Gülmək faydalıdır

0
2115
Gülmək faydalıdır

 Gülməyin faydaları haqqında çox danışmışıq. Amma gülməyin insan orqanizminə təsiri ilə bağlı yeni faktlar ortaya çıxıb. 


Həkimlər gülməyin insan orqanizminə çox böyük müsbət təsir göstərdiyini söyləyirlər. İlk olaraq onu demək lazımdır ki, gülmək insanın immunitetini möhkəmləndirir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, gülüş insan orqanizminində fizioloji proseslərin dəyişilməsinə gətirib çıxarır. Çox gülən insanlarda xəstəliklərə tutulma riski də, digərləri ilə müqaisədə azdır. Maraqlı faktlardan biri ondan ibarətdir ki, şən anaların övladlarının qrip və digər yoluxucu xəstəliklərə tutulma ehtimalı daha azdır. Gülüş zamanı insanın 80-ə yaxın əzələsi hərəkətə gəlir, ürək döyüntüləri artır, qanda oksigen artır. Həkimlərin söylədiklərinə görə, “ idman, sağlam qida və gülüş” sağlam insanın həyat devizi olmalıdır.

Bir çox qadınlar gülməyin üzdə yeni qırışlar yarada biləcəyinə inanırlar.Lakin, bu tamamilə yalnış düşüncədir. Gülüş insan dərsini hərəkət etdirərək, daha gözəl və cavan olmasına gətirib çıxarır.

Gülüş beyində limbik sistemin aktivləşməsinə səbəb olur. Yaradıcılıq qabiliyyətini artırır, insanın həyata olan marağını və istəyini artırır. Eyni zamanda, virus və şişlərlə mübarizə aparan hüceyrələrin sayını artırır, əzələlərdə boşalma yaratdığı üçün insanı rahatlaşdırır, beyni sakitləşdirir, qan təzyiqini tarazlaşdırır, cinsi həyata müsbət təsir göstərir, bir çox xəstəliklərdən,eləcə də şəkər xəstəliyindən qoruyur. Gülmək həm də həzmə yardımçı olur.
 
Mütəxəssislər gülmənin stressi azaltdığını ifadə etmişlər.Bir çox psixoloqlar gülməni müalicə metodu kimi də istifadə edirlər.

ŞƏRH YAZIN