Bu Sözlər Gülümsədir!

0
16487
Bu Sözlər Gülümsədir!

Bügun həyatımın ən gözəl günüdür!

Həyatım boyunca tanıdığım bütün insanlara təşəkkür edirəm. Kimisi gəlişi ilə, kimisi isə gedişi ilə həyatımı gözəlləşdirdiyi üçün onlara minnətdaram.

Hər zaman ətrafında sənin etdiyin hərəkəti bəyənməyən və dəstəkləməyən insanlar olacaq. Bu adi haldır. Unutma ki, yalnız pişik balaları hər kəsin xoşuna gəlir.

Evinizdən lazımsız əşyaları, beyninizdən lazımsız fikirləri, həyatınızdan isə lazımsız insanları çıxarmağı unutmayın.​

Əgər işləriniz yolunda getmirsə, onda siz yolunuzu dəyişin.

Təcrübə həyatın ən yaxşı müəllimidir. Hər şeyi asan dildə izah edən, lakin qarşılığında çox məvacib tələb edən bir müəllim.

Əgər bir səhvi düzəltmək mümkündürsə, demək ki, sən hələ heç bir səhv etməmisən.

Kimsə sizi danladıqda, sizdən incidikdə və ya sizə hirsləndikdə, əsla ona bənzər hisslərlə qarşılıq verməyin. Əksinə, bütün bunların qarşılığında həmin insanlara müsbət enerji bəxş edin.

Yaşadığınız həyat sizi qane etməyənə və bu həyatdan istədiyinizi almayana qədər geri çəkilməyin.

Kefinizi pozmaq istəməzdim amma mənim həyatımda hər şey qaydasındadır!

Ayağım dırmığa dəyəndə büdrəyib özümü itirmək əvəzinə onun üzərində asanlıqla dayanmağı, hətta rəqs etməyi öyrənmişəm.

Gənc qalmağın sirri: ən kiçik şeylərə belə sevinin və verdiyiniz dəyərə layiq olmayan heç bir insan üçün özünüzü fəda etməyin.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN