Duyğuların Rəngi ...

0
1600
Duyğuların Rəngi ...

Anbaan dəyişməyə qadir olan duyğularımız da rəngarəng imiş. Alimlər uzun uzadı araşdırmalardan sonra bu qənaətə gəliblər. Belə ki, onlar insanın əhval ruhiyyəsi ilə rənglər arasındakı əlaqəni araşdırıb və duyğuların da rəngi olduğu iddiasını ortaya qoyublar. 
Depressiyadakı insanların solğun, özünü yaxşı hiss edənlərin isə isti rəngləri seçdiyini söyləyən elm adamları bunun uşaqların və ünsiyyət problemi yaşayanların xəstəliklərinin diaqnozuna köməkçi ola biləcəyini ifadə ediblər. "İtalyan La Repubblica" qəzetində nümayiş olunan xəbərə görə İngiltərədəki Manchester Universitetindən bir qrup elm adamı sağlam 105 və depressiyadakı 108 yetkinin hər birindən qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi, qəhvərəngi, qara, ağ və bozun 38 tonunun olduğu rəng cədvəlindən ruhi vəziyyətlərinə ən uyğun olan rəngi seçmələrini istəyiblər. Araşdırmaçılar depressiyadakıların bozun, sağlam iştirakçıların isə sarının tonlarını seçdiklərini müşahidə ediblər.
Araşdırmanın ikinci hissəsində isə sağlam 204 könüllüdən rəngləri müsbət, mənfi və neytral olaraq ayırmalarını və ən sevdikləri rəngləri seçmələrini istəyən elm adamları iştirakçıların yalnız 10% -nin ruhi vəziyyətlərini təmsil etməsi üçün boza yönəldiklərini ifadə etdilər.


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN