Dünyanın Ən Xoşbəxt İnsanı!

0
1529
Dünyanın Ən Xoşbəxt İnsanı!

Heç düşünmüsünüzmü?Yer kürəsində ən xoşbəxt insan kimdir? Yəqin ki, bu sual hamı üçün çox maraqlıdır. İngiltərənin tanınmış qəzetlərindən biri müsabiqə elan edir və müsabiqə – xoşbəxtlik haqqında insanlar nə düşünür?– məqsədi daşıyır. Soruşulan sual isə, bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?» 

Verilən cavablardan yalnız 4-ü mükafat aldı. 

1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana. 
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim. 
3. Qumdan evlər, qalalar düzəldən bir uşaq. 
4. Yaxşı bir sənət əsəri yaratmış bir sənətkar. 

Xoşbəxtlik hamımızın əli altında və çatıla bilər. Baxdığımız pəncərələr və niyyətlər çox əhəmiyyətlidir. Bəs sizcə? Dünyada ən xoşbəxt insan kimdir?
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN