaşmaq imkanı var. Məsələn, hərəkət, inam və s. İndi öz üzərinizdə işləyərək, siz sabahınızı yaxşılaşdırırsınız.

13.Minnətdarlıq
 
Əgər siz sahib olmadığınız əşyalara və dəyərlərə görə üzülmək əvəzinə, sahib olduqlarınıza görə minnətdarlıq etsəniz, qısa bir zamanda həyatdan məmnun şəkildə yaşamağa müvəffəq olacaqsınız.

14.Hobbi
 
Bir çox insanın məişət həyatına o qədər başları qarışır ki, onlar əsl xoşbəxtliyin pullardan və əldə etdiyimiz əşyalardan asılı olmadığını görmürlər. Bundan uzaqlaşın. Yeni tərzdə düşünün və həqiqətən də zövq aldığınız fəaliyyətlərlə məşğul olun. Məsələn, oyunlar, gəzintilər, ünsiyyət.

15.Mənəviyyat
 
Bizim həyatımızda mənəviyyatdan daha dəyərli nə var? Kitab oxuyaraq, sərgilərə gedərək, düşünərək, dua edərək siz mənəvi tarazlığa, sakitliyə və hətta sevincə qovuşa bilərsiniz.

Bu hissləri sizə pullar heç vaxt yaşatmayacaq...!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN