Ən gözəl siz yaşayın!

0
3458
Ən gözəl siz yaşayın!

 Biri var yaşamaq, bir də var gözəl yaşamaq. Niyə bu həyatı daha gözəl yaşamayasınız ki?! Hər kəs kimi buna sizin də haqqınız çatır. O zaman iş başına keçin. Çünki sizinlə gözəl yaşamağın sirlərini bölüşəcəyik.

 
- İnsanlara gözlədiklərindən çoxunu verin bunu ürəkdən edin. 

- Hər eşitdiyinizə inanmayın. 

- Bütün pulunuzu xərcləməyin. 

- Səni sevirəm dediyinizdə ürəkdən gəlsin. 

- Üzr istəyərəm dediyinizdə qarşıdakının gözünün içinə baxın. 

- İlk baxışda eşqə inananın . 

- Kimsənin xəyallarına gülməyin.

- Mübahisə hər vaxt olar yetər ki söyüşlü davaya çevirməyin.

- İnsanları qiymətləndirərkən qohumlarını bir kənara qoymağı bilin. 

- Sürətli düşünüb yavaş danışın. 

- İnsanlar cavabını vermək istəmədiyiniz suallar soruşduğunda "Niyə bilmək istəyirsən" deyə siz soruşun 

- Böyük eşqlər və böyük müvəffəqiyyətlər üçün böyük riskləri gözə almaq lazımdır

- Ananıza laqeyd yanaşmayın. 

- İtkinləri qazanılmış dərslərə çevirin. 

- Üç "S" qaydasında çaşmayın : Sev, Sevil , Məsuliyyətli ol 

- Kiçik incikliklərin böyük dostluqları bitirməsinə icazə verməyin. 

- Səhvi hiss etdiyiniz anda dayanmasını bilin və düzəltmək üçün dərhal hərəkətə keçin

- Telefona cavab verərkən gülümsəyin qarşı tərəf səsinizdəki xoşbəxtliyi eşidəcək.

- Hərdənbir tək qalın və özünüzə vaxt ayırın.

- Dəyişməyə həmişə açıq olun ancaq dəyərlərinizi itirməyin. 

- Bəzən ən yaxşı cavab "cavab verməməkdir" unutmayın. 

- Daha çox kitab oxuyun daha az televizora baxın. 

- Yaxşı və dürüst bir həyat yaşayın, yaşlanıb geriyə baxdığınızda kefiniz qaçmasın. 

- Allahın ipinə sarılın amma avtomobili də kilidləmədən buraxmayın. 

- Sakit bir ev həyatı mühiti yarada bilmək üçün əlinizdən gələn hər şeyi edin. 

- Sevdiklərinizlə münaqişə edəcək olsanız yalnız o günün mövzusunu müzakirə edin, köhnə faylları açmayın. 

- Müdrikliyinizi paylaşın bu "əfsanə" olmağa gedən yoldur. 

- Dua edin. Möhtəşəm bir güc olduğunu görəcəksiniz. 

- Qarşınızdakının sözünü kəsməyin. Hələ sizi tərifləyirsə əsla. 

- Başqasının işinə burnunuzu soxmayın. 

- Öpüşərkən gözü açıq qalan sevgilidən şübhə edin.

- İldə ən az bir dəfə daha əvvəl heç görmədiyiniz bir yeri görün. 

- Çox pulunuz varsa yoxsullara kömək edin. Zənginliyin ən gözəl tərəfi budur. 

- Bəzən istədiyinizin olmama ehtimalı vardır unutmayın. 

- Əvvəl bütün qaydaları bilin sonra bir iki dənəsini tapdalaya bilərsiniz. 

- Ən gözəl əlaqələrdə; qarşılıqlı eşq qarşılıqlı ehtiyaclardan üstündür. 

- Müvəffəqiyyətinizi, ona çatmaq üçün nələr itirdiyinizlə ölçün 

- Xarakteriniz bir mənada alınyazınızdır.

ŞƏRH YAZIN