Bu məsləhətlərlə həyat daha gözəldir!

0
5997
Bu məsləhətlərlə həyat daha gözəldir!

 Sizə bütün həyatınızı gözəlləşdirəcək məsləhətlərimiz var. Həyatınızın istənilən sahəsinə xoşbəxt olmaq sizin əlinizdədir. İlk öncə münasibətlərdən başlayaq:


Münasibətlər

1. Münasibətlərdə dava-dalaşların sayı artıbsa, ən yaxşı çıxış yolu münasibətdən bir az uzaqlaşmaqdır. 

2. Cinsi problemlərinizi gedib psixoloqa danışmaq əvəzinə, çarpayınızın yerini dəyişdirin. 

3. Evli cütlüklər mövzusunda ekspert olan Con Qottman cütlüklərin nə zaman boşanacağını 94% doğru təxmin edir. Qottmanın sözlərinə görə, əgər qadınlar ərlərinin söylədiyi fikirlərə 15 dəqiqə müddətində 4, ya da 5 dəfə əsəbləşirlərsə, demək bu ailə ən tez 4 ilə dağılacaq.

4. Ekspertin fikrincə, əgər sevgilinizlə dava edərək keçirdiyiniz vaxt onunla problemsiz və xoşbəxt keçirdiyiniz vaxtın yeddidə bir hissəsi qədərdirsə, münasibətiniz yaxşı gedir deməkdir. 

Mədəniyyət

5. Televizorunuzu küçəyə atın! Çox təəccüblü gələ bilər, amma bundan sonra özünüzə daha çox vaxt ayıracaqsınız. Kinoteatra, teatra gedəcəksiniz, kitab oxumaq və ya hər hansı məşğuliyyətinizə daha çox vaxtınız olacaq.

6. İnternetdə olarkən daha çox qəzet-jurnallardakı material və yazıları oxumağa səy göstərin, nəinki sosial şəbəkələrdə vaxt itirmək. 

7. Hər zaman dinlədiyiniz deyil, fərqli bir musiqi janrına müraciət edin. Məsələn, ən az 5 caz ifaçılarının diskini alın. Məsləhətlidir: Mils Davisin "Kind of Blue", Con Koltreynin "A Love Supreme", ya da Dyuk Ellinqtonun bir albomu.

8. Bestsellerlərdən nifrət etsəniz də, maraqlanmağa çalışın. Ən azından “Harri Potter”in filmi gedəndə deməyə sözünüz olsun.

İş həyatı 

9. Ən sevimli məşğuliyyətinizi və xasiyyətinizin siyahısını tutun, sizə ən çox hansı iş yaraşar, bacarığınız nəyə yetə bilərsə, o işi seçin. 
 
10. Unutmayın ki, çox işləməyiniz deyil, necə işləməyiniz vacibdir. Nə qədər güclü, iradəli və xarizmatik rəhbəriniz, müdiriniz də olsa, işdə digərlərini cəlb etməyə, fərqli aura yaratmağa çalışın. 

11. Dəyişikliklərdən qorxmayın. İş dəyişikliyi çox vaxt yaxşı nəticələr verir. 

12. Hərtərəfli olmağa çalışın. Günümüzdə bir neçə işi bacaran və ya müxtəlif dilləri bilən insanlara çox ehtiyac duyulur. 

Əyləncə 

13. Hər hansı mahnını yüksək səslə oxuyun, rəqs edin. Üzgüçülük, qılıncoynatma, atçılıq kimi idman növlərinə arada baş çəkin, maraqlı anlar yaşayacaqsınız.

14. Özünüz üçün bir yemək hazırlayın, amma yumurta qızartması kimi asan bir şey olmasın. Zəhmətli bir yemək, məsələn. Və ya şəxsi bloq, şəxsi internet səhifə açın. 

Sağlamlıq

15. Gülün. Gülüş təkcə əhvalınızı deyil, ürəyinizin də sağlamlığına kömək edəcək. 

16. Siqaret çəkməyi tərgitməyə çalışın. Qərarlı olun, atsanız, özünüzə inamınız da artacaq.

17. Qorunun. Cinsi yolla artan xəstəliklər günü-gündən artır. 

Xoşbəxtlik

18. Sizi narahat edən, xoşunuza gəlməyən şeyləri müəyyənləşdirin və həll yolları axtarın.

19. Geyiminizə diqqət yetirin. Bu geyimlə hansı aura yaradırsınız, necə mesaj verirsiniz? Nə qədər açıq rənglərdən istifadə etsəniz, başqalarının enerjisini də o qədər özünüzdən itələyirsiniz. Buna görə həkimlər ağ paltar geyinir. Tünd rəng seçsəniz, üstünüzə daha çox enerji çəkəcəksiniz və avtoritar görünüşünüz olacaq. Ona görə polislər tünd rəngli uniforma geyinir. Çalışın həm açıq, həm tünd rəngləri birlikdə istifadə edəsiniz.

Bəslənmə 

20. Meyvəsıxan maşın alın və bir neçə meyvənin şirəsini düzəldib için. Hər saatın əvvəlində bir stəkan su için. Tez-tez tualetə getmə ehtiyacınız yaransa da, yarım litr suyun enerjinizi 20% artırdığını bilin.

ŞƏRH YAZIN