Bu Vərdişlərinizi Buraxmasaniz Özgüvənizi Qazana Bilməzsiniz

0
5387
Bu Vərdişlərinizi Buraxmasaniz Özgüvənizi Qazana Bilməzsiniz

Özünə mane olmaq və ya özündən şübhə etmək kimi vərdişlərlə  mübarizə aparırsınız? Özünüzə daha çox güvənmək üçün çalışırsınız? Həyatını yaşamaq və ya xəyallarının arxasından getmək yerinə başqalarin məmun etməyəmi çalışırsınız?

Özünə güvənməyin ən yaxşı yolu, həyatla barışmaq,  özünə daha çox güvənərək düşünmək və hərəkət etməyinizə mane olan  zehini və duygusal vərdişlərinizin fərqinə varmaqdır...Fərqindəlik əldə edərək və köhnə  vərdişləri dəyişdirməyə çalışaraq beyninizdə yeni müsbət fikirlərə yol aça bilərsiniz. Hər birimizin beyni sinir sistemlərinə malikdir. Bu da yeni düşüncə və davranış  yollarının  beyindəki sinirlər və bu sinirlər arasındaki yolları dəyişdirə biləcəyi mənasına gəlir.
 
Biz də artıq köhnədən qalmış  özünü başqaları ilə müqayisə etmək, özgüvənsizlik kimi davranışlara son vermək üçün bir neçə yol kəşf etdik. Buda özünə daha çox güvənən, xoşbəxt və bacarıqlı biri olmağınız üçün qalib gəlməli olduğunuz altı maneə.
 
1.Günahkarlıq hissi
 
Günahralıq  çoxumuzun uşaqlıqdan öyrəndiyi bir duyğudur. “yeməyini ye yoxsa arxandan ağlar” və ya “mən sənə görə saçımı süpürgə edirəm sən bu halındanmı şikayət edirsən?” kimi cümlələri hamınız eşitmisiniz. Böyüdüyümüzdə isə bütün bunlara görə heç vaxt  yeterli olmadığımızı və olmayacağımızı düşünürük. Günahkarlıq  hissi,  başqalarını bilərək incitməkdən və ya ən dərindəki dəyərləri heçə saymaqdan qaçmağa kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi duymaq həyatın bütün sevincini alıb aparar. Günahkarlığın bir çox növü var və aparılan araşdirmalar isə bu növlər arasında sadəcə birinin yaxşı olduğunu  deyir; oda etdiyi zərərverici bir şeydən sonra hiss edilən günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan danışandan və onu incitdikdın sonraki günahkarlıq duyğusu, eyni davranışın təkrarlanmasina maneə olar və peşman olmanizi təmin edər. Digər günahkarlıq hissi isə belə gücə sahib deyil. Işə yaramayan bu günahkarlıq hissi ilə mübarizə aparmaq üçün düşüncələrinizin yox sadəcə davranışlarınızın başqalarını incidə biləcəyinin fərqinə varın. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və  həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qədrini bilin.
 
2. Uğursuz olduğunu düşünmək
 
Bir çoxumuz, bacarıqlaramızın rəngini dəyişdirən bir müvəffəqiyyətsizlik hissi daşıyarıq. ŸƏgər həyata müvəffəqiyyətsizlik gözlüyüylə baxsanız, müsbət ugurlarinizi hər zaman kiçik görmə və ya əhəmiyyət verməmə meylinə sahib olarsınız. Eyni şəkildə müvəffəqiyyətsizlik hissiylə dolu bir düşüncə şəkli, qarşılaşdığınız çətinlikləri və nə qədər çox çalışdığınızı da əhəmiyyətsizləşdirmə meylinə səbəb olar. Bu müvəffəqiyyətsizlik düşüncəsi böyümə çağında ailədən gələn tənqidlər, nümunə göstərilən yoldaşlar və ya qardaşlar qədər ağıllı olduğunu düşünməmə hissi və yoxlanılmamış diqqət pozuqluğu səbəbiylə meydana gələ bilər. Müvəffəqiyyətsizlik hissi həyatın əhəmiyyətli bir sahəsindəki xəyal qırıqlığından da qaynaqlana bilər; boşanma, tək olma, borca girmə, məktəbdə müvəffəqiyyətsizlik və ya istədiyi işi əldə edə bilməmək… Bu müvəffəqiyyətsizlik düşüncəsi bir dəfə meydana gəldiyində, bunu həyatınızın hər sahəsinə apara bilər, müvəffəqiyyətli olmaq üçün qeyri-kafi olduğunuzu düşünə bilərsiniz. Bu düşüncə, sizə verilən bir vəzifəyə kifayət qədər diqqət göstərməmə, zamanında təslim etməmə və ya çox mükəmməlçi olma, böyük şəkilə baxmaq yerinə gərəksiz detallara mərkəzlənmə şəklində özünü göstərə bilər. Güvənsiz bir şəkildə davranıb, idarəçilərinizdə və ya müştərilərinizdə də sizə qarşı etibarsızlıq meydana gəlməsinə səbəb ola bilərsiniz. Bu müvəffəqiyyətsizlik hissinin öhdəsindən gəlmək üçün atmağınız lazım olan ilk addım bu düşüncənin varlığının fərqinə varmaq və ona inanmaq məcburiyyətində olmadığınızı görməkdir. Hər yeni fürsət, yeni bir başlanğıc və keçmişdəki səhvlərdən dərs çıxarmaq üçün yeni bir şansdır.
 
3. Mükəmməlçi olmaq
 
Öz özünüzün ən böyük tənqidcisinizmi? Etdiyiniz heç bir şey o yüksək standartlarınızı qarşılamaq üçün kafi deyilmi? Mükəmməlçilik, gözləmələrinizin heç birini dəyişdirmədiyini qatı düşüncə şəkillərində qarşınıza çıxar və diqqətsiz iş, bezmək hissi, imtina etmə və bir daha sınama şəklində özünü göstərər. Review of General Psychologyda nümayiş olunan bir məqalədə mükəmməlçi olan kəslərin depressiya və ya anestesiyaya uyğun olduqları və intihara meylli olduqları ifadə olunmuşdu. Mükəmməlçilik həm düşüncələriniz həm də bədəniniz üçün təhlükəli ola bilər. Mükəmməlçilərin öz özlərinə gördükləri hörmət də şərtlərə görə dəyişə bilər. Özlərini yalnız bir şeyi mükəmməl etdiklərində sevərlər. Ancaq bir başqasının mükəmməl ola biləcəyini düşünmədikləri üçün başqalarını sevmə ehtimalları olduqca aşağıdır. Mükəmməlçilikdən xilas olmaq üçün "olmalı" ilə bitən cümlələrdən və həyatda yalnız qara və ağın olduğunu düşünməkdən imtina etmək lazımdır. Özünüzə bir şeyləri sınamaq üçün şans verin. Səhvləri bir fəlakət olaraq görməyi buraxın. Özünüzə zaman verin. Etdiyiniz bir işi dəfələrlə yoxlamayin. diqqətinizi şəklin bütünlüyünün gözəlliyinə verin.
 
4. Peşmanlıqlarla yaşamaq
 
Peşmanlıq mənfi bir şüur və duyğu vəziyyətidir və əldə edilən pis nəticədən ötəri özünü günahlandırmağa, hər şeyi itirmiş kimi hiss etməyə, etdiyiniz seçimləri geri almaq istəməyə səbəb olar. Ÿəgər vəziyyəti dəyişdirmək üçün bir fürsət varsa, peşmanlıq hər nə qədər ağrı verici bir duyğu da olsa bəzən işə yarayar nəticələr ortaya çıxara bilir. Peşmanlıq səbəbiylə hiss edilən o ağrı hissi, yenidən mərkəzlənməyə və doğru yolu seçməyə köməkçi ola bilir. Ÿəgər bir asılılığınız varsa, bundan xilas olmaq üçün peşmanlıq motivasiya edici bir duyğu ola bilər. Ancaq dəyişiklik etmə şansınız olmayan vəziyyətlər üçün peşmanlıq hiss etmək, sizi zehni və fiziki olaraq əldən salar. Bu cür bir peşmanlıq, adrenalin kimi stres kimyəvilərinin ortaya çıxmasını və eyni peşmanlıq hissinin dəfələrlə yaşanmasına səbəb olar. Bütün bədəninizin və zehininizin idarəsini ələ keçirə bilər. Peşmanlıqla mübarizə etmək üçün diqqətinizi indiki zamana mərkəzlənmənizi təmin edəcək strategiyalar inkişaf etdirin.
 
5. Özünü mənfi olaraq başqalarıyla müqayisə etmək
 
Özümüzü başqalarıyla müqayisə edib bəzi mühakimələr çıxarıb sonra da bu mühakimələr üzərindən nə qədər müvəffəqiyyətli olduğumuzu ölçməyə çalışarıq. Bu müqayisə etmə iki cürdür; özündən üstün olanlarla və özündən aşağı olanlarla müqayisə etmə. Özünüzdən aşağı olanlarla müqayisə  etdikdə özünüzü yaxşı hiss edər, özünüzdən yüksək olanlarla müqayisə  etdikdə isə özünüzü pis hiss edə bilərsiniz. Halbuki əsl problem, başqalarının həyatının görünən tərəfinin altında nələr olub bitdiyini bilməmənizdir. Başqa sözlə bir müqayisə  etdikdə öz həyatınızın ən xüsusi yanlarının, başqalarının həyatının ən səthi yanlarıyla müqayisə edərsiniz. Silikon Vadisindəki bir çox milyoner, qapı qonşusu kimi milyarder ola bilmədiyi üçün özünü bədbəxt hiss edər. Başqaları qədər yaxşı olmadığınız bir sahə hər zaman tapa bilərsiniz. Fiziki görünüş, idman qabiliyyətlər və ya kariera xüsusiyyətləri… Özünüzü başqalarıyla müqayisə etmək, üzərinizdə böyük bir təzyiq meydana gətirər çünki hər kəsin şərtləri bir-birindən fərqlidir. Edə biləcəyiniz ən yaxşı müqayisə etmə bu gün ilə keçdiyimiz ay və ya il etdiklərinizi müqayisə etməkdir. Bu cür bir müqayisə etmə, fərdi şərtlərinizi və qabiliyyətlərinizi yaxşıya aparar.
 
6. Başqalarını məmnun etmə
 
Başqalarını məmnun etmənin altında yatan əsl səbəb, hər kəsin sizi sevməsini və sizinlə əlaqədar müsbət fikirlərə sahib olmasını istəməkdir. Bəlkə duyqusal və ya romantik baxımdan sizi istismar edən valideynlərə sahib ola bilərsiniz və ailə içində prixoloji olaraq ayaqda qala bilmək üçün uşaqlığınız onları məmnun etməklə keçmiş ola bilər. Hətta beynin çox daha dərinlərində başqalarının sizə hirslənməsini və ya sizi danlamasına mane olmaq üçün onları məmnun etmə düşüncəsi ola bilər.  Halbuki insanın hər vaxt bir başqa seçki şansı daha var. "Olmalı" deyə bitən cümlələrdən uzaq olun. Başqalarını məmnun etmək üçün verdiyiniz səyin sizin üçün nələrə səbəb olduğunu düşünün. Sərhədlər qoyun və başqalarından gələn tələblərə xeyr deməyi öyrənin. Uzun müddət stresdən xilas olmaq uğruna qısa müddətli narahatlıqları qəbul edin. Başqalarının ehtiyaclarıyla öz ehtiyaclarınız arasında bir tarazlıq qurmayı və öz ehtiyaclarınıza üstünlük verməyi öyrənin.
 
 
 
Tərcümə etdi: Bəsti Mehraliyeva
 

ŞƏRH YAZIN