Ən xoşbxət insanlar onlardır!

0
3198
Ən xoşbxət insanlar onlardır!

 Bir çox insan masa arxası işlərə üstünlük verər. Amma halbuki alimlər masa arxası işlərin insanları xoşbxət etmədiyini düşünür. İngiltərədə aparılan araşdırma bunu deməyə əsas verir. 


Türkiyə mətbuatının verdiyi məlumata görə, İngiltərənin Milli Statistika İnstitutunun keçirdiyi sorğunun nəticələri əkinçilərin, meşə təsərrüfatı işçilərinin və balıqçıların ən xoşbəxt insan olduqlarını ortaya çıxarıb.

Belə ki, insan rifahı mövzusu üzrə aparılan beynəlxalq araşdırmada adamlardan işdə qazandıqları puldan çox xoşbəxt olub-olmadıqları soruşulub. Bu zaman ortaya maraqlı bir fakt da çıxıb. Məlum olub ki, işində xoşbəxt olan hər üç nəfərdən biri mədən, elektrik, qaz və su təchizatı, kanalizasiya və tullantılar şəbəkəsində çalışan insanlardır.

ŞƏRH YAZIN